Monday 19 May 2014

"Bəzi Ateist və Aqnostik elm adamlarının dəyişən fikirləri"

 Elm bizi, gördüyümüz hər şeyin təbii açıqlamasına yönləndirirmi?
19-cu yüzil boyunca elmin, bu yöndə getdiyi düşüncəsi var idi.Ancaq 20 ve 21-ci yüzilliklərin elmi, dizayn inancına yönlənməktədir.Bu elmi açıqlamanın əksikliyindən deyil, elmi açıqlamanın bizi gətirdiyi nöqtədən qaynaqlanır.Son zamanlar dizayn düşüncəsini dəstəkləyən dəlillərə göre bir çox elm adamı, Allaha inanmağa başlamışdır.Jim Holt bu mövzuda belə deyir: "Bundan bir neçə ay öncə Nature jurnalında gördüyüm bir araşdırma.Amerikalı fizik,biyoloq və riyaziyyatcıların 40%-i Tanrıya inandığını ortaya qoymuşdur.Bunlar həmdə metafiziki mücərrəd bir Tanrıya deyil, bizim işlərimizlə yaxından maraqlanan və dualarımızı qəbul edən İbrahim,İshak və Yaqubun tanrısına inanmaqdadırlar." Fiziki sabitlərin uyumluluq dərəcəsi o qədər həssas bir kriterə bağlıdır ki, agnostik bir grup elm adamları bunun arxasında "Təbiət üstü bir qüvvə" və ya "Xarici təsir" olduğu nəticəsinə gəlmişdirlər.

Dindar elm adamları tarixin hər dönəmində qarşımıza çıxmışdır.İsaac Newton, Michael Faraday və James Clerk Maxwell ağla gələn ilk örnəklərdir.Ama belə olanlar hər zaman azlıqda qalmış, çoxluğu isə agnostik elm adamları təşkil etmişdir.Sonra birdən nə oldusa 20-ci yüzilin ikinci yarısında ən sekulyar elm adamları belə Tanrının adını tələffüz edər oldu.Önəmli bir astrofizik və kozmoloq Fred Hoyle bu vəziyyətin tipik bir örnəyidir.Hoyle kariyerasının ilk günlərində tanrıtanımazdı.İkinci dünya müharibəsindən sonra ağlı qarışmış və bəzi elementler az olarkən,bəzilərinin niyə çox olduğunu düşünürdü.Bu zaman ağlına parlaq bir fikir gəldi.Atom nüvəsini araştırmağı qərara aldı.Hoyle, karbon nüvəsində o günə qədər kəşfedilməmiş bir enerji səviyyəsinin olduğunu təsbit etdi.Etdiyi müşahidələr təsbitlərini doğruladı.Hoyle, bunun raslantı olmayacağına qərar verdi, işin içində ilahi bir güc olduğunu düşündü.Sonrakı illərdə ilahi güc özünü başqa sahələrdədə göstərdi.Cisimlərin elektron və protonlarda meydana gəldiyi lap əvvəldən bilinirdi.Bu ikisinin nisbətləri sabit olaraq qəbul edilmiş,heç kim bu mövzu üzərində düşünməmişdi.Ama sora elm adamları çıxıb proton və elektronların tam dəyərini bilməyin vacibliyini, əyər mm-lik sürüşmə belə olsa yaşamın ortadan qalxacağını dedilər."Həssas nizam"ın təbiətdə nə dərəcədə önəmli olduğuyla bağlı hər gün yeni bir şeylər öyrənməyə başladıq.Orata çıxan nəticələr dini düşüncələrlə uyumluluq içərisindədir.Birincisi kainatda ciddi bir nizam olduğu kəsindir.Hoyle`nin öz həyat hekayesində dediyi kimi "Tanrıtanımaz düşüncənin, dünyanın müəyyən bir səbəblə yaradılmadığını deməsi qədər axmaq bir düşüncə ola bilməz." İkincisi insanoğlu kainatın dizayn edilmiş ən önəmli parçasından biridir.Fizik Freeman Dyson`un deyimiylə "Kimsə yer üzündə özünü xarici kimi hiss etməsin.Beləki hər keçən gün kainatın qurluşunu biraz daha tanıyır, onun biz bura gəlmədən öncə bir şəkildə bizdən xəbərdar olduğunu sezirəm".Dyson`un bu sözləri insanın plansız bir şəkildə təkamül keçirdiyini önə sürənlərin düşüncələriylə ziddiyət teşkil edir.Kainatdakı bu şəkildə həssas və mükəmməl nizam bir çox agnostik elm adamlarını müxtəlif etiraflar və ifadələr söyləməyə məcbur etmişdir.Onlardan bəzilərini açağıdakı kimi sıraladıq.

Fred Hoyle (İngilis Astrofiziki): "Gerçəklərin məntiqli bir şərhi üstün bir ziyalının fizika, kimya və biologiya ilə oynadığı və təbiətdə kor heç bir gücdən bəhs etməyə yer olmadığı nəticəsini göstərir. Həqiqətən hesablanan rəqəmlər o qədər təəcüblüdür ki, bu nəticə artıq sualdan kənarıdır".

Paul Davies
(İngilis Astrofiziki): "Mənə görə bütün bunların arxasında çox güclü bir dəlil var. Elə görünür ki biri təbiətin rəqəmlərini, kainatı yaratmaq üçün həssas bir nizama oturtmuşdur.Fizika qanunları son dərəcə saf bir dizayn məhsulu kimi görünür. Kainatın bir məqsədi olmalıdır.. Kainatda şüurlu həyatın meydana gəlməsi üçün lazımlı təbiət qanunlarının həssas nizamı, açıqca Tanrının kainatı belə bir həyat və şüurun inkişafı üçün hazırladığı nəticəsinə gətirib çıxarır. Bu demək olur ki kainatdakı varlığımız Tanrının planının mərkəzi bir hissəsidir".

John O`Keefe (NASA`da Asrtoloq): "Bizlər astronomik standartlarda ərköyün və şəfqət ilə rəftar edilmiş varlıqlarıq. Əgər kainat böyük bir həssaslıqla yaradılmış olmasaydı biz heç bir şəkildə var olmazdıq. Mənim fikrim bu şərtlərin kainatın, insanların içində yaşaması üçün yaradıldığıdır".

Arno Penzias (Nobel fizika mükafatı sahibi): "Astronomiya bizi unikal bir hadisəyə çatdırır ; yoxdan yaradılmış olan , həyatın meydana gələ bilməsi üçün təmin edilməsi lazım olan şərtlərə uyğun , həssas bir tarazlığa və özünə təməl meydana gətirən bir plana (buna " təbiətüstü" də deyilə bilər ) sahib olan bir kainat. Buna görə , müasir elmin müşahidələri əsrlər əvvəlinin hissləriylə eyni nəticəyə çatmış görünür.Bu günün doqması isə maddənin əbədi və əzəli olduğu istiqamətindədir. Bu doqma , kainatın yaradılmış olduğuna işarə edən müşahidəyə söykənən dəlillər və astronomiyanın bu günə qədər çıxardığı müşahidə məlumatların hamısının kainatın yaradıldığı iddiasını dəstəklədiyi gerçəyinə baxmayaraq bunu qəbul etmək istəməyən insanların ( bunlara fiziklərin əksəriyyəti də daxildir) instinkt inanclarına əsaslanır. Nəticə olaraq , məlumatları rədd edən insanlar maddənin əbədi və əzəli olması lazım olduğuna dair " dini" bir inanc daşıyan insanlar olaraq təyin oluna bilər ... Əgər kainat hər zaman varolmadıysa elm , kainatın mövcudiyyətinə dair bir izahat edilməsi ehtiyacı ilə üz-üzə qalacaq".

Tony Rothman (Fizik) : "Kainatın nizamı, gözəlliyi və təbiətin çaşdırıcı təsadüfləri ilə qarşı-qarşıya qaldığınızda elmdən dinə doğru bir addım atmağa təşviq olarsınız. Əminəm bir çox fizikaçı bunu etmək istər, bunu etiraf edə bilmələrini diləyirəm".

Stephen Hawking (İngilis Astrofizik): "Elm qanunları, indi bildiyimiz formasıyla, elektronun elektrik yükünün şekli, proton və elektronun kütlələrinin nisbəti kimi bir çox təməl ədədi ehtiva edir ... Təəcüblənəsi gerçək isə bu ədədlərin dəyərlərinin həyatın inkişafını mümkün qılmaq üçün çox incə nizam edilmiş kimi görünməsidir".

Robert Jastrow (Astrofizik): "Ağılın gücünə inanaraq yaşamış elm adamlarının hekayəsinin sonu pis bir yuxu kimidir. Cahillik dağını aşıb ən yüksək təpəsini fəth edib son qayanın üzərindən baxdığında əsrlərdən bəri orada olan ilahiyyatçılar tərəfindən qarşılanır."

Wernher von Braun (Pioneer raket mühəndisi): "Kainatın varlığının arxasında üstün bir məntiqin olduğunu qəbul etməyən bir elm adamını anlamaq elmin inkişaflarını inkar edən bir ilahiyatçını anlamaq qədər çətindir."

Edward Milne
(İngilis Kosmoloq): "Kainatın səbəbini oxuyuculara boşluqları doldurmaq üzrə buraxırıq. Lakin bizim şəkilimiz Tanrısız əskik qalır."
və s....

Not:Kainatdakı ən mürəkkəb varlıqlardan olan insanın belə başlanqıcı və sonu variykən, kainatın əzəli və əbədi olduğunu düşünən insanlara təəcüblənmirsiz?

Friday 16 May 2014

Yehova Şahidləri



Ümumiyyətlə yehova şahidləri kimlərdir? Hardan gəlir,hansı inanca sahipdirlər? baxaq.

Günümüzdə yehova şahitləri olaraq bilinən bu təriqət, 1870 -ci ildə Pensilvaniyada Charles Taze Russell`in yönətdiyi bir kitab məşğələsində başlamıştır.Russell qrup

una "Min il şəfəqi müqəddəs kitab məşğələsi" adını vermişdir.Charles T.Russell "Min il şəfəqi" adında və seria halında kiyab yazmağa başladı.
Bu kitab ölümündən öncə 6 cilidə çatmışdı və günümüzdəki yehova şahitlərinin inanclarının bir qismini təşkil edirdi.1886-cı ildən sonra bu grup çox sürətlə yayılmağa başladı.1931-ci ilə qədər "Russell`-çilər olaraq bilinən bu təriqət iki qismə parçalandı.Böyük olan və günümüzdə aktif təbliqat aparanlar "yehovanın şahidləri" dir.O biri qrup ise "Müqəddəs kitab tələbələri" adıyla tanınır.

Charles taze Rusell kimdir?
Bəziləri ona böyük şəxsiyyət gözü ilə baxsada mən fərqli düşünürəm.Adam 70-ci illərdə insanları aldadaraq sehirli buğda satdığı üçün məhkəməyə verilmiş və məhkəmədə günahını etiraf edərək cəza almışdır.Bundan başqa evin qulluqçusuna təcavüz edərkən həyat yoldaşı Maria tərəfindən yaxalanmış və yənə məhkəməyə verilərək cəza almışdır.Hz.İsanın gəlişiylə bağlı bir sıra praqnozlar vermişdir ama bunun heç biri gerçəkləşməmişdir.Bir sıra elmi işləri olmuşdur,özəlliklə Misirdəki pramidaları araşdıraraq gələcəylə bağlı bir sıra iddialar irəli sürmüşdür.Yehova şahidləri bu adamı həm bir Peyqambər,özəl elçi, həm bir ilahi-tanrı, həmdə o biri dünyada möminləri dəstəkləyən ruhsal bir varlıq olaraq görürlər.

Yehova şahidləri nəyə inanır?

Olar özlərini xristianlığın bir qolu kimi qələmə versələrdə bu əslində heçdə bələ deyil.Mühafizəkar xristianlardan tutmuş ən zəif imanlı olan xristianlara kimi, hamısı bu təriqətə qarşıdı.Çünkü onlar incildə yazılan bir sıra ayələri inkar edir və özlərinə uyğun şəkildə şərh edirlər.Məsələn xristianlığın təməl əsasları olan, 3-lü Tanrı inancı,müqəddəs ruh və s   kimi mövzularda başqa düşüncədədirlər.Onlara görə Hz.İsa tanrının oğlu deyil, ən böyük mələk olan Mikayilin özüdür.Onlar digərləri kimi Hz.İsaya tanrı gözü ilə deyil sadece yaradılmış bir varlıq olaraq baxırlar.Kilsələri və papazları müqəddəs incildə yazılanları dəyişməklə ittiham edirlər.


Sonda çox önəmli olan bir şey deyim..
Mesajlarını insanlara çatdırmaq mövzusunda Yehova şahidləri qədər, işlərinə sadiq olan başqa bir qrup görməmişəm.Bir sözlə diqqətli olun. :)

Thursday 15 May 2014

Kainatın uzaq məsafələri necə hesablanır?



İçərisində olduğumuz kainatın insan ağlının qavraya bilməyəcəyi məsafələri ölçə bilmək , kozmologiya elmi üçün ən əhəmiyyətli məqsədlərindən birinin başında gəlməkdədir.
Kainatdakı cisimlər ilə aramızdakı uzaqlıqların ölçülməsi üçün elm insanları illərlə sürən müşahidələr və araşdırmalar nəticəsində fərqli bir çox üsul inkişaf etdirməyi bacarmışdır.

Kainatda çox uzaq məsafələrdəki bir Qalaktikanin bizdən uzaqlığını ölçə bilmək üçün Qalaktikanin yaxınlarında parlaqlıq dərəcəsini yaxşı bildiyimiz bir istinad işıq qaynağına ehtiyacımız vardır. 1a tipi Süpernovaların kəşfi ilə axtardığımız bu standart işıq qaynağını qətiliklə tapdığımızı söyləyə bilərik.

Elm insanları , çox böyük diametrli teleskopların köməyi ilə kainatin hər hansı uzaq bir nöqtəsinə fokuslanaraq günlərlə fotoşəkil çəkərlər və çəkdikləri fotoşəkilləri bir-birləri ilə müqayisə edib 1a tipi süpernova tapmağa çalışarlar. Fotoşəkil içərisində bir nöqtədə yeni bir işıq qaynağı təsbit etdiklərində bunun bir süpernova olduğu aydın olmuş olar. Bu nöqtədən sonra ikinci mərhələ , tapdıqları bu yeni işıq qaynağının spektri araşdırılaraq 1a tipi Supernova olub olmadığına baxmaqdır. Əgər elədirsə uzaqlıq ölçmək üçün istinad ediəcək işıq qaynağı tapılmış deməkdir.. Parlaqlığı bilinən süpernovadan bizə çatan işıq , onun uzaqlığının kvadrati ilə tərs mütənasib olduğundan , Supernovanın iştirak etdiyi Qalaktikanin uzaqlığı hesablana bilər.
1a Tipi Süpernovaları , bizim bildiyimiz nəhəng kütləli ulduzların partlaması nəticəsində yaranan supernovalardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyətləri partlama nəticəsində yaranan parlaqlıqlarının hamısında eyni dərəcədə olmasıdır.1a Tipi Süpernovalar ümumiyyətlə ikili ulduz sistemlərində görülürlər və bu sistem içərisində bir standart ulduz ilə bizim Dünyamız ölçülərində bir Ağ Cücə iştirak etməkdədir. Böyük kütləyə sahib olan ulduzdan ağ cücəyə davamlı olaraq maddə ötürülməsi reallaşar. Bu maddə ötürülməsi nəticəsində Ağ Cücə getdikcə böyüyər və sıxışaraq həddindən artıq dərəcədə istiləşməyə başlayar r. Kütləsi 1,3 Günəş kütləsinə qədər çatan Ağ Cücə , sonunda öz cazibəsinə məğlub olar və qorxunc ölçülərdə bir partlama meydana gətirərək bütün kütləsini kosmosa saçar.Belə ki, bu supernova partlaması nəticəsində geriyə nə bir qara dəlik , nə də bir neytron ulduzu qalar.Bu partlama o qədər böyük şiddətdə gerçəkləşir ki işıqları kainatın ən uc nöqtələrindən belə dünyaya rahatlıqla çata bilər.

Bu nöqtədə elm insanlarının ən çox işinə yarayan nöqtə isə bütün 1a tipi Süpernovaların partladiqlari əsnada davamlı eyni parlaqlıq gücünə sahib olmalarıdır. Bu səbəblə də bir standart işıq mənbəyi kimi uzaqlığın təyin edilməsi barəsində insanlığın ən əhəmiyyətli köməkçilərindən biri olmaqda və olmağa da davam etməkdədirlər.

Həmçinin onu da qeyd edimki 1a tipi Supernovalar kainatda uzaq nöqtələri ölçmək üçün tək üsul deyil.

Doppler sürüşməsi :  Əgər bir işıq qaynağı müşahidəçiyə görə uzaqlaşır ya da yaxınlaşırsa , ondan qaynaqlanan işığın dalğa uzunluğu ,  fərqli görünür. Bunun səbəbi , işığın müşahidəçiyə görə həmişə eyni sürətlə hərəkət etməsidir. Əgər cisim müşahidəçidən uzaqlaşirsa , cisimdən qaynaqlanan işığın dalğa uzunluğu artar. Buna " qırmızıya sürüşmə" deyilir. Çünki qırmızı , görünən spektr içində uzun dalga uzunluğuna malikdir. Əgər cisim müşahidəçiyə yaxınlaşırsa , cisimdən qaynaqlanan dalğa uzunluğu qısalar. Doppler sürüşməsindən faydalanılaraq , bir cisimin müşahidəçiyə görə sürəti hesablana bilər.

Paralaks Üsulu: Yaxın ətrafımızdakı ulduzların uzaqlıqları " paralaks " adı verilən bir üsulla tapıla bilir. Bu üsul kəşf edilmədən əvvəl kimsə ulduzların nə qədər uzaq olduqlarını bilmirdi. Dünyanın orbiti üzərində bir-birinə ən uzaq iki nöqtədə ( 6 ayda bir ) edilən müşahidələrdə , yaxındakı ulduzların uzaq ulduzlardan ibarət fonun qarşısında yer dəyişdirdiyini görərlər. Bu yer dəyişdirmə , ulduzun bizə olan uzaqlığıyla tərs mütənasibdir. Ulduzun uzaqlığı , triqonometrik hesablamalar istifadə edilərək tapıla bilər. Paralaks üsuluyla yalnız 3000 işıq ili uzaqlığa qədər olan yaxın ulduzların uzaqlıqları tapıla bilir.

Sefeid Dəyişən Ulduzları : Qırmızıya sürüşmə üsulunun aşağı həssaslığı , paralaks üsulunun da çox məhdud bir uzaqlığa qədər nəticə verməsi , bu üsulları istifadə edərək kainatın genişləmə sürətini , bu səbəbdən də yaşını dəqiq şəkildə hesablamağımıza yetmir. Bu mövzuda kozmologların  əhəmiyyətli bir silahı daha var: Sefeid dəyişən ulduzları . Sefeid'lerin çox əhəmiyyətli bir xüsusiyyəti , parıldama güclərinin " döyünmə(sıxılıb-genişlənmə) " periyodlarıyla bağlı olmasıdır. Parilti gücləri artdıqca , periyodlar da uzanar. Periodu ölçülə bilən bir Sefeid ulduzunun parlaqlığı hesablana bilər. Parlaqlığı bilinən bir ulduzdan bizə çatan parilti miqdarına baxılaraq nə qədər uzaqda olduğu bilinər.

Wednesday 14 May 2014

14 ildə Dünyamıza Nüvə gücündə 26 asteroid düşdü



ABŞ-lı astrofizik Piet Hut ilə köhnə NASA astronomu Ed Lu'nun 2002də qurduğu B612 qurumu, dağıdıcı asteroid təhdidinin düşünüləndən daha çox olduğuna dair bir hesabat nəşr etdi.
Hesabata görə , 2000ci ildən bəri yer üzündə asteroidlərin səbəb olduğu 26 nüvə partlamasi baş verib.Asteroidlərin güclü bir şəkildə partladığı bölgələrin , insanlarin yaşayiş məskənlərindən uzaqda ya da okeanlarda olduğu təyin olundu.Asteroidlərin böyük əksəriyyətinin atmosferin yüksək təbəqələrində partladığı təsbit edildi.Partlamaların gücünün 1-600 TNT kilotonu(1 TNT tonu= 4.185 GeqaCoul) olduğu bildirildi.Xatirladimki 6 Avqust 1945-ci ildə Hiroshima'ya atılan nüvə bombasının gücü 15 kiloton idi . Həmin zaman 40 mindən çox insan həyatını itirmişdi.

Hesabatla əlaqədar açiqlama verən fizik Ed Lu , "Təxminən 10 min asteroidin , böyük şəhərləri yerlə bir edəcək potensialı olduğunu təyin etdik. Bir dahaki böyük toqquşmanın harada və necə olacağını bilmirik. Böyük bir fəlakətin qarşisini alacaq tək şey , şans " dedi.

Tuesday 13 May 2014

İslam-Təkamül: Suallar və Cavablar ( 2 Hissə )

1. İnsanın yaradılması üçün Allah niyə milyardlarca il gözləmək məcburiyyətində olsun? Bu dediyiniz hər şeyə qadir bir yaradıcı inancına zidd deyilmi?

Belə sual soruşum : Allah niyə bir pişiyi (yaxud tək hüceyrəli bakteriyanı ) yaratmaq üçün milyardlarla il gözləmək məcburiyyətində olsun? Göründüyü kimi sual mənasizlaşir hətta gülünc hal alir...


Bu kainatdakı hər şey kimi , zaman da bir varlıqdır və yaradılmışdır. Allahın bizə bildirdiyi üzrə , Allah zamandan və məkandan kənardir. Sizin ana qarınında keçirdiyiniz doqquz ay nədirsə , milyardlarla illik yaradılış müddəti də " zamandan münəzzəh bir Yaradıcı üçün " eyni məna daşiyir ; yəni bir "heç" hökmündədir. Quran - ı Kərimdə " kün fə yekun " ( ol deyər və o da dərhal olar ) ifadəsində "dərhal olar" kimi bir məna yoxdur ; bu kainatda " oluş " , yəni " yaradılış " , bir müddətə bağlanmış , fizika qanunlarına tabe qılınmışdır. Bu proses , yalnız zamana bağlı olan biz varlıqları aiddir. Zamanı yaradan üçün belə bir " gözləmə " zəruriliyindən bəhs etmək mənasizdir. Quran - ı Kərimdə dəfələrlə bəhs edilən bu " zamansızlıq " və " zamanın nisbiliyi " anlayışını fiziklər yüz ildən çox müddətdir bilirlər.


2. İnsanı yaradan Allahdır və Quranda necə yaradıldığı açıqca yazılmışdır. İnsanın palçıqdan yaradıldığını və ruh üflənərək dünyaya göndərildiyini bilirik. Siz isə meymunlardan bəhs edir, bunu da Quran ilə uyğunlaşdirmağa çalışırsınız.

İslam inancına görə insanı və hər şeyi yaradan Allahdır. Əgər yalnız insanı yaratdığını düşünürsünüzsə , dinimiz fərqli olmalıdır. Allah, Quranı - ı Kərimdəki İnsan surəsinin 1. ayəsində "İnsan , hələ adı xatırlanmağa dəyər bir şey deyilkən üzərindən çox uzun bir zaman keçmədi mi ?" deyir. Əgər oxusanız , insan deyə bir " varlığın" , hələ adına " insan " deyilməyəcək vəziyyətdəykən üzərindən çox vaxt keçmiş olduğunu rahatlıqla anlaya bilərsiniz.

Palçıqdan / sudan yaradılış ayələri insanın yaradılışına bağlı " açıq" olaraq heç bir şey anlatmaz ; çünki Quran bir biologiya kitabı deyil . Əgər dediyiniz kimi " açıq və aşkar " bir izahat olsaydı , Allahın bir heykəltəraş olduğunu (Hicr 26) , nəfəs alıb verdiyini ( üfləmək ; Hicr 29) , iki əli olduğunu ( Sad 75) və daha bir çox " qəribə " şeyi anlamamız lazım idi. Bu ayələr sadəcə yaradilişin başlanğicina işarədi.Bunu insanin yaranma mərhələsindən öncəki mərhələ kimi düşünməyək.Quranı oxuyarkən lütfən bir az daha diqqət ...

Qısacası , həqiqət xaricində heç bir şeyin arxasında deyiləm.

3. Milyardlarla ildir heç dəyişiklik göstərməmiş canlı fosillərinə nə deyəcəksiniz? Təkamülə ən böyük zərbədir.
Bu maraqlı etiraz , son bir neçə ildir dillərdə gəzir. Bu , sevmədiyiniz bir adamın başqaları tərəfindən hazirlanmiş bir heykəlinə çəkiclə vuraraq "onun fikirlərini sindiriram " deməyə bənzəyir. Təkamül nəzəriyyələrinin " milyardlarla ildir dəyişməyən heç bir canlı yoxdur " dediyini yaxud " hər canlı dəyişərək başqa bir növ olmalidir " dediyini haradan eşitmisiniz ? Bunu hansı təkamül biologiyası kitabından oxudunuz? Təkamül biyologiyasinin belə 1 söyləyişi yoxdur.Təkamül anlayışında , canlılarda meydana gələn dəyişikliklər , mühitə uyğunlaşma təmin etmələrini və çoxalmalarini rahatlaşdirirsa , o canlılar daha çox həyatda qalır və nəzəri olaraq milyonlarla il boyunca yığılan bu dəyişmələr , bir nöqtədən sonra fərqli bir növün ortaya çıxmasına vəsilə ola bilər ( bunu görə bilən heç kim yoxdur indiyə qədər ). Lakin bir canlı növü , məsələn bir əqrəb növü , yaşadığı mühitlərdə çox müvəffəqiyyətli bir şəkildə həyatda qala biləcək xüsusuiyyətlərə sahibdirsə , meydana gələn dəyişmələr ona təsir etməz; bioloji olaraq müvəffəqiyyətli olduğu üçün nəslini davam etdirməyə davam edər.

Qaldı ki " milyardlarla ildir dəyişməmiş " dediyiniz canlıların bir çoxunu əgər genetik və molekulyar baxımdan incəliyə bilsəydiniz , köhnə fosillərlə bu günkü nümunələri arasındakı fərqləri daha açıq bir şəkildə görə bilərdiniz. İndiki vaxtda yaşayan minlərlə çəyirtkə növündən elələri vardır ki , çöldən bunların " fərqli canlılar " olduğunu ayırd etmək mümkün deyildir.Lakin bunlar əslində insan və qorilla kimi fərqli növlərdir. cütləşə bilməzlər və genetik strukturları təməldən fərqlidir.Buna görə , sırf şəkillərinə baxaraq " milyardlarla ildir dəyişməmiş canlı tapdım" demək , bioloji baxımdan gülünc fikirdir.

Yenə tekrarlayiram; bütün elmi nəzəriyyələr kimi təkamül nəzəriyyəsində də əlbəttə böyük boşluqlar vardır. Lakin təkamül nəzəriyyəsi , bizlərin hələ görə bilmədiyimiz bir gerçəyin mexanizmini anlamağa çalışır.

4. Təkamüllə (yəni elmlə ) inancı(yəni dini) uyğunlaşdirmağa çalışmaq tamamilə zaman itkisidir . İkisi fərqli şeylərdir.

İslamda " din məlumatı " və " elm məlumatı" deyə bir ayrı-seçkilik yoxdur. İstər elm adamı , istər ilahiyyatçı olsun , bütün inananlar "Allahın ayələri " üzərində çalışırlar. Bu da din və elmi "eyni həqiqətin " axtarişçilari edər. Din və elmi ayıran şizofreniya , qərb və kilsə qaynaqlıdır və şəxsən mənim bu ruh xəstəliyiylə hər hansı bir əlaqəm yoxdur.


5. Ateist və materialist elm adamlarının nəzəriyyələrini niyə belə səmimiliklə müdafiə edirsiniz ? Bu necə müsəlmanlıqdır ?


Siz heç son 300 ildir , təbiəti gəzib də "Allah bu canlıları necə yaratmışdır " deyə araşdiran yaxud molekulyar biologiya laboratoriyalarında yaradılışın sirləri ilə maraqlanıb edən bir müsəlman elm adamıyla tanış oldunuz , adını eşitmisinizmi ? Son 10-15 ildə saylari tək tük artsa da , İslam inancına sahib elm adamlarından belə "çətin" mövzularla əlaqədar az qala heç bir hərəkət görə bilməzsiniz. O zaman biz kimin işlərini və tapıntılarını danışacayıq ?

Işığı , kompüteri , kozmoloji məlumatları , kvant fizikasını və digər bir çox məlumatlari əksəri " ateist " elm adamları olmalarina rəğmən bunları etirazsız istifadə edirsiniz. İş təkamülə gəlincə isə, nədənsə Darvin və digər təkamül biyologlarının materyalistliyi ağliniza gəlir . Onlar maddəyə bu qədər əhəmiyyət verib araştırma etməsə idilər, halınız necə olardı bir düşünün...

Allah ədalətlidir. Çalışana qarşılığını verər.Qərb dünyası maddə üzərindəki işlərinin qarşılığını aldı və almağa davam edir. İslam dünyası isə özünə şəxsən əmr edilən "elm " işini üzərindən atıb bunu başqa mədəniyyətlərə tərk etdiyi üçün bu gün rəhm yumruğunu yeyir. Bu gün hələ , sanki gözümüzə soxulan yaradılış həqiqətinə gözümüzü israrla bağlayıb , radikal xristianların sözlərini təkrarlamağa davam edirik. Biz öz halımızı dəyişməyənə qədər , Allah da bizim vəziyyətimizi dəyişdirməyəcəkdir və bizə bunu əvvəlcədən söyləməkdədir (Rə'd -11) .

Müsəlmanlıq , əslində belə bir müsəlmanlıq olmalıdır ...Ateist və inancsız elm adamlarının işlərindən narahatsınızsa , buyrun universitetlər , məktəblər , laboratoriyalar əmrinizdədir , dərhal başlayın ... Yoxsa , susaq , çünki ayıb olur ...


6. Canlıların bir-biriylə olan bənzərlikləri olması çox təbiidir çünki bu , hamısının tək əldən çıxdığını eyni yaradıcının əsəri olduğunu söyləyər. Eynilə Mersedes markalж bütün avtomobillərin eyni istehsalçı -mühəndis - dizayner dəzgahından çıxması kimi. Təkamülə dəlil ola bilməz.

Ulduzlar və planetlər də eyni quruluşdadır və maddədəndirlər , onlar da ayrı-ayrı və " pat deyə" birdən yaradılmışdır ? Planetlərin ulduzların bir-birindən necə meydana gəldiyini görürsünüz .Bu Allahın qüdrətinə kölgə salarmı? Canlılar arasında bu qədər oxşarlıq varkən , ola biləcək bir qohumluğu hansı dəlilə söykənərək rədd edirsiniz ? Sizə 8000 fərqli çəyirtkə növünün ayrı-ayrı yaradıldığını düşündürən dəlil nədir? Quran deməyin çünki orada elə bir şey yoxdur ...

7. İslam qaynaqlarında bütün canlıların ayrı-ayrı yaradıldığı açıqca ifadə edilir. Siz nəyə əsaslanaraq həm müsəlman olduğunuzu həm də təkamülü müdafiə edirsiz?
Canlıların ayrı yaradıldığı harada bildirilir ? Quran - ı Kərimdə bu istiqamətdə hökmlər olmaması bir yana , tam əksinə istiqamətdə ( Bütün canlıların sudan yaradılması , hamımızın tək bir nəfsdən yaradılması , bitki kimi yerdən bitirmə , bir damla sudan yaratma və s kimi ifadələrlə ) bir çox dəlil tapılar. Lütfən , Quranı əzbərlədilmiş cümlələrlə öyrənməyin..

Monday 12 May 2014

Canlılarda təbii cinsiyyət dəyişməsi

Bildiyiniz kimi , həm kişi , həm də dişi çoxalma orqanına malik , yəni cüt cinsiyyətli olan canlılara hermafrodit deyilir. Hermafrodit canlılar cinsi çoxalma həyata keçirir Buna görə də kişi gametin varlığını tələb etməyən bir qeyri-cinsi çoxalma növü olan partenogenezlə qarışdırılmamalıdır.

Zoologiyada hermafroditizmin iki növü vardır :

1. Bərabər zamanlı hermafroditizm
Erkək və dişi orqanların eyni anda tək bir yetkin canlıda tapılması . Bərabər zamanlı hermafrodit hər iki cinsiyyətə aid çoxalma orqanlarına sahib olduqları üçün istədikləri həmcinsləriylə çiftləşə bilərlər .Bu da onlara böyük bir çoxalma üstünlüyü təmin edir , növün davamlılığına müsbət istiqamətdə təsir edər. 


2. Ardıcıl hermafroditizm

Bərabər zamanlı hermafroditizmin əksinə , bəzi canlıların doğulduqlarında sahib olduqları cinsiyyət, həyatlarının müəyyən bir nöqtəsində dəyişər.Bu hadisəyə " ardıcıl hermafroditizm " deyilir. Mən bu yazıda təbii cinsiyyət dəyişmələri sinifinə girən və bitkilərlə birlikdə bəzi balıq növlərində və gastropodlarda ( ilbizlər və s) da müşahidə edilən bu maraqlı fenomendən bəhs edəcəm. Yazının sonlarına doğru da şəxsən mənim çox diqqətimi çəkən bir mövzuya : bu fenomenin canlılar aləmində niyə bu qədər nadir görüldüyünə toxunmaq və elm insanlarının bu mövzudakı mövcud yanaşmalarını ələ almaq istəyirəm.

Ardıcıl hermafroditizm , kişidən dişiyə ( protandriya ) və ya dişidən kişiyə ( protoginiya) çevrilmə şəklində ola bilər və normal bir anatomik müddətdir. Bu yolla cinsiyyət dəyişdirən balıqların yalnız xarici görünüşləri deyil , çoxalma orqanları və funksiyaları da dəyişir. Bəzən də iki istiqamətli cinsiyyət dəyişməsi müşahidə edilir ki bu vəziyyətdə canlı həm kişi , həm də dişi çoxalma orqanlarına sahib olduğu halda ömrünün fərqli mərhələlərinə bağlı olaraq dişi və ya kişi xüsusiyyətləri sərgiləyə bilər.

Daha da maraqlı olanı , bəzi canlıların bu işi bir addım daha irəli aparıb ikinci bir cinsiyyət dəyişməsi daha edə bilməsidir . Bu qrupa girən aktual bir nümunə , nəsli tükənmək üzrə olan bir Aralıq dənizi ilbiz növüdür: Patella ferruginea . Bu dəniz ilbizinin kişidən dişiyə çevrildiyi bilinirdi, amma sonradan təkrar kişiyə çevrilə bildiyi yeni kəşf edilmişdir.
 [Qaynaq ]


Patella ferruginea

   İndi gəlin , ardıcıl hermafrodit canlılara nümunələr verərək onlara bir az daha yaxından baxaq.

Kişi olaraq doğulan və sonradan dişiyə çevrilən ( protandrik ) növlər :Kloun(Anemon) balıqları , Coeloplana gonoctena , bəzi soxulcanlar ( Hymanella retenuova və Paravortex cardii ) və bir kəpənək növü ( Papilio polyxenes ) bu qrupa girər.



































Papilio polyxenes ( üstdəki kişi , altdakı dişi )

   Kloun balıqlarının olduqca yaxşı məskunlaşma sxemləri vardır. Üstünlüyü(dominantliği) təyin edən şey bədən böyüklüyüdür ; hər zaman ən böyük olan dişi qrupun lideridir , ikinci ən böyük olansa kişidir. Qrupun qalanı funksional çoxalma orqanlarına sahib olmayan və bu səbəbdən də çoxalmayan kiçik balıqlardan ibarətdir. [Qaynaq ] Dişi ölsə , kişi kilo alaraq qrupun yeni dişisi halına gəlir.Çoxalmayan balıqlar içindən ən böyük olanı da cinsi baxımdan yetkinləşərək qrupun yeni kişisi olar. [Qaynaq]




Dişi olaraq doğulan və sonradan kişiyə çevrilən ( protoginik ) növlər :
   Təbiətdə yaşayan balıqlar arasında ən məşhur görülən hermafroditizm növü budur ( ardıcıl hermafrodit olan balıq növlərinin təxminən 75%-i protoginikdir . ) Bu müddətdə kişinin verimliliyi , dişininkinin əksinə yaşlandıqca artar.
   Bəzi balıq familyaları [ Labridae - Lapinlər , Serranidae'den lahos və Orfoz növləri , Sparidae - mərcan balıqları , Synbranchidae - bataqlıq ilan balıqları , Scaridae - tutuquşu balıqları , Pomacanthidae - mələk balıqları , Gobiidae - Gobi , Elacatinus familiyası , Lethrinidae'dən imperator balıqları ] , təsbeh böcəkləri ( Cyathura polita və C. carinata ) , Tanaidacea komandasına aid Heterotanais oerstedi , bəzi dərisi tikanlilar ( Asterina pancerii və Asterina gibbosa ) və Rana temporaria adlı bir qurbağa növü bu qrupa girər.
 Bir Lapin növü olan Thalassoma Lunar

 Asterina gibbosa

   Lapinlər protoginik canlılar arasında ən çox araşdırılan balıq növüdür. Lapinlər dominant kişinin ölməsi halında qrupdaki ən böyük dişi , kişiyə çevrilərəkqrupdaki yeni sahibi olar. Bir növ Lapin olan Pimelometopon pulchrum populasiyalarında , kişiyə çevrilən dişinin yumurtalıqları degenerasiya olar və gonadlarda sperma çıxarılar. Gonadların ümumi quruluşu yumurtalığa bənzəyir amma çıxarılan sperma kanallar vasitəsilə daşınar. Buradakı cinsiyyət dəyişməsi yaşdan asılıdır ; məsələn Pimelometopon pulchrum növünün dişisi 4 yaşına qədər kişiyə çevrilməz.

 Pimelometopon pulchrum


Cüt istiqamətli cinsiyyət dəyişməsi : Bu qrupa girən balıq növləri , populyasiyalarindaki ictimai iyerarxiya dəyişdiyində , original cinsiyyəti nə olursa olsun tək bir qanuna görə cinsiyyət dəyişdirər : Əgər balıq başqa bir balığın əmri altına girirsə kişiyə , dominant xüsusiyyət göstərirsə dişiyə çevrilər.



  Lythrypnus dalle

   Gobiidae familiyasına aid Lythrypnus Dalle adlı bir balıq növü bu qrupa girər. Həmçinin göbələk mərcanlarının da cüt istiqamətli cinsiyyət dəyişdirə bildiyi müəyyən olunmuşdur .Bunun ekoloji və ya enerjiylə əlaqədar məhdudlaşmalar səbəbiylə meydana gəldiyi və canlının təkamül uyğunluğunu ( fitness ) artırmağa istiqamətli olduğu düşünülməkdədir. Eyni dəyişmə , bəzi iki evcikli ( dioik ) bitkilərdə də müşahidə edilmişdir. (* Dioik : hermafroditlərin əksinə bədənində dişi və ya kişi çoxalma orqanlarından yalnız birini saxlayan , yəni dişi və kişi olaraq iki ayrı fərdə sahib olan canlılardir. Bu termin daha çox bitkilər üçün istifadə olunur.)


 Əhəmiyyətli olan bir digər məlumat da , ardıcıl hermafroditizmin məməlilərdə görülməməsidir . Ancaq mövcud ekoloji faktorlara bağlı olaraq , gedərək daha çox canlı növünün cinsiyyət dəyişdirməsi mümkün görünür. (Qeyd: Bir zamanlar hermafrodit olduğu sanılan xallı Kaftarin belə bir xüsusiyyətə sahib olmadığını bu gün bilirik . Bu yanılmaya , dişinin penise bənzəyən klitoru ilə vaginasında iştirak edən və testisləri xatırladan qabartıları səbəb olmuşdu. )

   Keçdiyimiz illərdə ətraf kirliyinin müxtəlif balıq və ilbiz növlərində yaratdığı cinsiyyət dəyişimləriylə əlaqədar bir çox çalişma nəşr olunmuşdur və bu kimyəvi maddələrin yalnız heyvanlarda deyil , insanlarda da oxşar təsirlər yaratdığı bildirilmişdir. İnsan hormonlarını təqlid edən söz mövzusu kimyəvi maddələrin , hamiləlikdə körpənin cinsiyyətinin müəyyən olunma müddətində bəzi dəyişikliklərə gətirib çıxardığı ifadə edilmişdir . [Qaynaq ] 2004-cü ildə nəşr olunan bir açiqlamada , insan qaynaqlı ətraf kirliyinin ortaya çıxardığı tullantı və kimyəvi maddələrin qütb ayısı və timsah kimi heyvanların endokrin sistemlərinə təsir edərək, bu heyvanların törəməsini çətinləşdirən cinsi dəyişmələrə gətirib çıxardığı ifadə edilmişdir . 1998-ci ildə nəşr olunan bir çalişmaya görə PCB adlı bir sənaye tullantısi qida zəncirlərindən yığılaraq , dişi qütb ayılarının erkəkləşməsinə yol açmışdir .Ertəsi il WWF tərəfindən nəşr olunan bir açiqlamada da PCB çirkliliyinin spontan azalmalarla və azalan suiti nüfusuna səbəb olduğu ifadə edilmişdir. [Qaynaq ]


İnsanlarda təbii cinsiyyət dəyişməsi.

   Yuxarıda izah edilən ardıcıl hermafroditizm sinifinə girməsə də insanlarda da təbii cinsiyyət dəyişməsi müşahidə edilir ki bu hadisəyə də bir çox tibbi vəziyyət səbəb ola bilər. Bu tibbi vəziyyətlərə sahib bir körpə , doğulduğunda böyük ölçüdə (və ya tamamiylə ) iki cinsiyyətdən birinə bənziyərkən ; körpənin həyatı boyunca keçirdiyi dəyişmələr , onun böyük ölçüdə (və ya tamamiylə ) digər cinsiyyətə bənzəməsinə yol aça bilər.

   İnsanlardakı təbii cinsiyyət dəyişmələrinin çox böyük bir qismi , doğumda dişiykən yetkinlikdən sonra kişiyə çevrilməsi şəklində baş verər. Bu vəziyyət 5 -alpha - redüktaz ( 5alpha - RD- 2 ) və ya 17 -beta - hidroksisteroid dehidrojenaz ( 17beta - HSD -3) əskikliyinə bağlıdır.Kişidən qadına çevrilmə hadisələrinin sayı çox azdır və bunların səbəbi hələ çox yaxşı bilinməməkdədir.

   Genetik baxımdan dişi olub (iki X xromosomu ehtiva edən) anadangəlmə adrenal hiperplazi xəstəliyinə sahib olan fərdlərdə , böyrəküstü vəzinin kortizol və aldosteron hormonlarını istehsal etmək üçün ehtiyac duyduğu bir ferment tapılmaz. Bu hormonların yoxluğunda bədən daha çox androgen (bir növ kişilik hormonu) çıxarar; bu vəziyyət kişiyə xas xüsusiyyətlərin erkən (və ya əlverişsiz ) şəkildə ortaya çıxmasına gətirib çıxarar.
   Genetik baxımdan kişi olub ( bir X , bir Y xromosomu ehtiva edən) androjen laqeydliyi sindromuna (AIS ) sahib olan fərdlər isə androjene müqavimətlidir .Bu səbəbdən bu insanlar qismən və ya tamamilə dişi xüsusiyyətlərinə malikdir. Bu həmçinin özlüyündə AIS'na Reifenstein Sindromu kimi pozuqluqlari da gətirər ki, bu halda kişilərdə döşlərin inkişafı müşahidə edilər.


   Ardıcıl hermafroditizm  təbiətdə çox az görülər . Bu səbəbdən bütün bu məlumatların işığında bu sualı soruşmamız ağla uyğundur : Niyə bəzi canlılar cinsiyyət dəyişdirə bilərkən , bəziləri bunu edə bilməz? Daha da maraqlı olan və elm insanlarının əsas maraqlandığı sualsa budur: Bu hadisə təbiətdə niyə bu qədər nadir gerçəkləşir?

   2008-ci ildə Yale Universitetindən elm insanları Erem Kazancıoğlu və Suzanne Alonzo bu suala cavab üçün icra etdikləri işlərdə , cinsiyyət dəyişməsinin canlıya təmin etdiyi üstünlüklərin , bu iş üçün ödənilən bioloji "xərcdən" adətən yüksək olduğunu ortaya qoydu. [Qaynaq ] Amma bu fenomenin təkamül müddətdə də dəstəklənmiş olduğunu və buna görə nadirliyinin yalnız bioloji xərc - qazanc analizleriylə açıqlana bilinməyəcəyini söyləyirlər. Təbii ki bir başqa maraqlı nöqtə də yuxarıda ifadə etdiyim kimi , ardıcıl hermafroditizmin məməlilərdə görülməməsidir.

   Cinsiyyət dəyişməsinin canlı üçün niyə üstünlüklü olduğunu anlamaq adına icra edilən 40 illik araşdırma  , üstünlüklərin nələr olduğunuortaya qoymuşdur amma bu hadisənin niyə çox az heyvan növündə görüldüyünün cavabını verə bilməmişdir. Alonzo'ya görə , cinsiyyət dəyişdirmək bir çox heyvan baxımından müəyyən bir zaman və enerji tələb etdiyi üçün baş verməmiş ola bilər. Alonzo bu nu , sadə genetikaya sahib kiçik canlılar üçün həyatda qalma üsulu olaraq düşünəbiləcəyimizi amma bunun da hər zaman etibarlı olmadığını söyləyir. Məsələn 100 kq-dan çox ola bilən lahos və orfoz növləri bu mənada bir istisna təşkil edir.

 Epinephelus marginatus ( bir orfoz növü)


   Cinsiyyət dəyişdirmənin gətirdiyi bioloji xərcin , cinsiyyət dəyişməsinin reallaşma sıxlığı üzərindəki təsirini anlamaq üçün Alonzo və Kazancıoğlu'nun icra etdiyi iş qısaca belədir :

İki ayrı qrupun ( hermafrodit və tək cinsiyyətli ) həyat keçmişlərinə istiqamətli nəzəri modellər yaradılır . Cinsiyyət dəyişdirən " oyunçular" cinsiyyət dəyişdirmə yaşlarını dəyiştirirən ; tək cinsiyyətli "oyunçular" çıxardıqları kişi və ya dişi balaların sayını dəyişdirir. Bu qrupların həyat ssenarilərinin araşdırılması sonunda ortaya çıxan nəticə xülasəylə belədir : Bioloji xərcin yüksəkliyi , cinsiyyət dəyişdirmənin nadirliyini açıqlamaq üçün tək başına kafi deyil .Bu xərcin təbiətdə müşahidə növü də əhəmiyyətlidir. Həmçinin, cinsiyyət dəyişməsinin təkamül dayanıqlılığı , bədən böyüklüyünün təmin etdiyi üstünlük gücünə və uyğunluq ( fitness ) nəticələrinə da asılıdır. Bu səbəbdən bu ünsürlərin həm nömrə həm də müqayisəli olaraq ölçülməsi lazımdır ki bu əməliyyatın də özünə xas çətinlikləri vardır.


   1969-cu ildə Michael Ghiselin "The evolution of hermaphroditism among animals " [ Heyvanlarda hermafroditizmin təkamülü ] adlı məqaləsində bu mövzuyla əlaqədar 3 model təklif etmişdi. Bir az beyin gimnastikasi etmək adına bunlara qısaca nəzər salaq :

1.Düşük - sıxlıq modeli: Ardıcıl hermafroditizmə tətbiq olunmadiqi üçün üzərində durmuruq .

2. Gen paylanma modeli: Buna görə , gen  paylanmasini məhdudlaşdıran faktorlar populyasiyanin quruluşunu və ya genetik ətrafa təsir edə bilər. Bu model ardıcıl hermafroditizme tətbiq oluna bilər ; xüsusilə də qohumlar arası törəmənin olduğu hallarda. Modeldən çıxan nəticə , hermafroditizmin genetik dəyişkənliyi artırdığı və bu səbəbdən canlı üçün bir üstünlük olduğudur.

3. Ölçü üstünlüyü modeli: Buna görə , canlının müəyyən bir ölçü / yaşda olanda çoxalma funksiyaları daha yaxşı reallaşar. Hermafroditizmin təkamül müddətində seçilməsi üçün , kiçik fərdlərin müəyyən bir cinsiyyətdən olduqlarında daha yüksək çoxalma uyğunluğuna və böyük fərdlərin də digər cinsiyyətdən olduqlarında daha yüksək çoxalma uyğunluğuna sahib olması lazımdır. Bu ölçü - paylanma olması halında bir fərd , ardıcıl hermafrodit bir bala əmələ gətirərək öz uyğunluğunu artıra bilər.

Bir çox soyuqqanlı heyvanda bədən böyüklüyü ilə dişinin verimliliyi doğru mütənasibdir. Bu gerçək , Ghiselin'in bu gün məşhur olaraq qəbul edilən " ölçü üstünlüyü modeli" ni dəstəkləyir. Məsələn yumurtalar spermalardan böyükdür və dişi nə qədər böyüksə o qədər çox yumurta istehsal edəcək .Bu səbəbdən  böyüdükdə dişi olmaq sərfəlidir deyərik. Alonzo və Kazancıoğlu lapinlerdeki cinsiyyət dəyişməsiylə əlaqədar ilk müqayisəli analizi reallaşdırmış ( 2010) və ardıcıl hermafroditizmin ölçü avantajıyla doğru mütənasib olduğunu göstərərək bu modeli dəstəkləmişdir.Həmçinin ölçü üstünlüyünün digər üstünlüklərdən güclü olması halında dioikliyin ( dişi və kişi orqanların iki ayrı fərddə olması ) daha az ortaya çıxacağını müəyyənləşdirmişlər. [Qaynaq ]

Ölçü üstünlüyü modelinə görə , ölçü / yaş ilə çoxalma potensialı arasındakı əlaqənin hər iki cinsiyyətdə də eyni olması halında cinsiyyət dəyişməsinin reallaşmaması lazımdır. Bu fərziyyəyə görə hermafroditizmin təbiətdə çox  olmasını gözləyirik ; amma elə deyil . Elm insanları ardıcıl hermafroditizmin belə nadir olmasini , cinsiyyət dəyişdirən növlərin uyğunluqlarini azaldan bir "xərcə" bağlamaqdadır. Hermafroditizmin nadirliyini açiqlamaq yolunda ortaya atilan hipotezler arasında cinsiyyət dəyişməsinin enerji dəyəri , genetik və / və ya fizioloji maneələr və cinsiyyətə özəl ölüm nisbətləri vardır.


   Gələcəkdə aparilacaq olan işlər , mövzuyla əlaqədar ağılda qalan sualları işıqlandıracaq . Kazancıoğlu bu mövzuda belə deyir:

"Bir hermafrodit , ömrünün 30%-ni cinsiyyət dəyişdirməyə xərclədiyi halda yenə də populyasiyada var ola bildiyini gördük; bu bizi çox təəccübləndirdi. Bu səbəbdən insiyyət dəyişməsinin , yalnız çox böyük xərclərin var olması halında seçim edilmədiyini güman edə bilərik ... Cins dəyişməsi , törəməyə bağlı bəzi davranışları (məsələn valideyn baxımını ) da mənfi istiqamətdə təsir etdiyi görülməkdədir.. "

Beynəlxalq Kosmos Stansiyası'ndan 24 saat canli yayim !






Beynəlxalq Kosmos Stansiyası, Dünyaya 24 saat canlı yayimda bağlantiya başladi Sizə də İSS(İnternational Space Station)-nin harada olduğu və o anda Yer Kürəsinin necə göründüyü maraqlidirsa buradan izləyə bilərsiniz.Xoş seyirlər.


NASA

QEYD:
- Əgər qara bir ekran görürsünüzsə, ISS Dünyanın qaranlıq tərəfindən keçir deməkdir.Şəhər işıqları xaricində görüntü görməyə bilərsiz..

- Əgər boz bir ekran görürsünüzsə, ISS ilə əlaqə kəsilmiş ya da kameralar arasında keçid baş verməsi ola bilər. Sonra yenidən sınayın.