Big Bangdan danişan zaman kainatin varoluşunun 10⁻³⁵ ve 10⁻³² saniyələri arasinda çox daha sürətli genişləndiyini izah edən İnflation Theory(İnflyasiya nəzəriyyəsi) var.Bu nəzəriyyə son zamanlarda artiq demək olarki sübut olunur.Amma çox elmi yazilarda bu nəzəriyyədən danişarkən kainatin ilk dönəmlədə işiqdan daha sürətli genişləndiyini yazirlar bu isə yalnişdir.
Əvvəla kosmik genişləməni izah edək. Uzaq qalaktikalara baxdığımızda , daha uzaqda olan qalaktikalardan gələn işıqların , daha yaxındakı qalaktikalardan gələn işıqlara nisbətlə daha çox qırmızıya sürüşmüş olaraq ( gələn işıqda qırmızı rəngin daha sıx olması kimi düşünə bilərsiniz ) bizə çatdığını görərik. İndiki vaxtda , cisimlər bizdən uzaqlaşirlarsa , onlardan gələn işığın da Doppler Effektinden dolayi qırmızıya sürüşə biləcəyini bilirik . Bu səbəblə , qalaktikalardan gələn işığın qırmızıya sürüşməsinə baxaraq , bu qalaktikaların bizdən uzaqlaşdığını irəli sürərik. Ancaq qırmızıya sürüşmə , kosmosun öz gənişləməsindən də qaynaqlana bilər! Yəni əslində kosmos genişlənər , qalaktikalar kosmos içərisində hərəkət edərək bizdən uzaqlaşmazlar . İlk cür qırmızıya sürüşmə xüsusi nisbiliyin bir xüsusiyyətidir və kosmosdakı cisimlərin hərəkətindən qaynaqlanır. İkinci növ isə ümumi nisbiliyin bir xüsusiyyətidir , kosmosun gənişləməsindən qaynaqlanar.
İki təsir də uzaq qalaktikalardan gələn işığın qırmızıya sürüşməsinə səbəb olduğundan , bunlardan hansinin kosmos genişlənməyindən yoxsa cisimlərin hərəkətindən dolayi baş verdiyini necə ayird edəcəyik bəs? Əgər ki qırmızıya sürüşmə , cisimlərin bir-birinə görə hərəkətindən qaynaqlanırsa , uzaq qalaktikalardan gələn işıq , qalaktikanı tərk edərkən qırmızıya sürüşər.Bu səbəbdən işıq bizə çatdığında eyni zamanda solğun olar . Əgər ki qırmızıya sürüşmə kosmik genişlənmə səbəbindən qaynaqlanırsa , işıq o uzaq qalaktikanı qırmızıya sürüşmə reallaşmadan tərk edər , bu səbəbdən solğunlaşmaz . Ancaq sonradan , kosmosun gənişləməsindən ötəri qırmızıya sürüşərək bizə çatar .Araşdırdığımız zaman gördüyümüz şey , bu əlaqənin kosmik genişləməyə uyğun olduğudur.
Bu səbəbdən bilirik ki kosmos davamlı genişlənir ancaq bu nə anlama gəlir ?
Kosmik genişləmə , Habl sabit olaraq bilinən bir sabit ilə ifadə edilir. Bu sabitin dəyəri, 1 milyon işıq ili başına saniyədə 20 kilometrdir. Bu o deməkdir ki kosmosda bir-birindən 1 milyon ışıl ili uzaqdakı iki nöqtə , kosmosun gənişləməsindən ötəri bir-birindən saniyədə 20 kilometr sürətlə uzaqlaşar. Bütün kosmos genişləndiyindən, nöqtələr arasındakı məsafə artdıqca , bir-birindən uzaqlaşma sürəti də artmaqdadır. Yəni bir-birindən 10 milyon işıq ili uzaqdakı iki nöqtə , bir-birindən saniyədə 200 kilometr uzaqlaşmaqdadır və bu belə davam edər . Bu səbəblə , əgər ki bir-birindən kifayət qədər uzaq iki nöqtəni götürsək , nəhayət bir-birlərindən işıq sürətində uzaqlaşdıqlarını görərsiniz. İşıq sürəti saniyədə 300.000 kilometrdir .Bu səbəbdən Habl Sabiti'ne görə , bir-birindən 15 milyard işıq ili uzaqdakı iki nöqtə , bir-birindən işıq sürətində uzaqlaşmaqdadır (hazırda müşahidə edilə bilinən kainatın diametrinin 93 milyard işıq ili olduğu düşünülür ).
Bu vəziyyətdə bunu düşünə bilərsiniz ki elə isə bir-birindən məsələn 16 milyard işıq ili uzaqdakı cisimlər , bir-birlərindən işıq sürətindən daha sürətli uzaqlaşmaqdadır. Yəni bir qalaktikanın işıqdan daha sürətli hərəkət etdiyini iddia edə bilərsiniz . Ancaq gerçəkdə olan , qalaktikanın deyil , qalaktikanın içərisində olduğu kosmosun bu sürətdə genişlənir olduğudur. Yəni ortada olan hadisə , qalaktikanın nisbilik qaydalarını yox etməsi deyil . Nəticədə düşünəcək olsanız , o qalaktikalara görə də biz işıq sürətindən sürətli getməkdəyik. ancaq vəziyyətin bu olmadığının hər kəs fərqindədir. Burada xatırlanması lazım olan açar nöqtə , söz mövzusu olan genişləmənin kosmik bir genişləmə olmasıdır , qalaktik bir hərəkət deyil !.
Bu bizi İnflation theryə (erkən genişləməyə ) gətirər. Bir çox məşhur məqalə , təəssüf ki, bu erkən genişləmə əsnasında kainatin işıq sürətindən sürətli genişləndiyini yazmaqdadır. Bu doğru deyil. Doğru olan budur: Erkən genişləmə əsnasında kosmik genişlənmə sabiti bu günkündən daha çox idi. Yəni bir-birindən işıq sürətindən daha sürətli uzaqlaşirmiş kimi görünən cisimlər arasındakı məsafə bu günkündən çox daha az idi. Ancaq bu , Kainatın işıq sürətindən daha sürətli genişlənməsi mənasını verməz.
Bu erkən genişləməni tətikləyən mexanizmi hələ də kəşf edə bilməmişik. Ancaq bildiyimiz , erkən genişləmənin işıq sürətini aşmadiğidir. Erkən genişləmə əsnasında genişləmə nisbəti ağla sığmaz səviyyədədir və kosmos bu gün də gənişləməni davam etdirməkdədir. Yalnız çox daha kiçik bir nisbətlə .
No comments:
Post a Comment