Saturday 10 May 2014

Allah əgər sonsuz qüdrətə sahibdirsə niyə Quranda and içir?

Quranın izahat və izah şəkli, bizlərin yaradılışımızdaki öz mənliyimizdə yatan bəzi dəyişməz ön mühakimə, qəbul etmə, qəbul etmə xüsusiyyətlərinə görə izah edir ayələri. Məsələn, Allah cənnət və cəhənnəmi təsvir edərkən elə bir izah edir ki, bu Dünyada bizləri çox xoşbəxt edəcək, getmək istədiyimiz amma gedə bilməyəcəyimiz yerlərin təsvirini edər bizlərə cənnəti izah edərkən. Ya da tam tərsi cəhənnəm üçün bunun tərsini söyləyir. Öz qatından bəhs edərkən həmişə bu Dünya ilə bənzətmə edər daha yaxşı anlayabilməyimiz üçün.Belədə olmalidi.Çünki düşün sən bu dünyadan başqa 1 yer görməmisən.Əgər belə bənzətmə olmasa sən heçnə anlaya bilməzsən.Eyniylə özümüzdən yaşca kiçik çox kiçik birini 1 şeyi başa salmaq istədikdə etdiyimiz bənzətmələr kimi.

Sözlərimizi qəbul etdirmək, məqsədimizə çatmaq üçün, söylədiklərimizi əsdiqləyici bir şahid, qəbul etdirici bir güc axtarırıq özümüzə, verdiyimiz nümunələr, dəlillər sanki özümüzə belə yetmir.Düşününki mən burda paylaşim etmişəmki "E=mc^2 yalnişdi".Bir adam deməzki bunun dəlilini mənbəsini göstər? Təbiiki deyər. Başımızdan keçən bir hadisəni izah edərkən görəsən qarşımızdakı inandı mı deyə hayıflanır, sanki and içmə gərəyi duyarıq.Bu insanin təbiətində olan 1 şeydi.

Biz insanların andı, izah etdiyimiz qəbul etdirmək istədiyimiz şeylərin dəstəkçisi, görünməz dəlilidir sanki. İnsanlıq tarixi boyunca araşdırdığımızda insanların həmişə ibadət, güc alacaq, sığınacaq birilərini tapmışlar özlərinə.Qarşısındakı insana söylədiklərini qəbul etdirmək, inandırmaq üçün özlərincə inandığı uca varlığı istifadə edərək onun adını şahid göstərib, söylədiklərinin doğru olduğunu qarşısındakı insana qəbul etdirməyə çalışır onun dəstəyiylə, şahidliyiylə sanki.Allah da bunu bildiyindən bizlərin inanması adına qəti və etibarlı söz mənasında istifadə edir and sözünü. Baxın Yaradan bizləri öz aramızda Allah ı şahid göstərib etdiyimiz andlar üçün necə xəbərdar edir Quranda?

Bəqərə 224: "Allahı öz andlarınızda dəstaviz (alət və vasitə) qərar ver-məyin. Yaxşılıq etmək, təqvalı olmaq və camaat arasında islah edə bilməyiniz üçün (and içməyin). Həqiqətən Allah eşidən və bi-ləndir.”

Bu ayədən də aydın olur ki, qarşımızdakı insana, ya da cəmiyyətə müqəddəs gördüyümüz şeyləri zamin göstərib onu özümüzə sipər edərkən, and olsun sözünü istifadə edirik. Xüsusilə biz insanlar Allaha and olsun ki deyəndə, xüsusilə inandığımız Rəbbi dəlil göstəririk. Allah yaxşı olmayan şeyləri edərkən məni sipər etməyin, şahid göstərməyin məni araya qoymayın deyir diqqət etsəniz. Məsələn yenə bir ayəsində baxın Allah and içənlər üçün nə deyir?

Bəqərə 225: Allah, (sizi) səhvən içdiyiniz andlara görə cəzalandırmaya-caqdır, amma qəlblərinizin kəsb etdiyi şeylər (iradə və ixtiyar üzündən etdiyiniz andlar) səbəbi ilə cəzalandıracaq. Allah bağış-layan və həlimdir (bəndələri günahlarına görə cəzalandırmağa tələsməyəndir).”

Burada diqqət etsəniz andı bizlər Allahı şahid göstərərək, onu sipər edib istifadə etdiyimiz üçün,Allah madam məni şahid göstərdin o zaman verdiyin sözü tut, ya da doğrunu söylə deyir.

İndi gələk Allahın and içməsinə. Diqqət yetirsəniz Quranın heç bir yerində Allah kimsəni nə şahid göstərir nədə özünə başqasını sipər edir.Birbaşa olaraq özü adına and olsun ki deyə başlayır. Yəni mənə yaradıcı olaraq inanmisizsa mən sizlərə kəfiləmsə, sözüm sözdür ki sizlərə vəd etdiklərim gerçəkdir deyir.Bu and içmə şəkli biz insanların qəbul etmə şəklindən qaynaqlanır, bizlər bir-birimizə əsla güvənməyən bir quruluşa sahibik, daha da pisi Allaha belə inanmamaqda israr edirik demək olar. Mütləq güvəndiyimiz və inandığımız şahidlər istəyərik, bu quruluş insanların genlərində olduğundan Yaradıcıda bu yolu istifadə edib sözlərinin təsdiqləyicisi olaraq. Bizlər ümumiyyətlə and olsun ki deyərik, amma Allaha and olsun ki deməkdən qaçınarıq.Bu belə bizlərin , sözlərimizin yarım yarımcıq doğruluğuna bir nümunədir. And sözünün tək başına bir mənası yoxdur. Əgər özümüzdən əmin deyil də sırf qarşımızdakına təsir istəyiriksə, cümləni tam söyləmədən tək and olsun ki, doğru söyləyirəm kimi sözlərlə aldadariq qarşımızdakını. Əgər həqiqətən doğru söyləyirsə Allaha and olsun ki deyərik. Çünki tək and olsun ki, sözünün dəlili,tək özümüz mənasını daşıyar. Allaha and olsun ki sözü isə Allahı şahid göstərmək mənasındadır.

Təkrar edirəm Allah Quranda and olsun ki deyərkən, sözlərinin qarşısında özündən başqa heç bir güclü və qüvvətli işarəsi yoxdur. Amma bizlər and edərkən önünə Rəbbi, Allahı qoyur onu şahid göstəririk. Daha da açiq desəm Allahin andı onun verdiyi sözünün, bizlərin anlayacağı və diqqət kəsiləcəyi cümlələr halına gəlməsini təmin edir. Allah heç kimin üzərinə Quranda and içməmişdir, yəni ondan böyük güc, şahid olmadığından.İnsanlar bəzən varlıqların dəyərlərini olduğundan daha aşağı göstərər və onlara uğursuzluq, pislik və çirkinlik sifətlərini yaraşdirar.Yəni insan belə bəzən özünə və digər maddi varliqlara lazimi dəyəri verməz. Halbuki onlar Allahın üçün yaratdığı digər varlıqlar kimi şərəflidir və bu pis sifətlərə sahib deyil. Allah bu varlıqlara and içərək bunların insanların zənn etdiyi kimi uğursuz və dəyərsiz varlıqlar olmadiğini, bunların yalnız Allahın əsərlərindən olduğunu vurğulamaq üçün üzərlərinə and içmişdir.And içmək Allahin yaradtiqlarina olan sonsuz dəyərindən irəli gəlir.Yox əgər Allah sonsuz qüdrət sahibi olmasaydi bizlər kimi özündən daha böyük qüdrət sahibinə and içərdi.Amma Quranda belə şeylə rastlaşa bilməzsiz(!).

No comments:

Post a Comment