Sunday 11 May 2014

Şredinger Pişiyi təcrübəsi: "Pişik ölüdür yoxsa diri ?!"





Şredinger Pişiyi təcrübəsi yəqin ki bir çoxunuza tanışdır. Əgər bu barədə eşitməmisinizsə də pis olmayin. Onsuz da mövzumuz o olacaq. Şredinger özü kimdir, nəçidir, bunları internetdən və ya hansısa ensiklopediyadan axtarıb tapabilərsiniz. Bizim mövzumuz onun "pişiyidir"..


Problemin ortaya atılma səbəbi Kvant Fizikası ilə əlaqəlidir.Werner Heisenbergin atom alti zərrəciklər (subatomic particles) üçün Qeyri müəyyənlik prinsipindən bilyimiz kimi zərrəciyin koordinat və impulsunun eyni zamanda dəqiqliklə ölçülməsi mümkün deyil.Yəni bir partikulun koordinatini nə qədər dəqiqliklə (başqa sözlə koordinatin naməlumluğu nə dərəcədə kiçik olsa)ölçəriksə, buna qarşılıq impulsun naməlumluğu eyni dərəcədə böyük olar.Həmçinin əksinə, impulsdaki naməlumluq kiçildikcə, eyni nisbətdə koordinatin naməlumluğu böyüyər.
Mövzunu daha da uzatmadan, məsələni verim.

Bir qutumuz var. İçində enerjiyə qarşı həssas çəkic, radioaktiv atom və bir şüşə də zəhərli qaz var. Təbii ki bir də pişiyimiz. Sistem elə proqramlanib ki, qutunun içində atomun hərəkətindən doğan azacıq bir enerji yarandığı anda çəkic zəhərli qazın içində olduğu şüşəni qıracaq və pişiyimiz öləcək...
Qutunu hələ açmamışıq. Sual belədir ki, pişik ölüdür ya diri??

İndi izahina gəlim.

İlk öncə deyim ki Erwin Şredinger kvant fizikasının ən məşhurlarından biri idi ve bu etdiyinin real dünyada nə qədər məntiqsiz olduğunu bilirdi. Heisenberg ehtimal(probability) teoriyasını ortaya atanda Şredinger də öz pişiyi haqqında fəlsəfi bir sual verdi.Fəlsəfi sual xancano nun verdiyi sual idi. Əgər radioaktiv atom hərəkətlənsə, çəkic zəhərli gaz şüşəsini qırır və pişik ölür.Əgər atomda hərəkətlənmə olmasa, onda pişik yaşayacaq. Ancaq... Biz qutuyu açıb müşahidə etməyənə qədər atom nə hərəkətli nə də hərəkətsizdir, ikisinin ehtimalı qarışığıdır.Onda qutu qapalı olanda pişiyə nə olur? Heisenbergin dediyi kimi atom teorik olaraq eyni anda 2 vəziyyətdə olduğuna görə, pişik eyni anda həm ölü , həm də diridir.Ancaq qutuyu açıb açıb baxsaq ya ölüdür ya da diri ..

Əgər xaricdən bir müşahidəçi(tutaqki özümüz) , qutunun içərisini görmədən bir ehtimal etsəktəbiiki pişiyin canlı yoxsa ölü mü olduğunu dəqiqliklə söyləyə bilməz. ona görə, pişik% 50 canlı, 50% isə ölüdür. yəni, pişik bərabər nisbətdə canlı və ölü olma şansına malikdir. İşin qəribəsi, pişik görülmədiyi (müşahidə) müddətcə, hər iki ehtimal da eyni nisbətdə gerçəkdir. yəni pişik, eyni nisbətdə həm canlı, həm də ölüdür! əgər müşahidəçi, gedib qutunu açsa, bu vəziyyətdə, pişik "ya ölü, ya da canlı" olaraq qarşısına çıxacaq ki, müşahidəçinin bu müdaxiləsi, mühitin şərtlərini dəyişdirmiş və ehtimallardan birinin "reallaşmasına" səbəb olmuşdur.Müşahidə nəticəsində ortaya çıxan bu hala "dalğa funksiyasının çökməsi " deyilir.

Bu arada yadima düşmüşkən Stephen Hawking'in bu təcrübə barədə gözəl və bir o qədər də zarafatcil 1 deyimi var "Schrödinger Pişiyini eşidəndə silahıma əl atmaq istədim" . :)

No comments:

Post a Comment