Saturday 10 May 2014

Bədənimizin duyğu xəritəsi



















Alimlər , güclü duyğuların bədənimizdə necə sıxlaşdığını göstərən xəritələr hazırladı.


Proceedings of the National Academy of Sciences jurnalında nümayiş olunan araşdırmaya görə , hisslərin bədənimizdə izlədiyi yollar , Qərbi Avropa və Şərqi Asiya mədəniyyətləri arasında fərqlilik göstərir . Elmi araşdırmaçılar buradan yola çıxaraq , duyğuların və səbəb olduqları fiziki izlərin bioloji bir təməli olduğunu ifadə etdi.

Araşdırmada iştirak edən Finlandiyanın Aalto Universitetindən Professor Lauri Nummenmaa , "Duyğular yalnız zehni deyil , fiziki vəziyyəti də ifadə edir. Beləcə bizi sürətlə təhlükələrə qarşı hazırlıq almağa itələyir , eyni zamanda ətrafımızdakı ictimai təsirlərə də reaksiya verməyimizi təmin edir "dedi .

Science Daily saytının xəbərinə görə , Finlandiya , İsveç və Tayvanda 700-dən çox fərd üzərində edilən təcrübədə , araşdırmaçılar fədlərəi fərqli hisslərə yönəltdi. Ardından  fərdlərə kompüter üzərində insan bədəni göstərilərək , bədənlərinin harasında hisslərin artıb azaldığı soruşuldu.

Fərdlər , bir çox duyğu halında hisslərin bədənlərindəki yayılmasını göstərdi və hisslərin topoqrafik xəritəsi yaradıldı.Araşdırmaçılar , yeni tapıntıların , duyğuların fiziki təməlini anlamaq sahəsində əhəmiyyətli məlumatlar təqdim etdiyini , beləcə romantik pozğunluqlara qarşı yeni müalicə metodlari yarada biləcəklərini ifadə etdi.

No comments:

Post a Comment