Saturday 10 May 2014

Kozmik təqvimdə insanın yaşi

Orta hesabla 70 yaş ömrü olan bir insanın kozmik təqvimə görə dünya yaşi 8.6 san. ya da uzaği 9 san. ətrafındadır.

62 yaşında sümük xərçəngindən vəfat edən , 20ci əsrin ən məşhur elm adamlarından məşhur astronom və bioloq Carl E. Sagan'a görə  Samanyolu qalaktikasinda tam 400 milyard günəş mövcuddur . Qalaktikamiz , digər qalaktikalara nisbətlə orta böyüklükdə sayılır. Ondan daha da böyükləri mövcuddur . Günəş sistemimiz Qalaktikamizin mərkəzindən  otuz iki min işıq ili uzaqlıqdadir ...

Qalaktikamiz , Andromeda və Cənubi üçbucağı qalaktikalariyla birlikdə yanlarına otuza yaxın qalaktikani da qataraq Qalaktikalar qrupunu meydana gətirir.Hər bir qalaktika milyardlarla ulduzunun peykləriylə birlikdə olduğu düşünüldüyündə  insanoğlunun məntiqinin və ağlının nə qədər böyük rəqəmlərlə qarşılaşmış olduğu gerçəyi ortaya çıxır.

Sagan , son kitabı " Solğun Mavi Nöqtə " də , sərhədləri bilinməyən kainatda , qalaktikalar arasında və günəş sistemində dünyamızın yeri , uzaqdan solğun mavi nöqtə olaraq belə fərq edilə bilməyən və riyazi bir bütünlük ifadə etməyən toz dənəsi olaraq qəbul etmişdir .


















Yer kürəsi radioaktiv hesablamalara görə tam 4.6 milyard yaşındadir. Bu , eyni zamanda digər 8 planetin də ortalama yaşıdir.Dünya öz oxu ətrafında dönüşüylə , gündüz və gecə anlayışını / müddətini təyin edərkən, Günəş ətrafındakı dönüşüylə da 1 ili meydana gətirir.


Dünya bu anda orta yaş qrupunda sayilir. Günəş , bir ulduz olaraq daha sonrakı mərhələsində , mərkəzindəki hidrogenini yandırıb bitirəcək , quruluşu dəyişməyə , genişləməyə başlayacaq və Dünyanın ətrafını qucaqlayıb sanki onu udacaqdir.Hal hazirda Günəşdəki hidrogen yanacağı yarıda olduğuna görə , böyüyüb bir "super nova " halına çevrilməsinə , qısaca ölümünə 4,5 milyard il daha var deyə bilərik. Bu eyni zamanda dünyanın da ölümüdür.

İnsan deyilən düşünən varliq araşdırıldığında , onun bir Homo erectus ( dik yeriyən ) , Homo Faber ( alət hazirlayan) , Homo lingua ( danışan , dili olan ) , Homo symbolicus  , Homo Curiosus ( araşdıran ) və nəhayət bir Homo Sapiens ( ağıl sahibi ) olduğunu görürük.Bu təkamül müddətində , maraq kəsb edən bir digər şey də , bundan tam 75 milyon il əvvəl yaşamış , sonra yox olmuş bir dinozavr nəslinin olmasıdir . Əsl mövzumuz isə " Kosmik təqvim deyilən" bu müddətdə insan həyatının nə qədər yer tutduğudur.

Bunu da riyazi əməliyyatlarla  hesablayaq . Kainatın var olduğu qəbul edilən Big -Bang anından , yaşadığımız bu ana qədər keçən 15 milyard dünya ili , bir "Kosmik İli" dır. Günəş , dünya iliylə 4,5 milyard , öz ilinə görə isə , hələ 8 yaşındadir.Çünki daxilində yerləşən Samanyolu qalaktikanın mərkəzində , bu günə qədər ancaq 8 dövr edə bilmişdir . Günəşin bir dövrü , Dünya iliylə 255 milyon ildir. ( Hesablamalar nəticəsində 2.040 milyon yaşında olması lazımdır. Bu rəqəmə , termonüvə reaksiyalarla keçən müddət və proto planet dövrəsi daxil edildiyində , Günəşin yaşı 4.500 milyon il olar. ) İndi , bu astronomik məlumatlar işığında hesablayaq.

Kainatımızın yaşı 15 milyard dünya ilini 12 ay olaraq düşünsək , 4.500 milyon yaşında olan Günəşin yaşı , 3.6 ay ( təxminən 4 ay ) edər.

İnsanın dünya üzərindəki yaranma müddətini , 200 milyon il , 15 milyard dünya ilini da 8766 saat (365 gün x 24 saat = 8760 +6 = 8766 ) olaraq qəbul etdiyimizdə , 200 milyon ildir var olan insanoğlunun kosmik təqvimə nisbətlə , dünya üzərindəki varlığı 5 gün kimi bir müddətə sığmaqdadır .

No comments:

Post a Comment