Saturday 10 May 2014

Kainat keçmişini insanliq üçün gizlədir

Təxminən 10 il əvvəl , kainatın genişləmə sürətinin artdığı təsbit edildiyindən bəri bu kozmologlarda 1 sira suallar yaratmişdir.
Bu müşahidələri açıqlamaq üçün 'qara enerji' deyilən bir anlayış inkişaf etdirilmişdir , lakin bu qara enerjinin təbiəti hələ də tam bilinmir. 1916-da Einstein ümumi nisbilik nəzəriyyəsinii ortaya atdiqdan sonra Willem de Sitter Eisteinin tənliklərindən yararlanaraq ortaya 'Ada kainat' modelini atdi. Bu modelə görə, bizim galaktikamiz, etrafi sonsuz bir statik bosluk ile əhatələnmiş bir ada galaktika idi.Yəni kainat dediyimiz anlayiş sadəcə bizim qalaktikadan və ətafi boşluqdan ibarət 1 sistem idi bu modelə görə.Buna daha sonra qayidacam.Bu yazida isə kainatimizi gələcəkdə nələrin gözlədiyinə toxunulacaq ümid edirəm sizlər üçün də maraqli olacaq.

Genişləyən kainatın uzaq gələcəkdəki vəziyyəti düşünüldüyündə , xüsusilə də genişləmə sürəti artmaqda olan bir kainat üçün , ortaya maraqlı bir mənzərə çıxır. Kainatı ic ice iki kürədən ibarət kimi düşünün. Bu kürənin xaricdə olan kainatın tamami-bütünü olsun , içdə olan isə bizim görə bildiyimiz qismi olsun. Bu anda kainatın görə bildiyimiz hissəsində çox sayda qalaktika vardir. Kainat genişləkdikcə gorunen daxili kürə də genişlənməkdədir , lakin xarici kürə daha sürətli genişlənir. Bu səbəbdən ,əvvəlcə gorunur bölgədə olan qalaktikalar , zaman icinde tək-tək gorunur olmayan bölgələrə keçir. Bu , kainatın genişləmə sürətinin artmasinin 1nətiəsidir.
Çoxlarina qəribə gələək amma , təxminən 100 milyard il sonra , samanyolu qalaktikamiz gorunəbilən kainatda tək qalaktika olaraq qalacaq.Bütün digər qalaktikalar o zaman artik gorunən kainatın xaricinə çıxmış olacaq .
İndi düşünün , insanligin günümüzdəki sivilizasiyasına bənzər bir sivilizasiya 100 milyard il sonra ortaya çıxmış olsun. Və də bizim bu anda etdiyimizi onlar da etsin. Yəni əllərində teleskoplar kainatı müşahidə etsinlər və mənşəyini anlamağa çalışsinlar. Görəcəkləri nədir? Diqqət yetirsəniz görəcəksiniz , tam olaraq Sitter'in başda yazdiğim' Ada kainat' modelidir. Yəni 1916-cı ildə inkişaf etdirilən model.Lakin biz 1916-cı ildə bu model haqqinda danişanda , əldəki məlumatlar əskik idi, digər qalaktikalardan və kainatın genişləndiyindən bixəbər idik . Lakin 100 milyard il sonrasının fizikləri , gercekten də Sitter'in kainatını müşahidə edəcəklər .

Bəs bu fiziklər , bizim bu anda izlərini gördüyümüz Big Banga aid başqa izlər gorə biləcəkmi deyə düşünüldüyündə maraqli bir şəkil ortaya çıxır .Belə ki genişləmə sürəti artan kainat , 100 milyard il sonra , bizim bu anda Big Banga dəlil olaraq gördüyümüz digər tum əhəmiyyətli dəlillərin də ortadan qalxmasına səbəb olacaq.Məsələn kozmik arxaplan radiasiyasının dalğa uzunluğu 100 milyard il sonra metr səviyyəsinə çatmış olacaq və mikrodalgalara deyil , radio dalğalarına bərabər gələcək. Bu səbəbdən təsbit edilsə də digər radio dalğalarının gurultusu icinde itəcək .Həmçinin şiddəti bugünkünün trilyonda birinə düşəcək , bu səbəbdən də böyük ehtimalla hec təsbit edilə bilməyəcək .Həmçinin , qalaktikamızda ulduzlar arasi boşluq ionlaşmiş qaz halındakı elektronlarla doludur və aşağı tezlikli radio dalğalar belə bir qazi deşib keçə bilməz. Mikrodalğalar bunu keçə bildiyindən kozmik arxaplan radiasiyasını müşahidə edə bilirik . Lakin bu radiasiyanın dalğa boyu 100 milyard il sonra radio dalğaları səviyyəsində çatacağindan ə tezliyi azalacağindan , bu səbəblə də təsbit edilməsi imkansız hala gələcək.

Digər tərəfdən Big Bang nüvəsintezini imüşahidə etməməizin səbəbi , kainatdakı Deyterium və helium miqdarının 14 milyard il əvvəlki yaranmalarindan bəri cok çox dəyişməmiş olmasidir. Big Bangdan sonrakı bir neçə dəqiqədə kainatdakı maddənin 76%-ı hidrogen , 24%-i isə helium idi. Günümüzdə isə 70%-i hidrogen , 28%-i helium və 2%-i də daha agir elementlərdir. Bu çox ciddi bir fərq deyil və Big Bangdan dərhal sonrakı şərtlərə kifayət qədər yaxındir.
1 trilyon il sonra isə kainatdakı maddənin 20%-i hidrogen , 60%-i helium və 20%-i daha ağır elementlərin olacaq.. Bu səbəbdən , bu maddələrin nisbətinə baxaraq , kainatın yaşının məhdud olduğunu bilsələrdə bu yaşa üst məhdudiyyəti düzgün qoya bilməyəcəklər .Həmçinin lakainatdakı maddənin mənşəyini çözə bilməyəcəklər. Ən əhəmiyyətlisi də , bizim bu anda çatdiğimiz nəticəyə yəni kainatın genişlənməsi nəticəsinə çata bilməyəcəklər , cunku belə 1 nəticəyə çatmaları üçün ortada heç bir səbəb olmayacaq.

Buradan da təbii olaraq ortaya çıxan sual , bizim müşahidə etdiyimiz kainatın də bizdən nələr gizlətmiş ola biləcəyidir..Biz kainatı ancaq öz gördüklərimizdən baxaraq qiymətləndiririk . Əlimizdəki nəzəriyyələr yalnız onlarin bir nəticəsidir. Lakin göründüyü kimi , eyni mexanizmlər kifayət qədər zaman keçdikdən sonra kainatı dəyişdirir və müşahidə edilə bilən kainatin fərqli olmasına gətirib çixarir.Yəni 13.7 milyard ildən bugünə kimi kinatimiz bizlərdən də çox keçmişini izlədib.Eyniylə milyard illər sonra gizlədəcəyi kimi..Bu səbəbdən də , bizim də bu ankı kainat modelimizə şübhə etməyə haqqımız vardır. Əlimizdəki məhdud informasiyala əsasən kainatın tam mənşəyini cözdüyümüzü söyləyə bilmərik. Əlbəttə ki elm əlindəki məlumatlara gore danışmaq məcburiyyətindədir və əlimizdəki məlumatlar bizə bu anda Big Bangı işarə edirsə onu qəbul etməmiz təbiidir . Lakin bu yazıda bəhs etdiyimiz nöqtələrin da hesaba qatılması bizə kainat modelimizin yanıldıcı ola biləcəyinə işarədir.Sonda bütün deyilənlərdən 1 nəticəyə gələ bilərik ki , kainat günü-gündən keçmişini insanliq üçün gizlədir..

No comments:

Post a Comment