Sunday 11 May 2014

İşıq sürəti sabit olmaya bilər





















Astronomiya və fizika baxımından mükəmmələ yaxın bir vakuum içərisindəki işığın sürəti ümumiyyətlə olduqca sadə və bəsitdir ; saniyədə 299.792.458 metr (və ya saniyədə 186.282 mil). Bu astronomların " işıq sürəti " dediyi şeydir. Bu sabit sürət , işığın Günəşdən Alpha Centauri sisteminin ( səmadakı ən yaxın qonşularımız ) bir üzvü olan qırmızı cücə ulduz Proxima Centauriyə getməsinin dörd ildən daha uzun sürdüyü mənasını verər. Bu eyni zamanda işığın Günəşin fotosferinden (işıq kürəsindən ) Dünyaya gəlməsinin 8 dəqiqədən çox sürdüyü mənasını verər. Hərçənd bu rəqəm , fotonun yolunun su ya da bənzəri başqa bir şey tərəfindən kəsilib kəsilmədiyinə bağlı olaraq , burada , Dünyada bir az dəyişə bilər.

Amma bu iş o qədər də sadə deyil ... Xarici kosmosun vakumu içində işıq sürətinin sabit olduğu üzərinə qurulmuş olan Eynşteynin ümumi və xüsusi nisbilik nəzəriyyələrinin bu qisimini test edən bir çox təcrübə edildi. Çoxunuz bəlkə bir neçə il əvvəl olan və bir qrup elm insanının neytrinolarin bir fotondan bir saniyənin yalnız kiçik bir hissəsi qədər daha sürətli hərəkət etdiyini iddia etdikləri (belə bir kəşf kainatın həm makro , həm mikro miqyasda necə çalışdığına bağlı çox yaxşı yerləşmiş nəzəriyyələrimizin bir çoxunun təməlini yox edəcəkdi) neytrino fiyaskosunu xatırlayacaq. Ancaq bu tapıntılar səhv bir kabel əlaqəsi səbəbiylə rədd edildi və bu da bizi yenidən , fotonun kainatdakı ən sürətli zərrəcik olduğu nəticəsinə apardı. Bu səhv ola bilərmi?

Paris- Sud Universitetindən Marcel Urban liderliyindəki və işıq sürətinin çox kiçik miqdarlarda da olsa , yalnız kvadrat metrdə bir saniyənin 50 kentilyonda ( kentilyon = 1018)) biri qədər kiçik bir nisbətdə , dəyişdiyini tapdıqlarını iddia edən qrup bu suala müsbət cavab verir. Bu ədəd kiçik də olsa , vakuum daxilində olan hissəciklərin xüsusiyyətləri araşdiran yeni bir fizika sahəsini işarə etmək üçün kafidir.Boşmuş kimi görünən kosmosun əslində heç də boş olmadığı əksinə qisa zamanda var olub-yox olan virtual zərrəciklərlə (elektron - Pozitron ya da kvark - antikvark cütləri kimi) dolu olduğuna artiq bələdik.Virtual zərrəciklər cütündən birinin təkliyin daxilinə düşdüyündə enerji dalğalanmalarina səbəb olacaq.

Araşdirmalara görə , bu dalğalanmalar kosmosda hərəkət edən işığın sürətinə bəzən təsir edə bilər. Dahası , işıq sürəti və digər kozmoloji sabitlər "təməl sabit deyil , bunlar kvant vakumunun müşahidə parametrləri" ola bilər.Erlangen , Almaniyadakı Max Planck İşıq Fizikası İnstitutundan Gerd Leuchs və Luis L. Sanchez - Soto tərəfindən nümayiş olunan bir başqa məqalədə boş kosmosun daxili müqaviməti ( dəyərləri işıq sürətinə bağlı olan bir başqa hipotetik elektromaqnit sabit ) kosmosdakı hissəciklərin kütlələrinə deyil elektrik yüklərindən asili olduğu bildirilir.Bu da fizikada uzun müddətdir olan bir sualı cavablayır : İşıq niyə sabit bir sürətlə hərəkət edir ? Bu sürəti diktə edən nədir ? Qısacası bu , kainatdakı yüklü hissəciklərin ümumi sayına bağlıdir . Bu eyni zamanda , kainatda olan , vahid həcmə düşən yüklü təməl zərrəciklərin ümumi sayının təxmin edilməsinin mümkün olduğu mənasında da gələ bilər. Məqalədə belə izah edilir:


"(...) Ənənəvi fizikanın ehtimal etdiyinin əksinə işıq sürətinin sabit olmaması nəzəri olaraq ehtimal daxilindədir . İşıq sürəti , hər bir işıq kvantinin ya da fotonun enerjisindən müstəqil bir səviyyədə və kvant ölçüsündəki cazibə qüvvəsinin təsiri nəticəsində olan dalğalanmalardan daha çox dalğalanır ola bilər. İşıq sürəti , kosmosun və ya zamanın vakuum xüsusiyyətlərinə bağlı ola bilər. "

Əgər doğrudursa , bu vəziyyət ultraqısa lazerlər köməyiylə test edilə bilər. Bu həmçinin , vakuum keçiriciliyi və elektrik keçiriciliyi olan vakumun maqnitləşməsini və polyarizasiyasini ( qütbləşməsini) da açıqlaya bilər. Gözləyib görəcəyik , amma təcrübi nəticələr bu fərziyyəni dəstəkləmiş kimi görünür.


Qaynaq: From Quarks to Quasars

No comments:

Post a Comment