Sunday 11 May 2014

İslam-Təkamül: Suallar və Cavablar ( 1 Hissə )



1.Təkamülü yoxsa yaradılışı müdafiə edirsiniz ?

Mənim dünyam bu iki variantdan ibarət deyil və bunlar bir-birinin ziddi şeylər də deyil əslində.Sadəcə məsələyə baxilan prizmalarin fərqliliyindən dolayi ziddiyətlər yaranir. Yəni sual səhvdir. Amma Allahın hər şeyi müəyyən bir qanunla meydana gətirdiyi və müddətə bağlı olaraq yaratdiğini çox yaxşı bilirəm. Həyatınızda bir tək bitki əkdinizsə , bir dəfə bir körpənin böyüməyini izlədinizsə , siz də bunu qismən anlamişsiz deməkdir.Unutmayın , sizi də Allah yaratmışdır amma doqquz aylıq bir hamiləlik müddətində şekillənmənizi gözləmək məcburiyyətindəydik.

2.Təkamülün olmadığı tək bir zülaldan belə aydın olar.

Tek bir zülaldan , "heç bir şeyin təsadüf ola bilməyəcəyi" aydın olur . Eyni şey bir qar dənəsindən , bir damla sudan , gəlib keçən buludların şəklindən də aydın olar. Amma bir zülala baxaraq " necə yaradıldığı " anlaşılmaz . Məhz orada bir az " elm" bilmək lazımdır ...

3.Təkamülə dair nə tip dəlillər var ? Necə bu qədər əminsiniz ?

Əmin filan deyiləm. Canlıların bir şəkildə qohum olduqlarını görə bilirəm. Amma bunun Darvinin dediyi kimi olduğunu heç zənn etmirəm. İşin içində tam fərqli proseslər var və elmi olaraq daha bu mövzunu anlamanın başında olduğumuzu düşünürəm.Həmçinin müsəlman elm adamlarının bu mövzularda söyləyəcək çox sözləri olduğunu da düşünürəm. Yeterki bu mənasız rədd-etmə psixologiyasını biraz özümüzdən uzaqlaşdiraq ...

4.Təkamül Nəzəriyyəsi doğrudursa niyə ara-keçid fosilləri yoxdur.Həqiqətən tek ara formaların olmaması və bunun açıqlanmaması məni çaşdırır . Canlılar arasında çox müxtəliflik və bənzərlik var lakin niyə çox aşkar fərqlər arasında növlər yoxdur bunu anlaya bilmirəm. Məsələn bu bu növdən törədi kimi bir məlumat varmı ? Canlıların olduğu mühit və şərtlərə görə dəyişməsini anlaya bilirəm lakin canlıların növdən növə keçişi arasında qopuqluq olduğunu düşünürəm. Birə-bir növdən növə keçid olduğuna inanmıram. Məsələn at ilə eşşəyin birləşməsindən qatır olur amma qatır nəsilini davam etdirmir .

Klassik olacaq bəlkə amma ara forma tapmaq istəyən bu gün yalnız google da sadə 1 axtariş etsə yetər . Məsələn Wikipediada belə bir maddə var: http://en.wikipedia.org/wiki/List_of_transitional_fossils




Buradakı heyvanlar bu gün nəsilləri kəsilmiş və bildiyimiz bütün canlıların xüsusiyyətlərini qismən daşıyan , amma indiki vaxtda bənzərləri olmayan canlılardir. Ara forma deyiləndə " şikəst və yarım" üzvlərə malik canlıların başa düşülməsi , təkamül biyologiyasinin heç bilinməməsindən qaynaqlanan bir səhvdirr. Əksik və şikəst bir heyvan , qalıq buraxacaq qədər onsuz da yayilmazda və həyatını davam etdirib nəslini artira bilməzdi . Bu səbəbdən , taopilan heyvanların hamısı "mükəmməl" canlılardı ; yəni yaşadıqları mühitlərə milyonlarla il boyunca həyatda qala biləcək şəkildə uyğunlaşma qabiliyyətinə ( özlərinə elə qabiliyyətlər bəxş edilmiş ) hayvanlardı . Lakin əlimizi insafımıza qoyub da muzeydə gəzərkən "tüklü dinazavr " deyə bir canlı gördüyümüzdə "nə olur?" deyə sruşmuruqsa, bir problem var deməkdir : http://en.wikipedia.org/wiki/Feathered_dinosaur


Microraptor guini misal çəkmək olar

Milyardlarla illik bir canlılıq müddəti düşünün. Yaşayan canlıların 99.5% qədərinin soyu tükənmişdir .Qalan canlı növlərinin sayı bu gün milyonlarla ifadə edilir. İnsan bu növlərden yalnız biridir... Burada düşünənlər üçün ibrətlər yoxdurmu?

Hər şeydən daha əhəmiyyətlisi , "təkamül" ilə problemi olan birinin , əlində daha yaxşı bir argument , yaxud fikir olmalıdir ... Yoxsa , "Hamısı yaradıldı" demək , heç bir şey deməməkdir əslində.Çünki hər zərrəyə hakim olan bir Allah anlayışına inanılırsa , onsuz da əsən hər küləkdən , titrəyən hər bir molekula qədər hər şey hər an yaradılır.Zira bioloji təkamül də bundan ayrı deyil ... Ana qarınında mərhələ mərhələ inkişaf edən insan , yaradılmırmi yəni? Yaşadığımız problem əslində materialist dünya görüşü ilə inancımız arasındadir. Və biz " təkamülü" bir yana atdiğimiz , onun üzərində düşünməyi buraxdiğimiz üçün , Allah yəqin ki, bu möhtəşəm təfəkkür vəsiləsini bizim əlimizdən alaraq , bizdən daha çalışqan olanların əlinə verdi ... "Onlar " da bu məlumatlarla istədikləri kimi oynayırlar bizə də uzaqdan seyr etmək düşür ...

Təkamülün "öz-özünə meydana gəlmək " məsələsi ilə əlaqədar problem yaşamağı əlbəttə anlayıram. Elmi olaraq necə olduğuna dair bir fikirimiz olan hər hansı bir şey , artıq " öz-özünə" və "təsadüfi " olur mənasını çıxartmaq cahillikdir . Belə bir meydana gəlişin "təsadüfi yoxsa məqsədlimı " olduğu , elmin təsbit edə biləcəyi bir şey deyil ." Ana qarınındakı embrion genetik kodlarla öz-özünə meydana gəlir" deyə düşünərək embriologiyani necə buraxmayib , qadın - doğum həkimlərinə güvənməyə davam ediriksə , canlılığın bu dünyadakı yaradılışı məsələsinə də fərqli rəftar etməmiz mənasızdir. Bu məsələ hamımızın müəyyən bir zehni səviyyəni aşması üçün lazımlıdir.

5.Allahın yaratmaq üçün təkamülə ehtiyacı var ? İnsanı yoxdan var edə bilməz?

Allahın yaratmaq üçün heç bir səbəbə və xammala ehtiyacı yoxdur. Lakin buna baxmayaraq Quran - ı Kərimdə insanın yaradılışından bəhs edərkən " palçıqdan " , " sudan " və " bitki kimi yerdən bitirməkdən " bəhs edilir. Bunların hamısı həm " xammal " lardir , həm də "dünyəvi xammallar " dir. Bu maddələr eyni zamanda (müasir biyologiyanin da bildirdiyi kimi , insan da daxil olmaqla) bütün canlıların ortaq maddi təməlidir. Yenə , Allah hər bir anı yenidən yaradır və icad edər . Lakin bu dünyadakı bütün hər şeyi da 1 səbəblə yaratdiğini qeyd edər. Hər şeyi "haqq və hikmətə uyğun" bir şəkildə yaratdığının zəmanətini verərək , öz qoyduğu fizika qanunlariyla bu kainatdakı yaratma müddətini - qismən - anlaşilan proseslərə bağlayar. Bu kainatda olan hər şey , adına fizika dediyimiz bir səbəblər silsiləsiylə bir-birinə. Bu səbəblərin böyük bir əksəriyyətini hələ anlamaqdan uzağıq ancaq çox kiçik bir qisimini bilirik və çoxunu bəlkə də heç bilməyəcəyik. Lakin buradakı hər şey , fiziki olaraq " bilinə bilən " təməllərə söykənir

6. İnsan ən gözəl surətdə yaradılmışdır və başqa heyvanlardan çevrilərək yaradılmasi necə mümkün ola bilər?

Düzdü insan ən gözəl surətdə yaradılmışdır , bəli; bəs meymun , qunduz , zebra , şam ağacı , kərtənkələ , bakteriyalar ən gözəl şəkildə yaradılmamışdirmi ? Onlar "başdan getdi " yaradilibmi? Onların yaradılışında bir əskik varmi?

Nə deyər Mülk surəsi : " Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən . Bir dəfə daha bax! Heç bir nizamsızlıq görürsənmi ? (Mülk -3)

Həmçinin Tin surəsi 4-5 ci ayələrində " esfeli - i safılın " sözü keçər , yəni " aşağıların aşağısı " ( Tin , 4-5 ).Davam edək. İndi , Ərəb bilmənizə belə ehtiyac yoxdur ; əhsəni-təqvim sözündəki ahsen'in "gözəl " demək olduğunu bilsəniz , " təqvim" sözü sizə dərhal bildik bir şey xatırladar :Eyniylə Tin surəsi 4 cü ayəsində məhz insanin təqvim içindı gözəl yaradilmağindan danişilir. Bildiyimiz təqvim , yəni yaradılış müddəti , müvəqqəti bir mərhələdir ... İnsan , ən gözəl olana vara biləcək bir müddətcə müqtədir olaraq yaradılmışdır . Eyni zamanda bu söz ərəb dilində " k-v-m " kökündən də gəlir , yaradılış tərzi , düzəldilməsi , tənzimləmə mənasin verir. Yəni təqvim ilə ifadə edilən yaratma prosesi , zaman ölçüsü baxımından ayrılmaz bir bütünlüyə malikdir. Daha sonra ayədə bildirilirki amma buna arxasin çevirdiyi zaman " esfeli - i safılın " e düşər.Yəni aşağilarin aşağisina. Bu baxımdan baxdığınızda , Quranın açıq-aşkar bir bəyanını sadələşdirilmiş və düşünülmədən oxunan tərcümələrlə nə hala çevirdiyimizi bir az daha dəqiq anlaya bilərsiniz.

Allahın " insanı yaratma prosesi" haqqında daha başqa necə bir "dəlil" axtarırlar , mən bilmirəm.

Həmçinin , Tin surəsi 4 ü ayəsində "takvîmin" sözünü çox yerlərdə "şəkildə-biçimdə" kimi tərcümə olunur.O zaman ayə "İnsani ən gözəl biçimdə yaratdiq " şəklinə düşür. Lakin bu zaman məntiqsizlik alinir.Çünki "şəkildə-biçimdə " olaraq aldığınızda , "şəkli-biçimi" az qala bizimkinin eynisi olan bir çox onurğalı canlının vəziyyətini açıqlamaqda ciddi olaraq çətinlik çəkərsən .Çünki ən yaxşi şəkildə yaradilan biziksə necə ola bilər "şəklinə-biçiminə" görə az qala bizimlə eyni olan 1 onurğali heyvan .Onlarin çoxundan tək fərqimiz , ciddi olaraq inkişaf etmiş bir ön beyin və əqli xüsusuiyyətlərdir . Bədənimizin qalani az qala tamamilə eynidir ( tüklər və s. sizi yanıltmasın ).Heç insan anatomiyasıyla birlikdə müqayisəli olaraq onurğalı heyvanların anatomiyasını araşdirib müqayisı etdinizmi.Etsəniz əminəm düşüncələrinizdə çox böyük dəyişiklər olacaq.

Sonda 1 şeyi deyim.Çox ilahiyyatçilar və alimlər Quranin tərcüməsini ancaq dini biliklərinə dayanaraq edirlər.Bu isə tamamilə yalnişdi.Elmdən bixəbər insanlarin etdiyi bucür işlər ayələrin hər yerdə müxtəlif cür tərcümələrinin yayilmasina və ən sonda da dini ziddiyyətə salir çoxlari üçün.

No comments:

Post a Comment