Saturday 10 May 2014

Müsəlmanlarda fobiya yaradan anlayiş: "Təkamül".











Bəli. "Təkamül" anlayişi çox müsəlmanda artiq 1 fobiya yaradib.Kimilərinin araşdirib etmədən bu sözü görməyə gözləri belə yoxdu.Səbəb qurtula bilmədikləri önyarqilaridir.

"İnsanoğlu dünyanin necə yaradildiğina baxmalidi.Minerallardan başlayan macəra mükəmməl şəkildə bitkilərə və heyvanlara qədər irəlilədi.
"Heyvanlarin dünyasi genişləndi.Yeni növlər ortaya çixmağa başladi və nəhayət insanoğlu varolmağa başladi.Düşünən və axtarabilən insanoğlu.Yaradilişin ən son halqasi olan insana meymunlardan çatdirildi"

Bu sözlər Darwin tərəfindən yox 14-cü əsr alimlərindən olan İbn-i Haldun tərəfindən söylənildi.(Darwindən 400 il əvvəl)
Mənbə: "Müqəddimə" adli kitabinda. İSBN 0-691-01754-9 Səhifə 75

Həmçinin bir çox alimlərdə bu nəticəyə gəlmişdilər.

Al-Jahiz (776-869)
İbn Miskawayh (932-1030)
Hasan Ibn al-Haytam (965-1040)
Abu Rayhan al-Biruni (973-1048)
Nasir al-Din Tusi (1201-1274)
Ismail ibn Kathir (1301-1373)

Bəs Qərbin alimləri bu fikirlərə nə deyirdi bilirsiz ?

İngiliscə olaraq "Mohammedan Theory of Evolution of man from lowers forms"....
Tərcümə etsək "Aşaği formalardan insanoğlunun təkamülü və buna "Məhəmmədin" təkamül nəzəriyyəsi" deyilirdi.

Yəni Qərbin alimləri təkamülü 1400 il əvvəl yaşamiş olan 1 insana və kitaba(Qurana) əsaslandirirdi.
İndi buna dəlilsiz əlbəttəki inanmaq düzgün olmaz.Dəlili göstərim.Şəkilə baxin.

Darwinin bu "modern nəzəriyyəsinə" William Draper "Məhəmmədin" təkamül nəzəriyyəsi deyirdi.Mənbə: "History of the Conflict Between Religion and Science" Səhifə 188. (Google-dan rahatliqla tapila bilər)


Təkamül nəzəriyyəsi Müsəlman məktəblərində universitetlərində və hətta məscidlərdə də oxudulurdu taki Darwinə və Müsəlman alimlərinə qarşi olan Xristiyanlarla qarşilaşana qədər.Bugün də eyni şey baş verir əslində.İslam əsla fanatik şəkildə 1 fikri rədd etməz.Müsəlman öncə araşdirar və öyrənməyə çalişar.Təkamül 1 gerçəkdir ya deyildir onu dəqiq demək olmaz.Zira mən Təkamülün İslama rədd olmadiğini bir sira yazilaridma qeyd eləmişəm.Çünki adi üstündə bu 1 nəzəriyyədir.Lakin təkamül əsla Tanrinin yox olduğunu göstərməz ya da Tanriya 1 nöqsan gətirməz.Sadəcə Təkamülü məcburi olaraq dəlilsiz sübutsuz təsadüflə ilahiləşdirib Tanriya qarşi qoyan "beyinlər" var.

Bunu araşdirib tapib yazmaqda məqsədim o idi ki, fikir verirəm çox ateist kütlə bilib-bilmədən danişirki müsəlmanlar Qurani müasir elmə zorla uyğunlaşdirmağa çalişir.Lakin göründüyü kimi Darwindən illər öncə təkamülə aid 1 çox fikri Qurana və Məhəmməd peyğəmbərə bağlayiblar.Hətta ona "Məhəmmədin" təkamül nəzəriyyəsi" deyirdilər.


Elm və din arasinda heç vaxt 1 ziddiyyət olmaz.Müasir zamanda bu zidiyyəti yaradan əsas 2 səbəb var. Birincisi dini yalniş anlamaq ikincisi elmlə əldə edilən nəticələrin yalnişliqi.

Taha 114. "Qurani oxumaqda tələsmə,'Rəbbim mənim elmimi artir" de".

No comments:

Post a Comment