Sunday 11 May 2014

Təsadüfi şans yoxsa zərurət ?

Ateist fizik Carl Sagan, təkamül prosesini nəzərdə tutaraq; "Kifayət qədər zaman olduğu təqdirdə, şans faktoru möcüzələr meydana gətirə bilər." demişdi. Bu ifadə nəzəriyyədə doğru qəbul edilebilməməklə birlikdə, kifayət qədər vaxt olduğu təqdirdə şans faktoru bir möcüzə əldə edənə qədər böyük sayda sınaq-yanılma məhsulu ortaya qoymalıdır. Dahası, kainatın bir başlanğıcı və yaşı vardır; içindəki maddə miqdarı da sonsuz deyil. Yəni şans faktorunun işləyəcəyi zaman və maddə məhduddur. Bu vəziyyətdə ağla gələn sual budur: Kainatın yaşı təxminən təxmin edildiyinə görə, kainatdakı maddə miqdarını və reallaşdiracaği dəyişiklikləri göz önünə alsaq, şans faktorunun tək bir canlı hüceyrə meydana gətirmə ehtimalı nədir? Bu sualın cavabı əhəmiyyətlidir. Çünki şans faktorunun nəzərə alınmağa dəyər olub-olmadığını bu sual müəyyənləşdirir. Kainatda bütün imkanların istifadə edildiyi və ehtimalların sınandığı düşünülsə belə, ehtimal sərhədlərinin kənarındakı ehtimallar etibarsız sayılır. Dembski bu ədədi 10⁻¹⁵⁰, yəni vergüldən sonra 150 sıfırın ard-arda gəldiyi çox kiçik bir sayı olaraq hesablamışdir.Bunu necə aldiğini qisa olaraq izah etməyə çalişim.

Müşahidə ediləbilən kainatda ehtimal hesabında istifadə edəcəyimiz məlumatlar çox məhduddur. Bilinən fiziki kainatda təxminən 10⁸⁰ təməl zərrəcik olduğu təxmin edilməkdədir. Dahası, maddənin elə xüsusiyyətləri vardır ki, bir fiziki haldan digərinə keçidi saniyədə 10⁴⁵ dəfədən daha sürətli reallaşa bilməz. Bu vaxt intervalı,kainatda ən kiçik zaman vahidi olan Planck zamanidir.Son olaraq qeyd edək ki, kainat 10²⁵ saniyədən milyardlarla dəfə daha gəncdir (kainatın yaşını 10 ilə 20 milyard il arasında 13.7 milyard olaraq qəbul edirik). İndi, əgər bilinən maddi kainatda müəyyən hadisələrin reallaşa bilməsi üçün ən az bir təməl zərrəcik lazımdırsa və Planck zamanından daha qısa zamanda heç bir şey gerçəkləşə bilmirsə, bu kosmoloji məhdudiyyətlərə görə, kosmik tarix boyunca reallaşan ümumi hadisələrin sayını hesablasaq, 10⁸⁰ x 10⁴⁵ x 10²⁵ = 10¹⁵⁰ ədədini keçə bilmədiyini görərik.

Müşahidə ediləbilən kainatdakı bütün bilinən informasiyalari hesaba qatsaq belə 10¹⁵⁰ də 1'dən kiçik ehtimallar qeyri-mümkündür. Buna görə 10¹⁵⁰ də 1 ehtimal, universal sərhəd olaraq qəbul edilməkdədir.

10⁻¹⁵⁰ kimi kiçik bir ehtimal,alimlərə görə bizə kainatın, yalnız ehtimalları istifadə edərək kompleks strukturlar əldə edilə biləcək çox kiçik bir məkan olduğunu izah etməkdədir.İndi özünüz düşünün izah edə bilir ya yox Stuart Kuffman bu məsələni araşdırmışdır. Verdiyi nümunələrdən birində, 200 amin turşusundan meydana gəlmiş ehtimal daxilindəki zülalların maksimum sayını (yəni 20²⁰⁰ və ya təxminən 10²⁶⁰) və kainatın tarixi boyunca hissəciklərin ikili olaraq toqquşma ehtimalını ələ almışdır. (Toqquşmaların reaksiyaya girmə nisbətinin femtosaniyə 10⁻¹⁵ olduğunu fərz etsək, cəmi 10¹⁹³ toqquşma ola biləcəyini tapmışdır.) Kauffman'ın gəldiyi nəticə budur: Bilinən kainatın Big Bangdan bu yana 200 amin turşusundan ibarət ehtimal daxilindəki zülalları bir dəfə belə yaratmaği üçün kafi zamanı olmamışdır.Yəni '200 amin turşusundan meydana gələ biləcək mümkün bütün zülalların bir dəfə belə təbii olaraq öz-özünə meydana gələ bilməsi üçün kainatın yaşının 10⁶⁷ misli qədər bir müddət lazımdır. "(Dembski, 98).

İndi gələk bunlardan çixan nəticəyə.Allahı qəbul etmədən, təbiətin ortaya çıxışını və işləyişini şansa söykənən mexanizmlərlə açiqlamağa çalışmadaki bir başqa çətinlik, fosillərlə əlaqədardır. Əgər şans faktoru doğru olsaydı, yoxlama-yanılma prosesində yanılmalar, müvəffəqiyyətli sınaqlara görə çox daha çox olacaqdı. Bu vəziyyətdə fosil qalintilarinda, az bir miqdar normal canlı fosilinə müqabil, böyük sayda funksiyasiz orqanizm qalığının olması lazım idi. Şansa bağlı mexanizmlərdən müvəffəqiyyətsiz sınaqların sayı, müvəffəqiyyətli sınaqların qat-qat üstün olduğuna görə, fosil qalintilarinda da eyni nisbətdə əks olunması gözlənilməlidir. Fosil qeydlərində nəsili tükənmiş bir çox canlı olmasına baxmayaraq, şans əsəri yaranan mutasiya ilə ortaya çıxmış fosil qalintilari tapa bilmirik. Dinozavrların nəslinin tükənmə səbəbi, hələ elm dünyasi tərəfindən müzakirə olunmaqla bərabər, həyatdaykən normal canlılar olduqları qəbul edilməkdədir.Düşünün mən otaqimda 100 dəfə kimyəvi təcrübə aparmaq istəyirəm və fərz edək ki bu təcrübələrdən ilk 80-i alinmir,buna görə də ətrafa kimyəvi maddələr dağilir bir sözlə uğursuzluq nəticəsində otağim pis hala düşür və sonra 1-i baş tutur.Amma sonradan otaqima daxil olduqda otağimi tər-tərmmiz halda görürəm elə bil 80 dəfə yalniş etdiyim təcrübəmin uğursuzluqlari heç baş vermiyib amma 1 dəfə uğurlu baş tutan təcrübəmin nəticələrini görürəm.Amma ortada otağimi təmizləyəcək şüurlu varliq yoxdu...Nəticəyə özünüz gəlin..

No comments:

Post a Comment