Sunday 11 May 2014

Carl Sagan: "Solğun Mavi Nöqtə"



































"Bu solğun mavi nöqtəyə təkrar baxin.Ora bizim evimizdir.Bu uzaqlıqdan dünyamız çox da cəlbedici görünməyə bilər, amma bizim üçün vəziyyət fərqlidir. O nöqtəni bir də dəyərləndirin. O nöqtə buradır, yuvamızdır, bizik. Üzərində tanıdığınız hər kəs, sevdiyiniz hər kəs, eşitdiyiniz hər kəs, bütün insanlıq həyatlarını yaşadı. Bütün xoşbəxtlik və kədərlərimiz, minlərcə özündən əmin dinlər, ideologiyalar, ekonomik doktrinalar, bütün ovçu və toplayıcılar, bütün qəhraman və qorxaqlar, bütün mədəniyyət quranlar və dağıdanlar, bütün krallar və kəndlilər, bütün aşiq gənclər, bütün ana və atalar, ümidli uşaqlar, bütün ixtiraçılar və kəşfçilər, bütün əxlaq müəllimləri, bütün azmış siyasətçilər, bütün məşhurlar, bütün liderlər, tarixdəki bütün əzizlər və günahkarlar orada günəşdən asılı olan bir toz zərrəsində yaşadılar. Planetimiz kosmik sahədə çox kiçik bir səhnədir. O generallar və hökmdarlar tərəfindən tökülən qanları düşünün, şərəf və zəfər içərisində dövrlərinin padşahları olan, yalnızca kiçik bir nöqtənin bir hissəsində olanları. Bu kiçik pikselin bir tərəfində yaşayanların digər tərəfdə yaşayanlara etdikləri bitmək bilməyən zülmləri düşünün, anlaşmazlıqları nə qədər adi idi, biri-birini öldürərkən nə qədər həvəsli idilər, düşmənlikləri nə qədər atəşli idi. Planetimiz kosmik zülmət içərisində sadəcə bir zərrədir. Anlaşılmazlıqlarımıza, çətinliklərimizə başqa bir yerdən yardım gəlməyəcək. Yer bilinən tək yaşam sığınacağıdır. Ən azından yaxın gələcəkdə növümüzün köçəcəyi başqa bir yeri yoxdur. Səyahət, bəli. Yerləşmək, hələ tezdir. Bəyənin ya da bəyənməyin, bu dövrdə ayaqda qala biləcəyimiz tək yer planetimizdir. Böyük ehtimalla insanlığın meydana gəlməsinin, bu kiçik planetimizin uzaqdan çəkilmiş şəklindən böyük dəlili yoxdur. Mənə görə bu şəkil biri-birimizlə əlaqələrimizi daha nəzakətli qurmaq və "solğun mavi nöqtə"ni qoruyub, ona dəyər vermək məsuliyyətimizi artırır. İndiyədək tanıdığımız tək yuvamızı..."

- Carl Sagan ( məşhur astronom,astrofizik )

Şəkil 1977-ci ildə kosmosa buraxılan Voyager 1 kosmik aracı tərəfindən 1990-cı ildə Yerdən 6.000.000.000 km uzaqlıqdan çəkilmişdir.

No comments:

Post a Comment