Saturday 10 May 2014

Sonsuz mərhəmət sahibi Allah cəhənnəmə gedənləri niyə bağişlayıb cənnətə göndərmir?

Bu düşüncəyə sahib olan ateistlerdeki ən böyük yanılma Allahın yalnız ''mərhəmətli'' xüsusiyyətinə sahib olduğunu düşünmələridir.Ya da Allahın xüsusiyyətlərini bir-birindən ayri müstəqil şəkildə dəyərləndirmələri. Əgər Allah yalnız mərhəmətli olsaydı Ateistlərin iddia etdikləri doğru olardi lakin Allahın'' ədalətli'' xüsusiyyəti də vardır. Əgər Allah hər kəsi cənnətə göndərsə o zaman Allah ədalətli olmaz və bu da Allahın ədalətli olma xüsusiyyəti ilə ziddiyyət təşkil edərdi. Buna görə Allahın xüsusiyyətləri (sifətləri) bir-birindən müstəqil qiymətləndirilə bilməz. Allahın ədaləti və mərhəməti mütənasibdir. Bu nisbətə görə Allah '' sonsuz'' mərhəmət sahibidir.

Ateistlərin ''mən olsaydım hər kəsi cənnətə qoyardim' düşüncəsi ateistləri Allahdan daha yaxşı etməz. Bu düşüncədəki ateistlər ədalətli deyillər çünki bu məntiqə görə həm pis insana həm də yaxşı insana eyni mükafat verirsən və bu da ədalətsizlikdir. Mükafat-cəza sistemi insanların təbiətində olan bir şeydir. Buna görə də dünyada həbsxanası olmayanölkə tapa bilməzsiniz. Ateistlərin iddia etdikləri isə mən həbsxanaları qaldırıb insanlara yalnız mükafat verecem deməyə bənzəyir. "Çox məntiqlidir" elə deyilmi

No comments:

Post a Comment