Saturday 10 May 2014

"Qüsurlu Dizayn" iddialarinin açiqlamasi

Çox Ateistlərin canlilarda Təkamül hadisəsininin özbaşina, hər hansi yaradici qüvvədən münəzzəh baş verdiyini sübut etmək üçün önə sunduqlari əsas dəlil kainatimizda və canlilardaki qüsurlardi.Yəni Tanri əgər mükəmməl varliqdisa onun yaratdiqlari da mükəmməl olmaliydi və qüsuru olmamaliydi.Əvvəla yaziya başlamazdan əvvəl bir düzəliş edim.Nəyəsə qüsur demək üçün həmin şey haqqinda tam informasiyaya malik olmaq lazimdi.Bu isə mümkün deil.İstənilən proses subatomic səviyyədə belə baş verdiyindən və biz hələ subatomic səviyyəyə enməyi tam bacarmadiğimizdan(və heç vaxt bacarmiyacağimizdan) hər hansi prosesə qüsurlu deyə bilməyə bizim haqqimiz yoxdur.Amma elmini bilmədiyimiz üçün çatişmazliq adini qoya bilərik.Amma burda qaçirilan əsas məqam var.

Ateistlər, kainatimizdaki çatişmazliqlari mükəmməl Tanrinin bir əksikliyi kimi görməyə çalişirlar və hər kəsə belə sunurlar.Yəni mükəmməl Tanri mükəmməl bir şey yarada bilmirsə(YARATMİRSA YOX HA YARADA BİLMİRSƏ!) bu onun çatişmaz cəhətidi.Çatişmazliği olan Tanri olmayacağina görə demək ki Tanri yoxdur.

İlk baxişdan bu çox düzgün fikir kimi gəlir hamiya.Amma burda unudulan 1 məntiq xətasi var.Yaradilmişlarin çatişmaz cəhəti olmasi onu yaradanin da həmin cəhəti olmasi demək deyil.Əgər bizlər Tanrini sadəcə "kainati yaradan varliq" kimi görsəydik bəli doğru olardi.Lakin Tanri həm də "yaratdiqi kainati imtahana çəkən varliq"di.Bu zaman isə belə sual verim.Düşünün imtahana girmisiz və sizə 1 kağizda bütün suallarin cavablari verilibki köçürün vərəqə və imtahandan keçin.O zaman hami köçürər və imtahandan keçər.O zaman belə sual yaranar. Bu imtahanin ədalətliyi hardadi? Və ən əsasi bunun adi heç imtahandimi? Xeyr. Nə adi imtahan deil nə da ədaləti yoxdu.

Bizim haqqinda danişdiğimiz bu çatişmazliqlar da eynən bunun kimi.Əgər bu dünya imtahan dünyasidisa yaradilmişlarin mükəmməl olmasi məntiqsiz olardi.Çünki mükəmməllik içində insanlar arasindaki ədalət pozulardi.Hami düşünərdi:dünyamiz qalaktikamiz mükəmməl yerdədi hər şey mükəmməldisə deməli Tanri yaradib.Hami Tanriya inanardi.Göründüyü kimi ədalət pozuldu.(Zira bu şərait belə olsaydi o zaman da insanlar "Tanrinin hər şeyi mükəmməl yaradaraq bizi sinağa çəkməyi" məntiqsizdi deyərək bir bəhanə tapardi )

Yəni kainatmizdaki çatişmazliqlari, "Tanri mükəmməlini yarada bilmədi" deyə yox "Tanri mükəmməlini yaratmadi" deyə anlamaliyiq.Yaradilmiş hər şey bir səbəblə yaradilmişdir.Onun çatişmayan cəhətinin mövcudluğunu tapmaq onu yaradanin da belə olduğunu demək məntiqə ziddi.İstər xəstə doğulan uşaq istər firtinalar tsunamilər zəlzələlər və s-in bəzilərimiz adini qüsur qoysaq da hamsininin 1 " səbəbə" malik olduqunu unutmayaq.Bu kainatda-yaşamda qüsur yoxdu sadəcə səbəblə var olan çatişmazliqlar mövcuddur.

No comments:

Post a Comment