Saturday 10 May 2014

Möcüzələrə Kvant mexanikasi çərçivəsindən fərqli baxiş

İstəyirəm bu dəfə möcüzələrdən danişaq.Ta qədimdən peyğəmbərlərin etdiyi möcüzəli hadisələr indiki zamanda ateizm dünyasi tərəfindən ən çox tənqid olunan və gülünclə qarşilanan faktordur.Ümumiyyətlə möcüzə nədir ? Elmi yollarla möcüzəni açiqlamaq olarmi ? Tanri faktoruyla kvant mexanikasini birləşdirən fikirlər buna açiqlama gətirə bilərmi ? Bu yazida əsəsan buna cavab verilməyə çalişilacaq.

Kvant nəzəriyyəsinin ən məşhur şərhi olan Kopenhagen şərhinin(təfsirinin) müdafiə etdiyi ' ontolojik indeterminizm ', başdan müdaxilə anlayışına ehtiyac qalmadan , 'bir möcüzə anlayışı'nın müdafiə olunmasını mümkün edər. Bu yanaşmaya görə, ontolojik olan kvant qeyri müəyyənlikləri təyin olunaraq, kainatda əhəmiyyətli dəyişikliklər və hətta möcüzələr yaradıla bilər.Bu yazida Kvant qaydasıyla Tanrısal fəaliyyəti birləşdirən yanaşmaların bu kimi möcüzələri necə açiqlayacağina baxacayiq. Hər şeydən əvvəl bilinən bir şeyi yenidən nəzərə çatdirimki, bütün kainatimizin xammali atomlardan və subatomic zərrəciklərdən yaranmışdır və atomaltı səviyyədə ediləcək müdaxilələr , kainatın bütünündə edilmiş olmaqdadır.Həmçinin bu mövzuda , kvant nəzəriyyəsi ilə birlikdə , xaos nəzəriyyəsində qarşımıza çıxan ' kiçik dəyişikliyin böyük təsirlərə yol açmasi', bərabərcə nəzərə alınmalıdır. Xaos nəzəriyyəsində də deyildiyi kimi, kainatın bir yerindəki çox kiçik sayıla biləcək bir dəyişmə belə kainatın başqa bir yerində çox böyük dəyişmələrə səbəb ola bilər. ' Kəpənək Təsiri '(Butterfly Effect) adıyla məşhur olan bu yanaşmaya görə, Qazaxda(Qazaxdan deyiləm :D) qanadlarını çırpan bir kəpənəyin , Bakida bir qasırğaya səbəb verə biləcəyini xatırlayaq Nəticədə Tanrısal müdaxiləylə Allahın bütün kainatı əhatə edən elmi birleşdirilərsə , bir kəpənəyin istiqamətini dəyişdirəcək qədər bir müdaxilə ilə - kəpənəyin zehninə kvant səviyyəsindən ediləcək müdaxilələrlə bir istiqamətləndirmə edilərək və ya kvant səviyyəsində müdaxilələrlə bir hava axını yaradılıb kəpənəyin istiqaməti dəyişdirilərək müqəddəs kitablarda bəhs edilən , bəzi qövmlərin yox edilməsinə səbəb verəcək xüsusiyyətdə bir qasırğanın necə yaradıldığı izah edilə bilər.

Xaos nəzəriyyəsində , Kəpənək Təsiri Determinist qanunlar çərçivəsində ələ alınar. Xaos nəzəriyyəsi ilə kvant nəzəriyyəsi bir yerdə ələ alınsa , böyük nəticələr verəcək kiçik dəyişmələr , Allahın , ' qeyri müəyyənlikləri təyin etməsi ' ilə açıqlanmağa ( indeterminizm müddətcə daxil edilməyə ) çalışıla bilər .Bizə görə əhəmiyyətli nöqtə, çox kiçik bir təsirin nə qədər əhəmiyyətli nəticələri ola biləcəyini görməkdir. Maddənin kiçik zərrəcikləri , ətraflarındakı kiçik zərrəciklərlə və mühitlə , toqquşma şəklində qarşiliqli əlaqələri, bizə görə qısa bir müddət olan bir neçə saat içində katrilyonlarca əlaqəyə girərlər. Kvant nəzəriyyəsinin göstərdiyi kimi kainat qanunlari özlərində ehtimalsi bir quruluşa sahibdirsə, katrilyonlarca saydakı qarşılıqlı təsir əsnasında, ehtimallara müdaxiləylə , çox böyük bir fərqlilik yaradıla bilər. Dünyanın ətrafında uçan və eyni yerə gələn bir raketi düşünək , əgər bu raketin orbiti dərəcənin trilyonda biri qədər dəyişmə göstərsə ilk turda əhəmiyyətli bir fərq olmaz, ancaq trilyon tur sonra bir dərəcə fərq meydana gələr , 90 trilyon dəfədən sonra köhnə orbit tam dikinə kəsiləcək qədər , 180 trilyon dəfədə tam tərs istiqamətdə eyni yolu təqib edəcək qədər fərq meydana gələr. Ehtimallar ŞÜURLU tekrarlandığında və Tanrısal şüur ilə BİR MƏQSƏDƏ görə ehtimallar seçildiyində , təbiət qanunları pozulmadan çox böyük dəyişikliklər və ağila siğmaz nəticələr yaradıla bilər.

Havadakı atomlar kimi atomların paylanmasinda ehtimalsi entropiya qanunu özünü göstərər. Bir hava molekulunun otağının bir yarısında olma ehtimalı 1/2 - dir, amma otaqdakı bütün atomların eyni ehtimalı gerçəkləşdirməsi üçün riyazi ehtimal o qədər aşağıdır ki, bu ehtimal , yüksək sayda molekulların aşağı ehtimalli hadisələri ( möcüzələri ) , niyə az qala heç göstərmədiklərini anlamamiza kömək edir. Corc Gamow , bir otaqdakı hava molekullarının otağının bir yarısında toplanıb, digər yarısında olmamaları üçün 10^299.999.999.999.999.999.999.999.998 saniyə gözləməmiz lazım olduğunu göstərib.Kainatın ehtimal edilən ümumi yaşının təxminən 10^17 saniyə olduğunu xatırlatsaq , niyə molekulların otağının bir yarısında toplanaraq bizi havasiz qoymadiğini anlaya bilərik.Eger kvant nəzəriyyəsində var olan qeyri-müəyyənliklərin müəyyən edilməsiylə molekulların hərəkəti yönlendirile bilirse və Allahın bu ehtimalları ( qeyri-müəyyənlikləri ) təyin edərək onlara müdaxilə etdiyi fikrini düşünsək, atomların hərəkətiylə ortaya çıxa biləcək bir çox möcüzə, təbiət qanunları pozulmadan açıqlana bilər. Üstəlik, indeterminizm müddətcə daxil edildiyi üçün, ' başdan müdaxilə' anlayışina da gərək qalmaz , çünki artıq müdaxiləyə açıq sahə yalnız başlanğıcda deyil, atom səviyyəsində , bütün kainata yayilmiş bir şəkildə , hər an vardır. Bir peyğəmbəri öldürməyə qalxan bir birliyin, içində olduqları mühitin hava molekullarinin , bu cəmiyyətdən uzaq bir yerə hərəkət etdirilərək, təsirsiz hala getirildikleri xəyali bir hadisəni ələ alaq. Heç şübhəsiz bu hadisə, teistik bir yanaşma baxımından 'möcüzə ' deyə səslənəcəkdir, amma göründüyü kimi, bu 'möcüzə ' deyə səslənəcək hadisə təbiət qanunlarının pozulması olmadan , çox aşağı ehtimalların gerçekləşməsiylə yaradıla bilər.

Bir də bu yanaşma ilə birlikdə Hz. Musanin dənizin yarıl ması ilə əlaqədar olan möcüzəni düşünək. Bu dəfə, Allahın kvant qeyri-müəyyənliklərini təyin etmək surətiylə su molekullarını sağa və sola doğru yönəltdiyi və "möcüzənin" reallaşdığı deyiləcək.
Peyğəmbərlərə gələn vəhylər əhəmiyyətli bir yerə malikdir və bu fövqəladə hallar da kvant nəzəriyyəsi əlaqələndirilərək , təbiət qanunları çərçivəsində açıqlanmağa çalışılmışdır. Corc Ellis, kvant səviyyəsindən müdaxiləlerle , Allahın , insanlara, heç bir təbiət qanununu pozmadan etmədən vəhy edə biləcəyini söyləyər. Ellis , vəhy xaricində də Tanrının, kvant qeyri-müəyyənliklərini təyin edərək insan beyninə təsir ola biləcəyini , beyindən bədənə və bədəndən ətraf mühitə beləsi bir təsirin genişleyeceğini bildirir. Ellis , vəhy ilə əlaqədar fikirləri , bir çox filosof və elm insanı tərəfindən sevilməsə də , lakin əgər bu fikrin yanlışlanması istənsə , bu bacarila bilinməz , çünki müasir fizikanın heç bir təməl fikirləriylə ziddiyyət təşkil etmir. Ellisin, bu fikirlərinin əsas məqsədi dini inanc baxımından lazımlı olan vəhyə inanmağı , təbiət qanunlarını pozan bir möcüzə anlayışınin olmadiğini söyləməkdir. Nəticədə Ellis, vəhyin meydana gəldiyini isbat etməyə (təbii teologiya) çalışmamışdır . Lakin həm müasir elmə, həm də Tanrının vəhy və möcüzələr üçün belə təbiət qanunlarını pozmayacaği yolundakı inancına, uyğun bir teologiya inkişaf etdirməyə yəni ' təbiətin teologiyasini' hazirlamağa çalışmışdır.

Sonda onu deyim ki, möcüzələrin bu şəkildə yaradılmış ola biləcəyini ifadə edən bu fikirləri bildirərək , yalnız ' mümkün'ü göstərməyə çalişdiğimizi ,'olan' ilə əlaqədar bir iddiada olmadiğimizi bildirmək istəyirəm. Təbiət elmlərini ciddiyə almağımız bu tip ehtimalları təsbit etməmizi tələb edir. Bu təsbit , təbiət qanunlarına və Tanrısal fəaliyyətə fərqli yanaşmalar ola biləcəyini görməmizə mane deyil , necə ki bu fərqli yanaşmaları da tanıtmağa çalışdıq. Lakin , Philip Clayton'un da dediyi kimi, əgər təbiət qanunlarıni pozmadan Tanrısal müdaxilələrin (və möcüzələrin ) necə meydana gələ biləcəyini göstərmək istəyiriksə, bunu etmək üçün Nyutondan bəri ən çox şansa sahib olduğumuz dövrün içində olduğumuzu da bilməliyik.

No comments:

Post a Comment