Saturday 10 May 2014

Dahilər dahisi Nicola Tesla



















Əminəm ki Teslanın adını eşidənlərin sayı çox azdır ... Nikola Tesla,elm dünyasından silinməyə çalışılan böyük bir addir. Tesla o qədər çox və əhəmiyyətli elmi inkişafa imza atmış bir şəxsiyyətdir ki özü ancaq Edison ilə müqayisə edilə bilər. Hətta ondan belə daha əhəmiyyətli işlər gördüyünü söyləmək əsla səhv olmaz fikrimcə.Nikola Tesla 1856-cı ildə Xorvatiyada dünyaya gəldi. İnanılmaz bir yaddaşı var idi. Altı dili çox rahat danışa bilirdi. Gratz'daki Elm İnstitutunda 4 il Riyaziyyat, Fizika və Mexanika oxudu. Amma onun əsas maraq sahəsi elektrik oldu. O dövrlərdə elektrik hələ "iməkləmə" dövrünü yaşayan çox yeni bir elm sahəsi vəziyyətində idi. Közərən telli lampa belə icad edilməmişdi .Tesla 1884-cü ildə ABŞ-a gəldi. Cibindəki "tövsiyə" məktubunun köməyi ilə ixtiraçı Tomas Edisonun yanında işə başladı. Edison o günlərdə akkor telli lampanı yeni icad etmişdi və elektrik enerjisinin köçürülməsi mövzusunda bir sistem inkişaf etdirməyə çalışırdı. Edison bu nöqtədə sabit cərəyana (Direct Current) güvənirdi. Ancaq DC o qədər çox problem çıxarırdı ki heç cür istədiyi nəticələri əldə edə bilmirdi.Bir gün Teslanı yanına çağırdı və sistemdəki problemləri həll etsə ona böyük bir maddi mükafat verəcəyini söylədi. Tesla, Edisonun, o günün pulu ilə 100,000, bu günün puluyla milyonlarla dollarlıq bir xərcdən qurtararaq sistemdəki problemleri hell etdi. Amma Edison vəd etdiyi mükafatı vermədi. Tesla, bu hadisədən sonra Edisonun laboratoriyasindaki vəzifəsindən istefa etdi. Edison, sözündən dönməklə qalmadı bir də Teslanın bundan sonrakı elmi karyerasını pisləməyə, onu alçaltmağa başladı. Bu gün Teslanın bu qədər az bilinən bir ad olmasının altında Edisonun bu səylərinin böyük payı vardır.Tesla elektrikin daşınması üçün Edison'unkinden çox daha yaxşı bir sistem inkişaf etdirdi. Sistemdə DC yerinə alternativ axın yəni dəyişən cərəyandan (AC) istifadə etdi. Teslanın inkişaf etdirdiyi transformatorlər vasitəsi ilə elektriki incə kabellər üzərindən uzaq məsafələrə itkisiz daşımaq mümkün idi artıq. Halbuki DC təməlinə(Edissonun yaratdiqi) söykənən ötürmə sistemində hər bir mil kvadrat üçün böyük bir elektrik stansiyası qurmaq və çox qalın kabellər istifadə etmək lazim olurdu.Ancak daşınacaq elektriki istifadə edəcək cihazlar olmadan bu sistemin hər hansı bir praktik mənası yox idi.Tesla bundan sonra elektriklə çalışan mühərriklər icad etməyə başladı. 19-cu əsrin sonlarında heç bir elm adamı, AC istifadə edən mühərriklərin gerçək ola biləcəyinə ehtimal vermirdi. Saniyədə altmış dəfə istiqamət dəyişdirən bir axınla işləyən mühərrikin bir irəli bir geri gedəcəyini və nəticə olaraq heç bir yerə gedəbilməyəcəyini düşünürdülər. Tesla belə düşünənləri yanıldaraq ilk AC elektrik mühərrikini icad etdi.Tesla 'nın ən əhəmiyyətli xüsusiyyətlərindən biri o idiki:oturub belə bir cihaz ya da sistem yaradacaqini söyləməsi sonra da bunu həqiqətən də eynilə dediyi kimi etməsiydi.Bir dəfə, Edisonun iş üsulları haqqında belə danışmışdı: "Edison,əgər samanlıqda itmiş bir iynəni tapmaq vəziyyətində olsa bir Bal arısı çalışqanlığı ilə bütün Şamanların altına tək-tək baxaraq iynəni tapmağa çalışar. Mən elmi işlərində buna tez-tez şahid olardım. Halbuki bir az nəzəri iş, bir az da hesablama etmək surətiylə xərclədiyi vaxt və əməyə qənaət edə bilərdi. "

Tesla elə böyük bir elm adamı idi ki daha dünya fluoresan lampalarla tanış olmadan 40 il əvvəl öz laboratoriyasini fluoresan lampalarla işıqlandırırdı. Günümüzdəki neon lampaları buna 1 misaldi.Tesla dünyanın ilk hidroelektrik stansiyasının də yaradicisidi. Niagara Şəlaləsi üzərində qurulan ilk hidroelektrik stansiya, "Tesla" imzasını daşiyir.Avtomobillərdə istifadə edilən ilk sürətölçənləri(spidometr) Tesla kəşf etdi.Teslanin bu yüksələn vaxtlarinda AC(alternativ axin) mövzusundakı müvəffəqiyyətləri Corc Westinghouse adındakı bir milyarder sahibkarin qulağına getmişdi. Westinghouse, Tesla ilə bir müqavilə imzaladı.Müqaviləyə görə, Westinghouse, satdığı hər bir kilovat AC elektrik üçün Tesla'ya 2.50 dollar verəcəkdi. Tesla bir anda hazırladığı amma pulsuzluq səbəbiylə həyata keçirə bilmədiyi işləri üçün nəğd pula sahib olmuşdu.Ancak Edison da DC(doğru axin) sistemi üçün böyük sərmayələr etmişdi. Teslanın AC sistemini yerdən yerə vurmaq mövzusunda hər vasitəni ustalıqla qiymətləndirirdi. AC'nin DC-ə nisbətlə çox təhlükəli olduğunu iddia edirdi. Tesla Edissonun ona qarşi dediyi yalanlara qarşı öz satışa çıxarma kampaniyasını başlatdı. 1893-də Chicagoda təşkil edilən Dünya Sərgisində (sərgisi 21 milyon adam ziyarət etmişdi) AC'nin nə qədər etibarlı olduğunu göstərmək üçün bədənindən keçirdiyi elektrik ilə çox sayda lampani yandırdı. Daha sonra öz adını verdiyi barabanları istifadə edərək şimşək yaradıb bunları tamaşaçıların üzərinə atdı. Təbii ki heç kimə heçnə olmadı.Tesla 'nın Westinghouse'dan alacağı ödənişin 1 milyon dolları keçməsi Westinghouse'ı maliyyə problemlərlə üz-üzə gətirdi. Tesla, müqaviləsi etibarlı olduğu müddətcə Westinghouse'un iflas edə biləcəyini dərk edərək müqaviləsini cırıb atdı. Çünki onun ən böyük məqsədi insanlara ucuz AC elektrik vermək idi. Dünyanın ilk milyarderi olmaqdansa patentləri qarşılığında özünə ödənən 216,600 dollara razı oldu.1898-ci ildə, Madison Square Stansiyadanda hazır olan tamaşaçılara, ilk uzaqdan əmrli gəmini tanıştırdı.Tesla xalqa sudanda ucuz havayi elektrik enerjisi təmin etmə xəyalları verməyə başlamişdi. 1900-cu ildə sərmayəçi J.P. Morganın 150,000 Dollarlıq maliyyə dəstəyi ilə Long Islandda "Kabelsiz Nəşr Sistemi" ni qurdu. Bu nəşr qülləsi dünyanın ilk telefon və teleqraf xidməti verəcək, eyni zamanda dünyaya şəkil, birja xəbərləri və hava xəbərləri verəcək 1 ixtira idi. Morgan bunun gerçək mənada "pulsuz enerji" olduğunu anlayınca dəstəyini çəkdi. Morganın dəstəyini çəkməsi Teslanın maliyyə problemlər içinə sürüdü.Həmin Qüllə, dəmir-dümür qiymətinə satılmaq məcburiiyətində qalindi. Dünya artiq Teslanın axmaq olduğunu düşünməyə başlamışdı. O dövrdə səsin, şəkillərin və elektrikin bu şəkildə yayılması eşidilmiş şey deyildi çünkü.Halbuki insanların bilmədiyi bir şey vardı. Teslanın, Marconinin "radionu icad etdim" deyə ortaya çıxmasından 10 il əvvəl radionun təməl iş prinsiplərini ortaya qoymuş olduğu idi. Əslində, 1943-cü ildə yəni Teslanın öldüyü il ABŞ Yüksək Məhkəməsi Marconinin bu ixtirasini Teslanın bu mövzuda daha əvvəl reallaşdırdığı işlər səbəbiylə ləğv etdi. Ancaq bu mövzu heç bir zaman gündəmə gətirilmədi.İndidə bir çox mənbələrdə Marconi radionun atası olaraq göstərilərkən Teslanın adından belə heç söz edilmir. Bunu da deməkdə fayda var: Marconinin radiosu səs çatdira bilmir yalnız siqnal yaya bilirdi. Halbuki bu, Teslanın Marconidən illər əvvəl reallaşdırdığı bir şey idi.Artiq bu məqamdə mətbuat Teslanın iddialarını şişirtməyə başladı. Guya, Tesla, Marsdan və Veneradan siqnallar aldığını söyləmişdi. Bu gün bilirik ki Tesla həqiqətən də uzaq bəzi ulduzlardan siqnallar almışdı. Amma o illərdə kosmos haqqında çox az şey bilinirdi. Mətbuat, bilər bilməz Teslanın bəzi iddialarına birə min qataraq ictimaiyyətin gündəminə gətirirdi. Yadplanetlilərlə danışdığını söyləyənlər belə vardı.Manhattan 'dakı laboratoriyasında işlərini davam etdirən Tesla, dünyanı, radyolardaki stansiya axtarış düyməsinə bənzər nəhəng bir nizam düyməsi halına gətirməyi bacarmışdı. Ayrıca yer üzü ilə eyni tezlikdə titrəşmə yarada bilən buxar gücü ilə işləyən bir titrəşmə cihazı hazirlamişdi. Nəticədə nə oldu? Yaxın ətrafdakı bütün mənzilləri sarsıdan şiddətli bir zəlzələ meydana gətirdi. Binalar sarsıldı, şüşələr qırıldı, boya və suvaqlar divarlardan töküldü. Teslanın hesablamalarına görə eyni sistemlə Empire State binasını yox etmək hətta dünyanı ortasından ikiyə ayırmaq da mümkün idi. Tesla, elm dünyasinın Yerin rezonans tezliyini hesablamasindan 60 il əvvəl bu işi özü etmişdi.İndi bəlkədə hamiya maraqlidiki Tesla Dunyani 2 yere ayirmaq üçün dediklərini təcrubə edib ya yox?Bəli etdi.1899 cu ildə Colorado Springs'dəki laboratoriyasında belə 1 işə əl atdi.Beləki Dünyanın bir ucundan digər ucuna gedib sonra da geri dönəcək enerji dalğaları göndərdi. Dalğalar geri gəldiyində bu dalğalara bir miqdar elektrik daha yükləyərək bir daha göndərdi. Nəticədə insan əlindən çıxan ən böyük şimşək yaradılmış oldu.Bu Tam 40 metrlik nəhəng bir şimşək idi.Teslanın bu təcrübə nəticəsində əldə etdiyi rekord hələ müasir elmdə də qirilmamişdir!. Şimşəyin gurultusu 35 km. məsafədən eşidilirdi.Laboratoriyasınin ətrafıni qəribə bir mavi işıq bürüdü. Amma bütün bunlar hələ sadəcə Teslanın əsas nümayişinin əvvəlində etdiyi "məşqlər" idi.. Çox təəssüf ki laboratoriyasında təcrübələrə davam edərkən özünə aid elektrik stansiyasının təchizatı partladi və bir daha da onu əvvəlki halina gətirmək mümkün olmadı.1ci Dünya müharibəsindi ABŞ dövləti Alman denizaltılarınin yerini müəyyən edəcək bir sistem inkişaf etdirməyə çalişirdi və bunun üçün Edison'dan kömək istəmişdi. Teslanın bu mövzudakı təklifi enerji dalğaları istifadə etmək oldu. Bu gün bu sistemə radar deyirik. Edison, Teslanın təklifini təbii olaraq rədd etdi. Çox axmaq gəlirdi ona görə bu təklif. Dünya, buna görə radarın ixtirasini 25 il gözləmək məcburiyyətində kaldı.Tesla 'nın müvəffəqiyyətləri qarşısında əldə etdiyi mükafat nə idi deyə bilərsiniz? Edison Medalı! .. Edison tərəfindən davamlı tənqid olunan birinə bundan daha pis bir mükafat ola bilməzdi.Edisson daima Teslani bəhanələrlə elm dünyasindan silməyə çalişirdi və axirda bu işə yaramişdi.Təxminən 20 il hərkəsdən təcrid edilmiş bir həyat sürdü və müasir dünyanın qurucularından Nicola Tesla, 7 Yanvar 1943-cü ildə, 86 yaşina az qala adi 1 küçə adami şəklində kasib öldü. Nəzəriyyələrini sinaqdan keçirdəcək maliyə imkani olmadiqindan o hər şeyi dəftərinə qeyd edirdi.Ölümündən sonra arxasında tonlarla qeyd dəftəri buraxdı. Bu dəftərlər FBI tərəfindən ələ keçirildi. Gün işığına çıxarılmadı.Ömrü boyunca 800 dən çox icadin sahibi oldu.Hələ bəlkədə bilmdiyimiz nə qədər də icad onun adini daşiyir. Əgər maliyyə dəstəyi yetərincə olsaydi Edisonun rekordunu rahatlıqla qırabiləcək bir insan idi. Dünya çox təəssüf ki Teslanın dahiliyinə sahib insanları maliyyə baxımindan mükafatlandırmağı çox sevmir. Mükafat alanlar yalnız orijinal fikirləri "oğurlayib" bu fikirləri istehsala çevirib satanların olur.......

2 comments:

  1. teessufki ateist alim idi :(

    ReplyDelete
    Replies
    1. belke Allah inancsiz olduguna gore onu bele cezalandirib

      Delete