Saturday 10 May 2014

"Rədd etmə" psixologiyasini həyatimizdan "rədd etmək"

Bu yazida İslam və Təkamülün tarixinə birlikdə baxib bir sira nətcələri sizləı bölüşəcəyik.Yazi uzun olsa da əmin edirəmki oxuduqdan sonra itirdiyiniz vaxta heyfslənmiyəssiz.Bu dünya üzərindəki mükəmməl canlı müxtəlifliyinin qaynağini araşdirib anlamağa çalişan bir insan düşünün. Bir elm adamı yaxud filosof deyil bəhs etdiyim adam hər hansı bir işlə maraqlanan sıravi bir insandir. Təbiəti müşahidə etməyi sevən , yaradılışın o mükəmməl müxtəlifliyini heyrətlə izləyən bir insan buna tamaşaçı qala bilməz. İlk edəcəyi işlərdən biri öz-özünə suallar soruşmaq olar; çünki Allahın verdiyi ağıl , belə çalışar. "Bu qədər müxtəlif canlı haradan gəldi? Bunlar necə yaradıldı? Milyonlarla növdən ibarət , hər il minlərlə yeni növü kəşf edilən bu canlılıq necə bir şeydir? Niyə canlıların bədənləri təməldə həmişə bir-birinə bənzər? " .

Əgər qəhrəmanımız inanclı bir müsəlman isə , baxacağı ilk yer əlbəttə Quran - ı Kərim olacaq. Ora baxdığında , o Kitabın , insanı davamlı kainata baxmağa təşviq etdiyini görərik ... 

Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır ... " (Ənkəbut , 20)

Bu andan sonra , müsəlman , Quranın bu açıq əmrlərinə qarşı gəlmək kimi bir qəflətə düşmezse , edəcəyi ilk şey , sistemli bir şəkildə çalışmaq , araşdırmaq və " yaratmanın necə başladığını " anlamaq üzrə , yer üzünü ( imkanları çərçivəsində) müşahidə etməkdir.Bura kimi həmfikirik.İndi isə əsas suala gələk.

Son 200 ildir , belə çalışan bir müsəlman tanıyırsınızmı? Mən tanımıram.

Darvin nə etdi?
Charles Darwin adlı bir adam , 1831-ci ildə , HMS Beagle adlı bir gəmi ilə 5 il davam edəcək bir səfərə çıxdı. Səfəri boyunca cildlərlə dəftər dolduran bu adam , tapa bildiyi bütün canlıları araşdırdı , qeydlər aldı , daha sonra bir ardıcıl kitab halına gələcək olan minlərlə müşahidəsini bu dəftərlərə qeyd etdi. Bütün bu çətinliklərə dözməsinin əsas səbəbi "yer üzündə , adına həyat deyilən bu müəmmanın nə olduğunu" anlamaqdan ibarət idi.Quranın " Yaratmağın necə başladığını anlamaq üçün yer üzünü gəzib dolaşin " əmrini böyük ehtimalla bilmədən tətbiq edən bu adamın arası , daha əvvəl mənsub olduğu kilsə təşkilatı və ona bağlı dini təlimlərlə elə də xoş deyildi. Hal belə olunca , etdiyi o qədər müşahidəsini , (yəqin ki, ) öz " kilsə əleyhdarı kainatına " uyğun bir açiqlama çıxardı və canlıların "təbii seçilim yoluyla fərqləndirmə " qanununa söykənən bir inkişaf zənciri içərisində , bütününün ortaq bir atadan , gəldiiyi nəticəsini çixartdi.

Darvinin bu fikirləri nə yeni idi , nə də orijinal . Hətta İslam düşüncə dünyasında " canlıların bir-birlərindən çevrilmək surətiylə yaradılmış ola biləcəyi" fikri , əsrlərdən bəri bilinən şeylər idi.Lakin Darvinin fikirləri , dövrünün kilsəsi və Xristian düşüncəsi üçün qəbul edilə bilən şeylər deyildi. Bütün Müsəlmanların yəqinən bildiyi kimi , bu günkü kimi o gün də Xristianlıq dediyimiz inanc , təhrif olunmuş mətnlərə əsaslanan və ətrafında son dərəcə qatı bir ruhanilər şəbəkəsiylə qorunmağa alınmış bir inanc sistemi idi. Bu günkü Xristianlar belə , eynilə o günkü dindaşlar kimi , əldəki bütün zidd elmi və qəti tapıntılara baxmayaraq , dünyanın bir neçə min il əvvəl yaradıldığına , "Tanrının kainatı 6 dünya günündə" yaratdığına inanmağa davam edərlər. Bu səbəbdən Darvinin fikirləri ilə kilsə arasında ciddi bir mübahisənin ortaya çıxacağı da aşkardır. Darvin , "Növlərin Mənşəyi" adlı məşhur kitabini nəşr etdirdikdən sonra özünü " din - elm" döyüşünün mərkəzində tapdı. İndiki vaxtda da davam edən bu böyük mübahisə , Xristianlıq ilə bioloji təkamül fikiri arasında getdikcə qızışan və həlli qeyri-mümkün hala gələn bir sonsuz müzakirəyə çevrildi.

İslam dünyası isə , Darvinin fikirlərinin müzakirə olduğu dövrlərdə yaşadıği çətin anlar səbəbiylə , bu müzakirələrə ayıracaq vaxtı olmayan , yaranma mübarizəsi ilə məşğul olan birliklər bütünüydü . İslamın , Müsəlmanların və İslam düşüncəsinin elmi məlumatlarla heç bir problemi yoxkən , birdən-birə özümüzü , çoxumuzun baş açmadiği bir döyüşün içində tərəf olaraq tapdiq. Çünki İslamın müqəddəs kitabı Quran , elmi məlumatlar mövzusunda heç bir məhdudlaşdırıcı çərçivə qoymayan , davamlı oxumağı , araşdırmanı , öyrənməyi təşviq edən bir özəlliyə sahib idi və Xristianlığın "elmi açiqlamalar və nəticələr "lə yaşadığı bənzər problemlərə , bizlər əslində çox yad idik. Bizim inandığımız Yaradıcı , Mütləq idi istədiyini istədiyi kimi yaradardı. Eynilə insanı bir damla mayedən ( laxtalanmış ) yaratdığı kimi , bütün canlıları da tək bir candan yarada bilərdi və heç bir müsəlmanın bununla bir problemi ola bilməzdi. müsəlmanın işi , Allahın əmr etdiyi üzrə , " yaratmanın necə edildiyini " anlamağa çalışmaqdir. Amma bizlər , nə çarə ki , bir şəkildə Xristianlıqdan düşüncə dünyamıza keçən "hər canlı ayrı yaradılmışdır , o qədər !" prinsipini alaraq , öz inancımızın mərkəzinə yerləşdirməkfən başqa bir şey edə bilmədik.

Halbuki bu gün adına Darvinizm deyilən fəlsəfi görüş ilə təkamül anlayışını bir-birindən bir az ayırabilsəydik ətrafımıza salamat başla baxma şansımız ola bilsəydi , bu döyüşün bizə nə qədər xarici və özü etibarilə nə qədər axmaq olduğunu illər əvvəl göre bilərdik . Darvinizm , içində təkamülə dair bir çox bioloji gerçək , müşahidə və açiqlamasini da ehtiva edən , lakin bunların hamısını " materialist" bir dünyagörüşü içində ələ alan bir dünya görüşüdür . Digər bir deyişlə , Darvinçilik bir " paradiqma " dır .Əldəki məlumatlara necə baxacağınızı , onlardan necə nəticələr çıxardacağınızı , yeni tapıntılar üçün hara baxacağınızı təyin edən bir anlayış çərçivəsidir.

Təkamül dediyimiz fakt isə , ətrafınıza baxdığınızda gördüyünüz canlı dünyadakı "çevrilmə və uyğunlaşma qabiliyyəti , zamana bağlı dəyişmə"nin biologiyadakı ifadəsidir. Təkamül bir gerçəkdir .Gözünüzü canlı dünyaya çevirdiyinizdə gördüyünüz şeydir. Son dövrlərdə mövzu ilə əlaqədar bir çox Müsəlman elm adamı , materializm ilə olan problemləri içözməyə çalişarkən "təkamül " başlığı altında düşünərək ,keçmişdə Darvinə qarşi kilsənin səhvini eynilə təkrarlamiş oldular. Hər nə qədər detallı olaraq münaqişə edildiyində "biz əslində təkamülün Tanrısız versiyasına etiraz edirik " nöqtəsinə gəlinsə də , çöldən görünən şey o deyil ...durun və düşünün .Allahın yaratmağı necə etdiyinə dair bir qanunumuz , bir fikirimiz varmı , ey İslam aləmi ? Gözünüzü çevirib baxanda , görə biləcəyiniz şey , milyonlarla illik dünya tarixi boyunca qarşınızda dayanan bir yaradılış dastanıdır. Ona baxmaqdan sizi məhrum edən hər şeyi arxanızda buraxaraq bir daha baxın .

Təəssüf ki, ,əsas meyari "ağıl" olan İslama baxmayaraq , müsəlmanlar arasında təkamül , hələ də akademik mənada təhlil olunmadi . Alimlərimiz , müasir elmi tapıntılara heç baxmadan təkamül sözü keçdiyi anda " olmaz elə şey" deməyi seçdilər. Bəli , bu kainatda təsadüfə təsadüf edilə bilməyəcəyi aşkardır ; lakin insanın yaradılmasının belə sperma kimi "səbəblərə " bağlandığı bir yerdə , canlılığın yaradılışındakı səbəb sanki heç birimizi maraqlandirmadi. Elə olunca da həyata və nəhayət insana dair samballi və içində olduğumuz əsrə işıq tuta biləcək bir biyologiyamiz , kozmologiyamiz və metafizikamiz ola bilmədi. Quranda canlıların bir-birlərindən yaranmasina dair ssenarilərə qarşı heç bir hökm olmamasına baxmayaraq , sırf " materialistlər söylədiyi" üçün " çevrilmə - dəyişmə- uyğunlaşma" mövzularını gündəmimizə belə almadıq. Quranı onsuz da doğru dürüst araşdirmadiğimiz üçün , bu məzmunda da başdan sona heç tədqiq etmədik. "Hz. Adəm palçıqdan mı - meymundan mı yarandi ? "Kimi qəribə suallar üzərinə mübahisə etmək xaricində , bu mövzu ilə əlaqədar heç bir ciddi səy ortaya qoymadık. Bunları ciddi olaraq heç düşünmədik və hələ də düşünmürük. İslam adına , Allahın yaradılış sənətini anlamaq adına özünü elmi araşdırmalara vermiş insanları şamla axtarır , amma tapa bilmirik. Tek etdiyimiz , oturduğumuz yerdən , fikir sahibi olmağa cəhd etməkdir , təəssüf ki, ...

Sonda isə bir şeyi deyim. diqqət yetirin. Məqsəd odumu bilmirəm amma , Harun Yəhya təxəllüsü adı ilə Yaradıliş Atlasları nəşr etdirən və bunları dünyanın ən hörmətli təşkilatlarına ödəniş göndərən Adnan Oktar və qrupu , bu gün İslamın , dünyada elmə qarşi 1 sistem adi ilə ləkələnməsinə səbəb olur. Richard Dawkins kimi , heyəti bütün dinlərə sorğusuz sualsız qarşı dayanmağı missiya etmiş müasir elmi ateizm müdafiəçiləri , elmdən və biologiya məntiqindən tamamilə qopuq bu parlaq təzyiqli kitabları göstərib " İslam budur" deyirlər. Hətta elm şagirdlərini belə güldürəcək şəkildə "Müsəlmanların elmi bu qədər olar!" deməyə gətirilir. İşin daha pisi , müsəlmanlar bu kitabları və bu fikirləri sahiblənib müdafiə edirlər . Nəticədə nə olur?.....

No comments:

Post a Comment