Saturday 10 May 2014

Təkamül İslama ziddirmi?!

Bəzi Ateizmə qarşi açilmiş və İslam adina açilmiş səhifələrdə "Təkamül nəzəriyyəsinə" qarşi iddialar olduğunu görürəm.Əvvəla 1 şeyi bilmək lazimdiki "Təkamül nəzəriyyəsi" heç zaman canlilarin təkamülünün 1 Tanri olmadan baş verdiyini deməz.Tanrinin iradəsi altinda baş verdiyini də deməz.Bu nəzəriyyə sadəcə təkamülün necə getdiyini araşdirib ortaya qoyur.Tanri məsələsi isə alimlərin öz inanclarina görə bu nəzəriyyədə qəbul etdiyi anlayişlardir.Sadəcə Richard Dawkins kimi şəxslər daima Ateizm üçün elmin adindan istifadə edib kitablari satilib və populyarlaşib.Bu şəxs kitablarina görə məşhur ola bilər amma elm dünyasinda etibarliliğini itirən insandir..

Hər şeydən əvvəl bilinməsi lazım olan nə dediyimiz budur.
1)Biz Qurandan Qətiliklə Təkamül çıxar demirik.
2)Biz Qurandan Qətiliklə Təkamül çıxmaz da demirik .
3)Biz təkamül doğrudur ya da Təkamül səhvdir da demirik .
4)Təkamül doğru isə belə Bu islam üçün bir problem yaratmır deyirik.



Bu cür sözlərdən sonra bəzi insanlar tərəfindən Siz Quranı çağa uydurmağa çalışırsınız tərzi etirazlar alırıq ancaq biz çağlar boyunca onsuz da mövcud olan ayələrdən bəhs edirik ki tarix boyunca
dəyişiklik göstərən canlılar modelini qəbul edən Qurandan bunu çıxaran İbni Haldun kimi İslam mütəfəkkirləri də olmuşdur.

Həmçinin Orta çağlarda yaşayan çoxu İslam mütəfəkkiri də eyni nəticəyə gəlmişdir .
Al Jahiz ( 776-869 ) Ibn Miskawayh ( 932-1030 ) İsmail İbn Kathir ( 1301 - 1373 )

O dövrlərdə Qərb elm adamları da bu düşüncəni Qurana əsaslandırırdı və William Drapher Muhammedin Təkamül nəzəriyyəsi deyirdi bunun üçün .

Quranın heç bir ayəsində növlərin sabitliyinden danışmır. Qurana görə növlər davamlı sabitdir deməyimiz üçün dayanacaqimiz tək ayə yoxdur. Bəzilərin Ali İmran surəsindəki " Şübhəsiz ki, Allah qatında ( yaradılışları baxımından) İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir : Onu torpaqdan yaratdı. Sonra ona" ol " dedi. O da dərhal oldu. " ayəsini əsaslanaraq dolayı və məcbur etmə şəklində növlərin sabit tərzini müdafiə edir.

Əvvəlcə bir şeyə bənzər demək eyni demək deyil. Ayrıca Yaradılışın hansı baxımından bənzərlik göstərir bunu da bilmirik.Hz İsa "Pat" deyə yaradıldı Ana qarınında o zaman Hz Adəm də bənzər isə
Hz Ademin de dərhal yaradılmış olması lazımdir kimi müdafiə etmələr də görülür. Ancaq İsa Peyğəmbər də anasının bətnində müxtəlif mərhələlər keçirir.(Daha ətrafli burdan izləyə bilərsiz: ( http://www.youtube.com/watch?v=RNFk6emqIZ8 )

Quranın Növlərin Sabitliyinden bəhs etmədiyini anladıq bəs Quranda növlər arası və ya sadəcə dəyişməyə Yəni Təkamülə işarə var mı ?

"O ki , yaratdığı hər şeyi gözəl yaratdı. İnsanı yaratmağa palçıqdan başladı ." (Səcdə 7)

"Halbuki sizi mərhələlər halında yaradan odur. " (Nuh 14)

Halbuki sizi mərhələlər halında yaradan odur- ayəsi hər şeyi açıq açıq söyləyir burda növlərin bir-birinə təkamül etməsinə dəlil olaraq bəlkə də çoxlarina görə sunulmaya bilər amma bu ayə Quranın insan üçün qətiliklə proseslərlə yaradıldığını doğrular.

"Və Allah yetişdirdi (O yaratdı) yerdən , torpaqdan bir bitki kimi" ( Nuh 17)

Bitki proseslərlə meydana gələr. Allah bizə insanı proseslərlə yaratdığını söyləyir.Bu növlər arası təkamülü təməlləndirə bilməz bəlkə də ancaq bu Quranın Təkamülə zidd bir fikiri olamadığı fikrini təməlləndirə bilər .

Yəni sonda nəticəyə gəlsək Təkamül nəzəriyyəsi İslam üçün heç bir problem təşkil etməz.Çünki problem təşkil etməsi üçün Quran da bu nəzəriyyəyə zidd bir şeyin olması gərəkli idi.

No comments:

Post a Comment