Tuesday 13 May 2014

İslam-Təkamül: Suallar və Cavablar ( 2 Hissə )

1. İnsanın yaradılması üçün Allah niyə milyardlarca il gözləmək məcburiyyətində olsun? Bu dediyiniz hər şeyə qadir bir yaradıcı inancına zidd deyilmi?

Belə sual soruşum : Allah niyə bir pişiyi (yaxud tək hüceyrəli bakteriyanı ) yaratmaq üçün milyardlarla il gözləmək məcburiyyətində olsun? Göründüyü kimi sual mənasizlaşir hətta gülünc hal alir...


Bu kainatdakı hər şey kimi , zaman da bir varlıqdır və yaradılmışdır. Allahın bizə bildirdiyi üzrə , Allah zamandan və məkandan kənardir. Sizin ana qarınında keçirdiyiniz doqquz ay nədirsə , milyardlarla illik yaradılış müddəti də " zamandan münəzzəh bir Yaradıcı üçün " eyni məna daşiyir ; yəni bir "heç" hökmündədir. Quran - ı Kərimdə " kün fə yekun " ( ol deyər və o da dərhal olar ) ifadəsində "dərhal olar" kimi bir məna yoxdur ; bu kainatda " oluş " , yəni " yaradılış " , bir müddətə bağlanmış , fizika qanunlarına tabe qılınmışdır. Bu proses , yalnız zamana bağlı olan biz varlıqları aiddir. Zamanı yaradan üçün belə bir " gözləmə " zəruriliyindən bəhs etmək mənasizdir. Quran - ı Kərimdə dəfələrlə bəhs edilən bu " zamansızlıq " və " zamanın nisbiliyi " anlayışını fiziklər yüz ildən çox müddətdir bilirlər.


2. İnsanı yaradan Allahdır və Quranda necə yaradıldığı açıqca yazılmışdır. İnsanın palçıqdan yaradıldığını və ruh üflənərək dünyaya göndərildiyini bilirik. Siz isə meymunlardan bəhs edir, bunu da Quran ilə uyğunlaşdirmağa çalışırsınız.

İslam inancına görə insanı və hər şeyi yaradan Allahdır. Əgər yalnız insanı yaratdığını düşünürsünüzsə , dinimiz fərqli olmalıdır. Allah, Quranı - ı Kərimdəki İnsan surəsinin 1. ayəsində "İnsan , hələ adı xatırlanmağa dəyər bir şey deyilkən üzərindən çox uzun bir zaman keçmədi mi ?" deyir. Əgər oxusanız , insan deyə bir " varlığın" , hələ adına " insan " deyilməyəcək vəziyyətdəykən üzərindən çox vaxt keçmiş olduğunu rahatlıqla anlaya bilərsiniz.

Palçıqdan / sudan yaradılış ayələri insanın yaradılışına bağlı " açıq" olaraq heç bir şey anlatmaz ; çünki Quran bir biologiya kitabı deyil . Əgər dediyiniz kimi " açıq və aşkar " bir izahat olsaydı , Allahın bir heykəltəraş olduğunu (Hicr 26) , nəfəs alıb verdiyini ( üfləmək ; Hicr 29) , iki əli olduğunu ( Sad 75) və daha bir çox " qəribə " şeyi anlamamız lazım idi. Bu ayələr sadəcə yaradilişin başlanğicina işarədi.Bunu insanin yaranma mərhələsindən öncəki mərhələ kimi düşünməyək.Quranı oxuyarkən lütfən bir az daha diqqət ...

Qısacası , həqiqət xaricində heç bir şeyin arxasında deyiləm.

3. Milyardlarla ildir heç dəyişiklik göstərməmiş canlı fosillərinə nə deyəcəksiniz? Təkamülə ən böyük zərbədir.
Bu maraqlı etiraz , son bir neçə ildir dillərdə gəzir. Bu , sevmədiyiniz bir adamın başqaları tərəfindən hazirlanmiş bir heykəlinə çəkiclə vuraraq "onun fikirlərini sindiriram " deməyə bənzəyir. Təkamül nəzəriyyələrinin " milyardlarla ildir dəyişməyən heç bir canlı yoxdur " dediyini yaxud " hər canlı dəyişərək başqa bir növ olmalidir " dediyini haradan eşitmisiniz ? Bunu hansı təkamül biologiyası kitabından oxudunuz? Təkamül biyologiyasinin belə 1 söyləyişi yoxdur.Təkamül anlayışında , canlılarda meydana gələn dəyişikliklər , mühitə uyğunlaşma təmin etmələrini və çoxalmalarini rahatlaşdirirsa , o canlılar daha çox həyatda qalır və nəzəri olaraq milyonlarla il boyunca yığılan bu dəyişmələr , bir nöqtədən sonra fərqli bir növün ortaya çıxmasına vəsilə ola bilər ( bunu görə bilən heç kim yoxdur indiyə qədər ). Lakin bir canlı növü , məsələn bir əqrəb növü , yaşadığı mühitlərdə çox müvəffəqiyyətli bir şəkildə həyatda qala biləcək xüsusuiyyətlərə sahibdirsə , meydana gələn dəyişmələr ona təsir etməz; bioloji olaraq müvəffəqiyyətli olduğu üçün nəslini davam etdirməyə davam edər.

Qaldı ki " milyardlarla ildir dəyişməmiş " dediyiniz canlıların bir çoxunu əgər genetik və molekulyar baxımdan incəliyə bilsəydiniz , köhnə fosillərlə bu günkü nümunələri arasındakı fərqləri daha açıq bir şəkildə görə bilərdiniz. İndiki vaxtda yaşayan minlərlə çəyirtkə növündən elələri vardır ki , çöldən bunların " fərqli canlılar " olduğunu ayırd etmək mümkün deyildir.Lakin bunlar əslində insan və qorilla kimi fərqli növlərdir. cütləşə bilməzlər və genetik strukturları təməldən fərqlidir.Buna görə , sırf şəkillərinə baxaraq " milyardlarla ildir dəyişməmiş canlı tapdım" demək , bioloji baxımdan gülünc fikirdir.

Yenə tekrarlayiram; bütün elmi nəzəriyyələr kimi təkamül nəzəriyyəsində də əlbəttə böyük boşluqlar vardır. Lakin təkamül nəzəriyyəsi , bizlərin hələ görə bilmədiyimiz bir gerçəyin mexanizmini anlamağa çalışır.

4. Təkamüllə (yəni elmlə ) inancı(yəni dini) uyğunlaşdirmağa çalışmaq tamamilə zaman itkisidir . İkisi fərqli şeylərdir.

İslamda " din məlumatı " və " elm məlumatı" deyə bir ayrı-seçkilik yoxdur. İstər elm adamı , istər ilahiyyatçı olsun , bütün inananlar "Allahın ayələri " üzərində çalışırlar. Bu da din və elmi "eyni həqiqətin " axtarişçilari edər. Din və elmi ayıran şizofreniya , qərb və kilsə qaynaqlıdır və şəxsən mənim bu ruh xəstəliyiylə hər hansı bir əlaqəm yoxdur.


5. Ateist və materialist elm adamlarının nəzəriyyələrini niyə belə səmimiliklə müdafiə edirsiniz ? Bu necə müsəlmanlıqdır ?


Siz heç son 300 ildir , təbiəti gəzib də "Allah bu canlıları necə yaratmışdır " deyə araşdiran yaxud molekulyar biologiya laboratoriyalarında yaradılışın sirləri ilə maraqlanıb edən bir müsəlman elm adamıyla tanış oldunuz , adını eşitmisinizmi ? Son 10-15 ildə saylari tək tük artsa da , İslam inancına sahib elm adamlarından belə "çətin" mövzularla əlaqədar az qala heç bir hərəkət görə bilməzsiniz. O zaman biz kimin işlərini və tapıntılarını danışacayıq ?

Işığı , kompüteri , kozmoloji məlumatları , kvant fizikasını və digər bir çox məlumatlari əksəri " ateist " elm adamları olmalarina rəğmən bunları etirazsız istifadə edirsiniz. İş təkamülə gəlincə isə, nədənsə Darvin və digər təkamül biyologlarının materyalistliyi ağliniza gəlir . Onlar maddəyə bu qədər əhəmiyyət verib araştırma etməsə idilər, halınız necə olardı bir düşünün...

Allah ədalətlidir. Çalışana qarşılığını verər.Qərb dünyası maddə üzərindəki işlərinin qarşılığını aldı və almağa davam edir. İslam dünyası isə özünə şəxsən əmr edilən "elm " işini üzərindən atıb bunu başqa mədəniyyətlərə tərk etdiyi üçün bu gün rəhm yumruğunu yeyir. Bu gün hələ , sanki gözümüzə soxulan yaradılış həqiqətinə gözümüzü israrla bağlayıb , radikal xristianların sözlərini təkrarlamağa davam edirik. Biz öz halımızı dəyişməyənə qədər , Allah da bizim vəziyyətimizi dəyişdirməyəcəkdir və bizə bunu əvvəlcədən söyləməkdədir (Rə'd -11) .

Müsəlmanlıq , əslində belə bir müsəlmanlıq olmalıdır ...Ateist və inancsız elm adamlarının işlərindən narahatsınızsa , buyrun universitetlər , məktəblər , laboratoriyalar əmrinizdədir , dərhal başlayın ... Yoxsa , susaq , çünki ayıb olur ...


6. Canlıların bir-biriylə olan bənzərlikləri olması çox təbiidir çünki bu , hamısının tək əldən çıxdığını eyni yaradıcının əsəri olduğunu söyləyər. Eynilə Mersedes markalж bütün avtomobillərin eyni istehsalçı -mühəndis - dizayner dəzgahından çıxması kimi. Təkamülə dəlil ola bilməz.

Ulduzlar və planetlər də eyni quruluşdadır və maddədəndirlər , onlar da ayrı-ayrı və " pat deyə" birdən yaradılmışdır ? Planetlərin ulduzların bir-birindən necə meydana gəldiyini görürsünüz .Bu Allahın qüdrətinə kölgə salarmı? Canlılar arasında bu qədər oxşarlıq varkən , ola biləcək bir qohumluğu hansı dəlilə söykənərək rədd edirsiniz ? Sizə 8000 fərqli çəyirtkə növünün ayrı-ayrı yaradıldığını düşündürən dəlil nədir? Quran deməyin çünki orada elə bir şey yoxdur ...

7. İslam qaynaqlarında bütün canlıların ayrı-ayrı yaradıldığı açıqca ifadə edilir. Siz nəyə əsaslanaraq həm müsəlman olduğunuzu həm də təkamülü müdafiə edirsiz?
Canlıların ayrı yaradıldığı harada bildirilir ? Quran - ı Kərimdə bu istiqamətdə hökmlər olmaması bir yana , tam əksinə istiqamətdə ( Bütün canlıların sudan yaradılması , hamımızın tək bir nəfsdən yaradılması , bitki kimi yerdən bitirmə , bir damla sudan yaratma və s kimi ifadələrlə ) bir çox dəlil tapılar. Lütfən , Quranı əzbərlədilmiş cümlələrlə öyrənməyin..

No comments:

Post a Comment