Saturday 10 May 2014

Əgər Allah varsa , o özünün belə qaldıra bilməyəcəyi ağırlıqda daş yarada bilərmi?

Ateistliyə yeni-yeni qədəm qoymuş insanlarin daha çox verdiyi elementar 2 başli suallardan biridir bu.Bu arada xatirladimki Stephan Hawking öz "A Brief History of Time" adli kitabinda da bu suali özünə verir və cavab axtarir.Yazimi oxuyub bitirdikdən sonra Stephan kimi insanin belə suallarin içində dolaşmağini özünüz "qiymətləndirərsiz"

Əvvəla sual soruşan şəxs özü əvvəldən 1 Tanri modeli qəbul edir və Tanrinin gücünün və qüdrətinin sonsuz olduğunu bilmədən bu sualını soruşmuşdur yada bunu bilsə belə istər-istəməz öz başında Tanriya bir sərhəd çəkmişdir.Yəni suali öz Tanri modeli üçün verir.Qisaca desəm özü şərtlərini yazdiği 1 oyuna çağirir sizləri Davam edək.Əgər Tanrinin gücünə və qüdrətinə öz başından bir sərhəd çəkməmiş olsaydiı bu gücü və qüdrəti başqa bir böyüklüklə müqayisə etmək gərəyi duymazdı.

Yalnız müəyyən iki müəyyən böyüklük bir-biri ilə müqayisə oluna bilər, sonsuzluq başqa bir böyüklüklə müqayisə oluna bilməz, çünki sonsuzluq bütün böyüklükləri əhatə edir.
Riyaziyyatdaki sonsuz böyüklüyü düşünək. Bu sonsuza 1 əlavə etsək bir əvvəlki sonsuzdan daha mı böyük olar? Təbii ki xeyr, sonsuz yenə sonsuzdur.
Əgər ilk başda sonsuz saydığımız böyüklüyə 1 əlavə edincə daha çox bir böyüklüyə çatirsaq, bu deməkdir ki əvvəlki büyüklüğümüz əslində sonsuz deyilmiş , çünki sonsuz olsaydı, bir ədəd əlavə olunduğu zaman əvvəlki böyüklüyündən daha böyüyü ola bilməzdi.
Bir də bu dil ölçüsü var.Yəni necəki Riyaziyyatda müxtəlif paradokslar ola bildiyi kimi bizim danişiq dilimizdə də bu tərz paradokslar ola bilir.
Yəni cavab şəklində konkret "Hə" və ya "YOX" deyə bilmərik bu parodoksalrin cavabina.

Daha asan başa düşülməsi üçün bir nümunə verim. Daha əvvəl heç dalaşmadiğiniz bir dostumuzun yanına gedək və ondan belə bir sual soruşaq: "Səni məndən başqa döyən oldu mu?"

Soruşduğumuz dostumuz bu suala bəli deyə bilməz, çünki bəli dediyi təqdirdə bizim onu döydüyümüzü buna əlavə olaraq başqalarının da onu döydüyünü qəbul etmiş olar, lakin biz bu dostumuzu döymədiyimizi demişdik şərtdə.

O halda geriyə xeyr variantı qalır, amma xeyr cavabı da doğru bir cavab olmayacaq. Çünki xeyr dediyi təqdirdə "Məni səndən başqa kimsə döymedi" demiş olar.Bu vəziyyətdə yoldaşımız yalnız bizim tərəfimizdən döyüldüyünü qəbul etmiş olur.
Nəticə olaraq heç dalaşmadiğiniz birindən "səni məndən başqa heç döyən oldu mu?"sualını soruşduğumuzda bəli və ya xeyr cavabının verilməsi qeyri-mümkündür. Yəni bu sual səhv soruşulmuşdur ortada bir döyüş hadisəsi yoxkən bu problemin soruşulması məntiqi baxımdan səhvdir.

"Tanrı özünün belə qaldıra bilməyəcəyi ağırlıqda bir daş yarada bilərmi?

Bu sualda eyniylə bayaq izah etdiyim kimi səhv məntiq üzərində qurulmuş sualdir:
1)Allahın başqa bir böyüklük ilə müqayisə ediləcək məhdud bir böyüklüyündən danişmaq məntiqə ziddi.
2)Onun qüdrəti sonsuzdur və sonsuzda bir başqa böyüklük ilə qarşilaşdirilmaz.(yuxarida izah etdim)
3)Halbuki sualda bir böyüklük müqayisəsi etməmiz istənir. Yəni bu sual kökdən səhv bir sualdır.

Sonda belə 1 misal daha çəkim. Fərz edinki divarda 1 canli şəkil çəkmisiz. İndi biz deyə bilərikmi ki "bu divardaki canli ne yeriye bilir ne ses çixara bilir ne de başqa 1 şey ede bilmirsə demək bu şəkilin yaradicisi da həmin komponentlərə sahib deyil? ". Bu suala "HƏ" deyənlər bax elə bu cür suallarla insanlarin Tanri anlayişini sarsmaq istəyənlərdir.

5 comments:

  1. "Daha əvvəl heç dalaşmadiğiniz bir dostumuzun yanına gedək və ondan belə bir sual soruşaq: "Səni məndən başqa döyən oldu mu?"-------""Soruşduğumuz dostumuz bu suala bəli deyə bilməz, çünki bəli dediyi təqdirdə bizim onu döydüyümüzü buna əlavə olaraq başqalarının da onu döydüyünü qəbul etmiş olar, lakin biz bu dostumuzu döymədiyimizi demişdik şərtdə."

    ReplyDelete
  2. siz felsefe eleyen yerde alemi vurub qariwdirmisiz bir birine ))) paradoks allahin keyfiyyeti ile muqayise etmisiz halbuki bu sual ele tanrinin sonsuz qudretini sorgulayan sualdi ve meseleye yalniş prizmadan baxmisiz ! "allah sonsuz qudret sahibidir " bu bizim tanri modelimiz ve buda paradoksumuz - "Əgər Allah varsa , o özünün belə qaldıra bilməyəcəyi ağırlıqda daş yarada bilərmi? " eger allah sonsuz qudret sahibidirse o mutleq bele das yarada biler (burda dasin agirligini tanrinin qudreti ile qarşilaşdirmisiz ama qudret ile güc tamam ferqli anlayişlardir ve bu absurd duşüncedi ! tanri qudretli olmayandan sonra onun gucude limitli olacaq ve paradokso indi menim baxdigim prizmadan baxaq) cvb " he " olanda bu bizim tanri modelimizin keyfiyyeti ile ziddiyet teşkil edir cvb "yox"olduqsa ise yenede qisasi bele varliq ola bilmez olsada sonsuz qudretli "mutleq"ola bilmez!

    ReplyDelete
  3. yeni bu paradoks güc uzerinden tanrinin qüdretini sorğulayır bu qeder besit ve sade :P

    ReplyDelete
    Replies
    1. ve bu meqaleni yazanda litre yol ölçür deyesen )))

      Delete
    2. Sual çox aydın sualdı. Sadəcə suala məntiqsiz damğası vurmaqla əslində çox kankret bir sual üzərində müzakirəni qəlizləşdirməklə sualdan qaçırlar.

      Delete