"Dünyaca məşhur alimlər tərəfindən deyilsə belə axmaqlıq hər zaman axmaqlıq olaraq qalacaq" . John Lennox
Saturday, 10 May 2014
Əgər bir ateist çox ''yaxşı'' biridisə yenə də Allaha inanmadığı üçün cəhənnəmə getməsi məntiqlidir mi ?
Bəli məntiqlidir (çünki bir şeyi məntiqli yada məntiqsiz edən o şeyin məqsədidir.) İndi bunun niyə məntiqli olduğunu açıqlayaq.
Bir nümunə verək. Bir cənazəyə(yasa) çatmaq istədiyinizi düşünün. Əlinizdə iki cür avtomobilin mövcud olduğunu düşünün. Avtomobilin biri xaricən gözəl amma yavaş digəri isə xaricən pis amma çox sürətlidir. Belə bir vəziyyətdə hansı avtomobili seçərdiniz?
Təbii ki hər kəs sürətli olanı seçərdi, çünki əsas məqsəd o cənazəyə yetişməkdir. Normalda avtomobilin gözəlliyi də əhəmiyyətli olmasına baxmayaraq səni cənazəyə vaxtinda yetişdirmədiyi üçün gözəlliyinin heç bir əhəmiyyəti qalmır. Eyni şəkildə bir adam'' yaxşı'' bir ateist isə əsas məqsəd bir yaradana iman etmək olduğu üçün o yaxşılıq bir şey ifadə etmir.
Bir başqa nümunə verək. Bir biologiya imtahanının ingiliscə olduğunu düşünün. Əgər İngiliscə və yə yoxsa biologiyada çox yaxşı olsanız belə qazana bilməzsiniz o imtahanı. Əgər həm İngiliscədə, həm də biologiya haqqinda məlumatınız varsa o imtahanı yaxşı edərsiniz. Əgər İngiliscəyə yaxşı isə lakin biologiya məlumatınız yoxsa yenə də o imtahandan keçə bilməzsiniz.. Yəni ingiliscə bilsəniz belə biologiya məlumatınız bir şey ifadə edər. Eyni şəkildə islamda da iman edilməyi öz yerində yaxşılıq da bir şey ifadə edər. Təbii burda yaxşılıq olmadan da olmayacağını unutmamaq gərək.
Yaxşı Allah özünə iman edilməyi niyə ilk plana qoymuşdur? Bunun ən böyük səbəbi yaradana inanmanın insanların təbiətində mövcud olmasıdır. Antropologiyaya əsaslanan elmi araşdırmalar bunu sübut etmişdir.
Bristol Universitetindən Dr. Justin Barrett edilən araşdırmalara nəzərən bunu söyləyir:'' Əgər müəyyən sayda uşağı bir adaya atsaq və onlar da öz özlərinə büyüse, əminəm yenə də Tanrıya inanacaqlar''.
Əgər bir yaradana inanmaq onsuz da insanların təbiətində varsa bunun ilk planda tutulmasından normal nə ola bilər??
Son olaraq'' yaxşı'' sözünü səbəb dırnaq işarəsi içində yazdığımızı açıqlayaq. Daha doğrusu bir ateist üçün bunu məntiqsiz görməyinin özü üçün nə dərəcədə məntiqdən uzaq olduğunu açiqlayim.
Ateizm baxımından yaxşılıq təməlləndirilə bilməz. Məsələn Əhmədə görə yalan söyləmək yaxşı ola bilər amma Elnura görə yalan söyləmək pis ola bilər. Bir ateist yalan söyləmək pisdir fikrinə sahib ola bilər lakin bu fikrini bir təmələ dayandıramaz. Təkamül adaptasiya kimi şeylərə bağlayar lakin bunlar həmişə bir nəticədir. Bir səbəb deyil.
Yəni ateizm baxımından yaxşılıq deyə bir anlayış belə yoxdur əslində. Bəlkə bir ateistin öz-özünə'' yaxşılıq'' deyə bildiyi şey yaradana görə pisdir?
Daha yaxşılıq anlayişini belə tam anlamiyla düzgün təməlləndirməyi bacarmiyan yaradana inanmayan'' yaxşı'' ateistlərin cəhənnəmə gedəcək olması necə məntiqsiz ola bilər?
Həmçinin təməlləndirilə bilmədiyi üçün ateistlərə belə 1 sual vermək lazimdir.
Əgər bir yaradan var isə ona inanmamaq "pislik" deyilmi bəs?
Lakin bunu da xatırlatmaqda fayda var. Allah Zilzal surəsinin 7. ayəsində'' Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu qarşılığını görər'' deyir.
Ayədə'' kim'' deyə xitab edilərək bütün insanlardan bəhs edildiyi üçün ateistlər belə yaxşılıqların qarşılığını alacaqlar. Bir ateist nə qədər çox yaxşılıq etsə, o qədər az cəza alacaq. Amma düzgün anlayin.Cəza almiyacaq demirəm az cəza alacaq deyirəm.
Subscribe to:
Post Comments (Atom)
movzu xosuma geldi ve maraqli yazmisiz :) men bu movzuyla bagli fikir mubadilesi aparmaq isterdim : deyirsizki tanri var ve bu tanri bizi mueyyen imtahanla sinamaq ucun yaradib ve imtahan esasen tanrini tanimaga istinad edir yeni burda "yaxsiliq" etme prinsipiyle mukafatlandirma ikinci plandadir! sizin bu yazinizdan bele neticeye gelmek olarki sizin tanri modeliniz egoist bir varliqdir! niye olmasinki, axi o en gucludur ve bele bir varliginda egoist olmasinda teeccublenmeli bir sey yoxdur :) ama esas mesele bele bir varligin qoydugu meqsedi anlamaqdan evvel bu varligin "kimliyini " arasdirmaq lazimdir kimliyini tanimadigimiz birinin meqsedine emel etmek mentiqi xeta olardi cunki bele bir kimliyini tanimadigimiz varligin bize qarsi semimi olduguna inana bilmerik mes : tesevvur edek ki, biri sizle dostluq etmek isteyir ve siz hemin "birinin" kimliyini tanimadan onunla dostluq edirsiz ve bu sizin ucun yaxsi qurtarmaz siz hemin birinin sizi yari yolda buraxmayacagini deye bilmersiz sizin "tanri" modelin ucunde kecerlidi sizin tanri modelinizde egoistlik varsa bu varligin sozune emel edib etmeyeceyini yalniz ehtimal ede bilerik bir usaq dusunun ve onun kuklasi var bu usaq hemin kuklani cira da biler normal istifade edede biler tebiiki bu usagin hemin andaki veziyyetinden asilidir yeni size bele varligin sozune emel edeceyine kimse qaranti vere bilmez
ReplyDeletebirdeki yazinizda deyirsizki "Bristol Universitetindən Dr. Justin Barrett edilən araşdırmalara nəzərən bunu söyləyir:'' Əgər müəyyən sayda uşağı bir adaya atsaq və onlar da öz özlərinə büyüse, əminəm yenə də Tanrıya inanacaqlar''.
DeleteƏgər bir yaradana inanmaq onsuz da insanların təbiətində varsa bunun ilk planda tutulmasından normal nə ola bilər??"
burdanda aydin olmurki "tanri" anlayisini insan ozu yaradib?
size onuda deyimki yaxsiliq exlaq anlayisi ile baglidi ve bununda dinle uzaqdan yaxindan elaqesei yoxdu inancli insanlar "pis" ola bilirse demeli bu inanc meselesi deyil ele heyat bize bunun eksini gosterir siz olkenin yarisindan coxu inancsiz olan norvece ve ordaki hebsxanalardaki insan sayina ve demek olarki inancli insanlardan ibaret olan serq olkelerine ve hebsxanalrdaki insan sayina tehsile medeniyyete ve s basqa kriteryalar uzre muqayise etsez bunun tam eksi oldugunu gore bilersiz!
exlaqin esas temeli :"mene edilen bir seyi men xoslamiramsa yaxud da mene ezab verirse diger canlilar ucunde bu kecerli olmasi" prinsipidir bunu derk elemeyen insandan ise qorxmaq lazimdir :)