Saturday 10 May 2014

Quranda "dənizlərin qarişmamasi" ayəsinin açiqlamasi














Çoxlari sual edir ki, Furqan surəsi 53 cü ayədə dənizlərin qarişmamasini deyir amma elm sübut edibki Cəbəllütariq boğazında dənizlər qarişir".


Ayəni yazim.
"O, birinin suyu ləzzətli və şirin, digərininki isə duzlu və acı olan iki dənizi(dəryani,çayi...) sərbəst buraxib aralarına da qarişmalarini əngəlləyən bir maneə qoyandır."
(Furqan 53)

Əvvəlcə bunu deyimki dənizlərin qarışmadığı nöqtənin Cəbəllütariq boğazı olduğunu söyləyən Quran deyil müsəlmanlardır. Bu məlumatın səhv olması Quranı səhv etməz.Cəbəllütariq boğazı haqqında şayiələr səhv ola bilər,Quran Cəbəllütariq boğazından danişmadiği üçün həmin şayiələrin yalnişliqi bizi maraqlandirmamalidi lakin ayənin səhv olmadığına dair açiqlama verim . İngilis dilində "Halocline" deyə adlandırılan bir dəniz sistemi var. Bu sistem dənizin fərqli duzluluq nisbətləri səbəbiylə suların qarışmamasını təmin edir.

Ayədə Allah dənizə arasında qarışmağı əngəlləyən bir maneə olduğunu söyləyir. Bu maneə Halocline təbəqəsi'dır. Şəkildə gördüyünüz üfiqi təbəqə. Bu təbəqənin içində suları qarışır lakin təbəqənin xaricində suyun bir tərəfi nisbətlə duzlu qalır və digər tərəfi nisbətlə şirin qalır. Niyə nisbətlə deyirəm? çünki şirin suda belə duz vardir. Duzlu su altda qalır və şirin su üstdə üzür. Halocline suların bir-birinə qarişmasinai maneə törədir

Bu dediklərim 100% müşahidə edilmiş elmi həqiqətlərdir. Bu açiqlama Quranın qətiliklə səhv olmadığını hətta səhv olmağı buraxın ayədə möcüzə olduğunu belə etibarlı edər, çünki bu halocline daha hələ yeni kəşf edilmişdir.Müasir elmin əlində, bəzi dənizlərin diblərində şirin suyun olduğuna dair əhəmiyyətli məlumatlar vardır.

Əlavə məlumatlar.
Halocline nədir? : Http://en.wikipedia.org/wiki/Halocline
Halocline'in kameraya çəkilmiş görünüşü:http://www.youtube.com/watch?v=dHn80f3lAUs


QEYD. Həmçinin 1 məsələni də qeyd edim.Həmişə dediyim kimi Ərəb dili çox zəngin dildir hətta elə sözləri varki ,həmin sözlərin bizim dildə 10 və daha çox qarşiliqi vardir.Ərəbcədə "Bəhr" (dəniz) sözü tək başına istifadə olunanda "duzlu su" mənasını verər. Ancaq bu sözün başına yada sonrasına bir sifət yada bir başqa əlavə etdiyimizdə məna dəyişir.Ayədə də "bahreyni" şəklində qeyd olunub.O zaman məna dəyişib "şirin çay suyu" mənasını verər. Bu vəziyyət ayədə iki vəziyyətdə də gəlmişdir.Həmçinin 1 şeyi də qeyd edim.Şirin sular qoxusuz və dadsızdır. pHi ortalama 7.0 dir. Sıxlığı 1 gr/cm³-dur.Duzlu suyun isə sıxlığı 1.028 g/cm³, pHi is' 8.1-dir və duz taminda və dəniz qoxuludur .1 kq-lıq okean suyunun 34.8 qramı duz minerallerinden meydana gəlməkdədir.Əsas ionlar isə NaCl dir.Yer üzündəki suların 97.22%-i duzlu okean sularıdır və 2.78%-i isə şirin suları meydana gətirməkdədir.Duzlu sularin 50%-nii Sakit okeanına,26%-ı Atlantik okeanına və 20%-i Hind okeanına düşür.Yer üzündə şirin və duzlu sular arasındakı bərzəx(sularin qarişmasini əngəlləyən) formaları çox sayda formalari mövcuddur.

No comments:

Post a Comment