Saturday 10 May 2014

Quranda "Yerin düz təsvir olunmasi" iddialarinin açiqlamasi






















Yerin düz təsvir olunmasi iddiasinin qaynağini aşağidaki ayədə görürlər.
Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!” (Kehf 86)

Əvvəlcə bunu yaxşı anlamaq gərəkir ki bu ayənin bütün təfsirlərində ortada bir "məcazi məna" olduğu ortadadir. Hər nə qədər yazını yazan adam "təfsirlərə ehtiyac yoxdur mənası çox açıq" desə də; açıq olan tək şey ayədə məcaz ifadələrin olduğudur. Bu məcaz ifadələri görməməzlikdən gəlmək "korluğun" nəticəsidir. Sadəcə mən Quranda səhv tapmaliyam prinsipinin təzahürüdür.Yəni burda məcazi görməmək Eşşəyarisini yari eşşəy yari ari kimi düşünmək kimi 1 şeydir

Heç bir təfsirə baxmadan, din alimlərinin şərhlərini dinləmədən bu ayədən çıxarılacaq iki xüsus vardır;

1. "Günəşi, palçıqlı bir çeşmədə (lehməli bir suda) batan gördü. " demək Günəşin Zülqərneyn perspektivindən necə göründüyünün məcazi bir anlatımıdir sadəcə.Yəni bunu anlamaq üçün dahi olmağa gərək yoxdu Yəni Zülqərneynin günəşi gördüyü əsnadaki mühitin təsviri edilmişdir. Günəşin o ankı mövqenin su çeşməsinə batır kimi görünüşündən ötəri belə bir məcazi anlatma şəkili vardir. Bu fotoşəkilə baxın bir.Sanki günəş dənizin içinə batır kimidir.Yəni bu ayədə də belə bir an izah edilmişdir. Hadisəni "demək Quran dünyaya düz deyir" kimi izahata çəkmək məcburi bir düşüncədir. Məntiqlə, ağılla və təfsir elmi ilə uyğun gəlməz. Ayədə kosmoloji bir məlumat verilmədiyi açıqdır. Hadisə salt olaraq yuxarıda qeyd etdiyim kimidir.


Biz göyü qüdrətimizlə (qüdrət əlimizlə) yaratdıq və Biz (istədiyimiz hər şeyi yaratmağa) qadirik. (Və ya: Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik). (Zəriyət 47)

Bu ayədəki döşəmək sözünə görə də Quranin Yerin formasi haqqinda yalniş fikirlər dediyini bildiriblər.Bu da o biriləri kimi yalnişdir.Quran-ı Kərim dünyanın düz olduğunu deyil əksinə geoid bənzəri olduğunu belə söyləyər.

Və bundan sonra yeri döşədi və hamarladı. (Naziat 30)

Burada "döşəmək" olaraq istifadə edilən "dehaha" sözünün Ərəbcədə yumru bir şeyi sarımaq üçün istifadə olunduğu bilinən bir gerçəkdir və bununlada yazini burda bitirmək istəyirəm.Söhbəti çox uzatmaqa ehytiyyac duymuram.

No comments:

Post a Comment