Saturday 10 May 2014

"Kafirləri gördüyünüz yerdə öldürün" ayəsinin açiqlamasi

Məşhur ateist bioloq Richard Dawkinsten nümunə verəcəm.
Richard Dawkins'' Kor Saatçi'' kitabının 9-cu səhifəsində eynilə belə deyir:

'' Bir göz və ya hemoglobin molekulunun yalnız kompleks bir şans əsəri özbaşına bir araya gəlməsi üçün sonsuz zaman lazım idi, bunu hesablamaq üçün riyaziyyatçı ya da fizik olmağa ehtiyac yoxdur''

İndi Davkinsin bu cümləsini mən istəsəm hər hansi səhifədə paylaşim təhrif edərək deyə bilərəmki : "Bəli gördüyünüz kimi Dawkins bunun təsadüf ola bilməyəcəyin söyləyir. Elə isə bunun arxasında bir yaradıcı güc olması lazımdir. Dawkins bu sözləri ilə bunu etiraf edir. Bunun arxasında Tanrı olduğunu söyləməyə cəsarəti olmasa belə əslində tanrıya inanır.Bəs Davkins ateist idi ?"

İşin əsli isə elə deyil.İşin əsli:Əgər Davkinsin bunu söylədiyi hissəni araşdırsanız Dawkinsin bu sözlərinin əslində yalnız Darwinin ortaya qoyduğu təkamül modeli üçün etibarlı olduğunu görərsiniz. Yəni bunu yaxşı anlamaq üçün bütün hissəni oxumaq / analiz etmək lazımdır.Sadəcə sonunu yox !

İndi gələk bizim söhbətə.Səhifə yazirki Allaha inanmiyan kafirləri öldürün.Quranda belə 1 ayə var.

"Müşrikləri harada görsəniz, öldürün" (Tövbə-5)

Bunu oxuyan ilk insan araşdirib analiz etmədən o dəq İslam dinindən iyrənə bilər.Elə bilirsiz elələri yoxdu ? Gəlim açiqlamasina .Yuxarida Davkinsin məsəlində etdiyim təhrifi eyniylə burda ediblər.Bu ayənin əhatə etdiyi ümumi mənaya baxsaq 1 neçə ayə əvəldə Müsəlmanlar və Məkkənin müşrikləri arasinda bir bariş anlaşmasi edildiyi yazisini görə bilərsiz və bu bariş anlaşilmasi Məkkənin müşrikləri tərəfindən pozulmuşdur.Tövbə surəsinin 5 ci ayəsinə gələnə qədər Məkkənin müşriklərinə bir ultimatum verib hər şeyi 4 ay içində düzgün qayda qanuna salinmasi bildirilib yox əgər yox savaş düşsə savaş meydanindaki müsəlmanlara "Qorxmayin.Savaşin.Düşməni tapdiğiniz yerdə öldürün" deyilir.İndi burda gülünc olan oduki durub yazilmayacaqki savaş vaxti " düşməni gördüyünüz yerdə öldürülün ?" .(İşdi elə yazilsa onda da deyəəcydilərki Allah insan canina dəyər vermir bəhanə bitməz ). Yəni bu ayənin mənasi savaş meydanini əhatə edir.Allah C.C insanlara savaş vaxti düçməni görəndə qorxmayin döyüşün deyir.Yəni göründüyü kimi bunlar ayəni tam anlamamiş özlərinə sərf edən şəkildə yoza biləcəyləri məna axtarişindadilar

Bu İslam tənqidçilərindən məşhur biri öz kitabinda Tövbə sürəsinin 5 ci ayəsindən ayəni yozaraq 7 ci ayəsinə adlayib.Niyə? Çünki 6-ci ayədə bunun cavabi var.Tövbə surəsinin 6 ci ayəsində deyirki: "Əgər müşriklərdən biri səndən yardim istərsə onlarin sadəcə getməyinə icaze verməklə qalma onlari güvən içində olacaqlari bir yerə yerləşdirin ki Allahin kəlamini eşidə bilsinlər".Bugün dünya üzərində 2 dövlət arasinda müharibə düşsə ən mərhəmətli general belə "düşmən aman istərsə aman ver" deməz .Amma Quran bunu deməklə qalmir hətta həmin insani güvənli yerə çatdirmağini da deyir və Qurandaki savaşdan bəhs edən ayələrin hamisini izləyən son ayədə deyirki : "BARİŞ DAHA YAXŞİDİR".Bunda əslində təəccüblü heçnə yoxdu çünki İslam bariş dinidir.

2 comments:

  1. "Sciencesolveseverything" ahahhhaahhha tipik harunyahya domaini :D

    ReplyDelete
  2. Kimisə öldür deyən din mənim üçün heçvaxt doğru ola bilməz,kainat inanılmaz bir böyüklükdədi və orda toz boyda olan dünya planetində insanlara kitab yazdırıb bir birivizi öldürün deyən tanrı fikirləşə bilmirəm

    ReplyDelete