Saturday 10 May 2014

Kvarklar sistemi "insan".

Həyatın ən kompleks varlığı olan insan təxminən 10¹⁶ dənə hüceyrədən meydana gəlmişdir.Bir hüceyrəyə də 10¹² -10¹⁴ sayda atom daxildir. Bu vəziyyətdə insan bədənində təxmini olaraq
10¹⁴ x 10¹⁶ = 10³⁰ ədəd atom olduğunu hesablaya bilərik. Atomda öz iç dünyasında böyük bir sistemə malikdir. Bilindiyi kimi hər bir atomun içində bir nüvə və bu nüvə ətrafında proton sayı qədər elektronlar orbitlərdə dolanarlar. Atomun alt quruluşu olan nüvənin də alt hissəcikləri nuklonlardır. Nuklonlar, proton və neytron sisteminə birgə verilən addir. Proton və neytron əslində eyni şeyin iki fərqli görünüşündən ibrətdir. Protonların sayı da atomun növünə bağlı olaraq 1 dən 294'ə qədər dəyişə bilər. Elementlərin növünə görə orta bir ədəd götürəcək olsaq bu ədəd təxminən 150 proton ətrafındadır. Bu vəziyyətdə insan bədənində təxmini olaraq 150 x 10³⁰ ədəd proton tapılar. Müsbət yüklü iki protonun 10⁻¹⁵ metr kimi kiçik bir məkanda bir arada olmaları qeyri-mümkündür. Çünki elektromaqnit qüvvəsi buna mane olur. Lakin bunları bir yerdə tutacaq qədər güclü bir qüvvə var. Bu qüvvə də elektromaqnit qüvvəsindən 1000 qat daha güclü olan güclü nüvə qüvvəsidir. Protonlar da öz növbəsində üç ədəd althissəcikdən meydana gələr ki, bunlara da "Kvark" deyirlər. Hər bir protonun və dolayısilə neytronların komponentləri üç ədəd Kvark'dır.

Bu halda insan bədənində, 2 x 3 x 150 x 10³⁰ = 900 x 10³⁰ ədəd Kvark vardır. Proton içində bu Kvarkları da bir yerdə tutan güclü qüvvə daşıyıcıları olan 8 ədəd gluon vardir.

No comments:

Post a Comment