Sunday 11 May 2014

İnsan işıq sürətini keçə bilsəydi nə baş verərdi?

Bildiyimiz kimi hər hansi 1 şeyi görmək üçün ondan əks olunan işiqlar gözümüzə çatmalidi.Təbii ki Enişteynin nisbilik nəzəriyyəsi kütləsi olan heç 1 şeyin işıq sürətində hərəkət edə biməyəcəyini deyir.Ona görə də bu yazini nəzəri cəhətdən anlamaq düzgün olardi.Praktiki olaraq isə qeyri mümkündür.Fərz edək ki,biz işiq sürətindən sürətli getmək qabiliyyətinə malikik.İşıq sürətindən daha sürətli getdiyimiz zaman geridə qalan heç bir şeyi görə bilmərik, çünki geridə qalan cisimlərin işiq şüalari bizə çata bilmir çünki biz artiq həmin işiqlardan daha sürətliyik. Lakin burada kiçik bir hiylə var. Bizə yalnız o an yayılan işiq şüalari çata bilməz. Amma geridə qalan cisimlərdən daha əvvəl yayılmış işiq şüalari da vardır. İşıq sürətini keçən maddə biz olsaq, geriyə doğru verilən 1 film kassedi kimi, keçmiş zamana aid işıq şüalarının köhnə halını görməyə başlayırıq.
Belə deyim.Günəşin şüaları bizə, yayıldıqdan 8,5 dəqiqə sonra çatır.Yəni hal-hazırda günəş sönsə, bunu ancaq 8,5 dəqiqə sonra anllaya bilərik.Fərz edəkki Günəş bir şüa yaydığı əsnada bir astronom o şüayla eyni sürətdə, yəni işıq sürətində dünyaya gəlsə, günəşdən çıxışından 8,5 dəqiqə sonra dünyaya çatar və bu müddət içində həmişə günəşdən onunla eyni anda çixan eyni şüalari görər.Yəni elə düşününki 1 yarişdasiz. Hami müxtəlif sürətlə qaçir yalniz siz bir dostunuz sizinlı eyni sürətdə qaçir. Ona görədə digərləri sizi ötüb keçsə də siz yalniz dostunuzu həmişə özünüzlə eyni yerdə görərsiz və eyni anda da finish nöqtəsinə çatarsiz,çünki eyni sürətlisiz. Eyniylə misal çəkdiyim astronomun Günəş onunla eyni anda çixan eyni şüalari görməsi kimi. Əgər astoronom günəşin şüalarından daha sürətli olsa,özüynən eyni anda çixan şüalari keçər və ondan əvvəl günəşdən çixan şüalari tutar və onları keçər.(Eyniylə yariş zamani sizin sürətinizi artirib irəlidəkiləri ötüb keçməyiniz kimi). Beləcə astronom həmin işiqlarla günəşin, "özü yola çıxmadan əvvəlki vəziyyətini yəni keçmişini görər".

Günəş şüaları davamlı olaraq dünyaya dəyir və əks olunur.Həmin şüalar dünyanın kosmosda görünməsini təmin edir. Dünyadan əks olunan günəş şüaları kosmosda yayilirlar.Bunun nəticəsində də Dünya kosmosdan görünür. Yaxşı indi isə düşünək ki astronom günəşdən deyil də dünyadan yola çıxsaydı nə olardı? Deyək ki astronom normal bir sürətlə yola çıxdı və dünyadan uzaqlaşmağa başladı və uzaqlaşdiqca dünyani müşahidə etmiş olsun.Onun sürəti artdiqca dünyadan gələn şüaların ona çatması daha çətin və gec olacağı üçün, astronomun müşahidəd etdiyi dünyadakı hərəkətlər getdikcə yavaşlayar. Astronom işıq sürətinə çatdığında, artiq dünyadan ona gələn işiq şüalariyla eyni anda hərəkət etməyə başliyar və dünyadan gələn görünüş, bir video kassedin STOP düyməsinə basılıb dondurulması kimi donar.Astronomun sürəti işıq sürətini keçdiyi zaman görüntü, bir video kassetin geriyə firladilmasi kimi, geriyə doğru getməyə başlayır.Astronom özünü görə bilməz, çünki sürəti işıq sürətindən çoxdur. Öz görünüşü özünə çata bilməz.

Astronom bu vəziyyətdə yerdən uzaqlaşib hələ işıq sürətinə çıxmadan əvvəl yayılmış olan işiq şüalarıni görə bilər. O zaman astronom özünün geri-geri gedərək dünyadan ilk atıldığı ana döndüyünü görür.Bir sözlə hər şey video kassetlərdəki kimi geriyə doğru axar. O anda dünyada olsa, özü özüynən salamlaşar hətta .

No comments:

Post a Comment