Saturday 10 May 2014

Kvant dünyasındaki qeyri-müəyyənliyə fərqli baxiş

Eşitmiş olarsiz kvant dünyasinda bir zərrəciyin eyni anda bir dən artiq yerdə ola bilməsi qeyri-müəyyənliyini.Bu ilk baxişdan bizə paradoks kimi gələ bilər ki, necə yəni eyni zaman aninda bir zərrəcik bir dən artiq yerdə olsun.Amma məsələyə başqa prizmadan baxanda ortada paradoks qalmir.Əvəla bunu bilmək lazimdi ki, görünən kainatdakı 3 ölçülü məkan , kvant dünyalarında zamana çevrilər və artaraq davam edər. Yəni 10 ölçülü kvant dünyası dediyimizdə bunun zamanda 10 ölçülü amma məkanda 1 ölçülü olduğunu bilmək lazımdır. Kvant dünyaları məkan olaraq təklikdən meydana gələr. Yəni qısacası kvant dünyaları dediyimiz yer bir Qara dəlikdir..

Bu vəziyyət kvant zərrəciklərinin qəribə hərəkətlərinin səbəbinin izah edir. Kvant dünyalarında məkan tək ölçülüdür və içindəki atom və ya subatomic hissəciklər ölçüsüzdür. Biz kvant zərrəciklərini araşdırdığımızda gördüyümüz şey tək ölçülü bir məkandaki bir hərəkətdir. Tək ölçülü məkandaki hərəkəti üç ölçülü bir kosmosdan izləyirik. Yəni əslində biz hologram görünüşünü izləyə bilirik. Bir hissəciyin eyni anda bir çox yerdə birdən ola biləcəyi , bu çox ölçülülük səbəbiylədir. Tək istiqamətə hərəkət edən bir zərrəciyə üç ölçüdə baxdığımızda zərrəciyi bir ölçü seçməyə məcbur edirik. Əslində hissəciyin hər hansı bir ölçüsü seçməsi üçün bir səbəb yoxdur. Onun üçün hər yerdə ola bilər. Üstəlik bizim hissəcik deyə gördüyümüz şey əslində tam olaraq bir dalğadır . Dalğa Holoqramı quruluşu gərəyi bizə zərrəcik olaraq görünər.

Mövzunu daha yaxşı anlaya bilmək üçün belə bir nümunə verməyə çalışım. Bir borunun daxilini bir ölçülü məkan olaraq düşünək. Bu borunun içindən gedən bir zərrəcik xəyal edin. Bu hissəciyin gedəcəyi yer bəllidir. Mütləq borunun içindəki tək ölçüdən gedəcək. İndi borunu açaraq müstəvi bir səthə çevirək.Yəni tək ölçünü iki ölçüyə çevirib bir müstəviyə çevirək . İndi bu hissəcik müstəvinin içindən haranı seçim etməlidir? Tek ölçüdən açıldığı üçün müstəvinin hər nöqtəsi onun üçün eyni əhəmiyyətdədir. Yəni bir yeri seçim edə bilməz. Lakin hər nöqtədə olmalıdır. Əgər zərrəciyə də boru kimi ölçüsünün genişlənməsi imkanı versəydik bütün müstəvinin səthinə yayılıb gedəcəkdi və biz hissəciyin hərəkətində qəribəlik görməyəcəkdik . Halbuki zərrəcik ölçüsüzdür və tək ölçüdə etdiyi hərəkəti çox ölçüdə müşahidə edirik.Yəni tək ölçüyə qarşılıq üç ölçülü kosmosda sonsuz sayda yol var. Biz buna kvant dünyasinda qeyri-müəyyənliki deyirik. Əslində qeyri-müəyyənlik yoxdur. Qeyri-müəyyənlik tək ölçülü bir kosmosdakı hərəkəti üç ölçüdə seyr etməkdən irəli gəlir.Qisaca belə deyə bilərik. Tək ölçüdəki tək alternativin üç ölçüdə sonsuz qarşılığı vardır .

No comments:

Post a Comment